Рейтинг
+60.64

Biologiya

44 üzv, 122 topik

Çobanyastığının faydaları

Çobanyastığı bitkisi Mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Yol kənarlarında və boş ərazilərdə özbaşına bitən xoş qoxulu sarı-ağ rəngdə çiçəklər açan bir bitkidir. Əsasən adi çobanyastığı və matrikaria kamomilla növləri geniş yayılıb. Bu bitkini əldə etmək elə də çətinlik yaratmır. Ölkəmizdə çobanyastığının bir çox növləri yayılıb. Adi çobanyastığı yabanı halda düzənliklərdə, səhralıqlarda və quru yerlərdə bitir. Azərbaycanda əsasən Kür–Araz ovalıqlarında geniş yayılıb. Ətirli çobanyastığı alaq bitkisi kimi Azərbaycanın bütün rayonlarında bitir.
Davamı →

Fotosintez - Təbiətin nəfəsi

Fotosintez nədir? Fotosintez necə baş verir?

Yaşıl yarpaqlı bitkilərdə üzvi qida maddələrinin yaradılması prosesinə fotosintez deyilir. Yaşıl yarpaqlı bitkilər fotosintez edərkən işıq enerjisinə ehtiyac duyurlar. Bu səbəbdən günəş enerjisi yaşıl yarpaqlı bitkilər üçün çox vacibdir. Bitkilər də heyvanlar və insanlar kimi canlı varlıqlardır. Yeməklərini özləri istehsal edirlər. Bu istehsal mərhələsində fotosintez işə düşür. Fotosintez işıq enerjisi ilə baş verən bir fəaliyyətdir.

Davamı →

Torpağın duzu

Dostumun valideynləri 1997-ci ildə Mərkəzi Avropanı “yıxan” milenium fəlakətindən cəmi iki həftə sonra evləniblər və anası xatırlayır ki, o evlənəndə kilsənin içi, haradasa, bir metr su ilə örtülü idi. Demək olar ki, hər il yaz yağışları ilə canlanan Dünyanın bir çox çayları bəzən hədlərini aşır, suyun səviyyəsi qalxır və öz yataqlarından çıxıb başqa çay yataqlarına girir.
Ancaq buna baxmayaraq, planetimiz qurumağa, suyunu itirməyə davam edir, çünki bu, balanslaşmış şəkildə baş vermir. Bəzi fərziyyələrə görə dünyanın iqlim qurşaqları cənubdan şimala doğru hərəkət edir, bu da indi isti yağışları ilə yadda qalan ekvatorial cəngəlliklərin subtropik və tropikə çevrilməsi, eyni zamanda şimala getdikcə quraq iqlimin ekvatorialla əvəzlənməsi, mülayim qurşağın qütblərə yayılması deməkdir. Bu proses ilk baxışdan sadə görünsə də, əslində bir o qədər də bəsit deyil. Gələcəkdə çox ciddi problemlər yaradacaq, həm aclığa, həm də su müharibələrinə gətirib çıxaracaq səhralaşma prosesinin başlanğıcı da sayıla bilər bütün bunlar.

Davamı →

Homoseksuallıq və təkamül

Homoseksuallıq bir növün bir fərdinin özüylə eyni cinsiyyətdən bir başqa fərdə qarşı duyğusal və ya cinsi bir cazibə hiss etməsi və ya bu iki fərd arasında cinsi qarşılıqlı təsir yaşanmasıdır. Tarixdə homoseksuallara qarşı çox sərt və çox mərhəmətsiz bir çox proseslər icra edilmiş olmasına baxmayaraq elmin və ictimai qəbulun nisbi olaraq inkişaf etmiş olması sayəsində (bu əleyhdarlıqların hələ bir çox coğrafi bölgədə təsiri hiss edilsə də) getdikcә azalmaqdadır. Bu azalmada elmi anlayışımızın inkişafının təkamülü çox daha yaxşı anlamamızın və təbiətlə bağlı həqiqətləri qavramamızın da az sonra görəcəyimiz kimi çox böyük bir rolu olmuşdur.

Davamı →

Dünyadakı bütün oksigen yox olarsa

Sadəcə 10 saniyədən bəhs edirik, bu müddət ərzində asanlıqla nəfəsimizi tuta bilərik, amma məsələ bundan daha artığıdır…
1.Göyüzü maviliyini itirər
Çünki atmosferdə daha az hissəcik olar.
2.Ozon təbəqəsi yox olar
10 saniyə ərzində bir-başa ultrabənövşəyi şüalara məruz qalarıq.
Davamı →

Genetika və təkamül nəzəriyyəsi

Müasir elmi məlumatlar təsdiq edir ki, irsi dəyişkənliyin əsasını mutasiyalar təşkil edir. Bir cür mutasiya daşıyan fərd başqa cür mutasiya daşıyan fərdlə çarpazlaşır. Nəticədə genlərin yeni kombinasiyaları, yeni genotiplər yaranır. Bu da təbii seçmə üçün ilkin material verir. Populyasiya daxilində bu proseslər necə baş verir?
Darvinin təkamül nəzəriyyəsinin əsas müddəalarını xatırlayın. Onları genetikanın qanunları ilə əlaqələndirin.
Təkamül nəzəriyyəsi populyasiyalarda genetik proseslərin öyrənilməsi sayəsində daha da inkişaf edib.
Davamı →

Seleksiyanın vəzifələri

Seleksiya insanların praktik fəaliyyətinin nəticəsi kimi meydana çıxmış bir elm sahəsidir. Çox da qədim tarixi olmayan bu elm insanların bitkiləri mədəniləşdirməyə və heyvanları əhliləşdirməyə başladığı dövrlərdən yaranmışdır.
Bəs seleksiya elmi nəyi öyrənir?
Bu elmin məqsəd və vəzifələri nədən ibarətdir?
Davamı →

Həyatın əmələ gəlməsi haqqında müasir təsəvvürlər

Müasir dövrdə alimlər həyatın yaranması haqqında iki müxtəlif fikir irəli sürürlər. Onlardan bir qismi avtotrof yaranış fikrini, digərləri isə heterotrof yaranış fikrini irəli sürürlər.
Avtotrof yaranış fikrinin tərəfdarlarına görə, canlıların yaranması qidalanmadan başlayır. Onlara görə, qeyri-üzvi maddələrdən üzvi maddə sintezi canlının ilk qidalanma forması olmuşdur. Yəni Yerdə yaranan ilk canlı avtotrof olmuşdur. Onlar bu xüsusiyyəti qazanmaq üçün milyon illərlə müxtəlif dəyişikliklərə məruz qalmışlar. Alimlərin bu fikirləri canlıların ilk dəfə necə əmələ gəldiyini açıqlaya bilmədi və öz təsdiqini tapmadı. Çünki bu ideyanın tərəfdarları canlıların ilk dəfə necə əmələ gəldiyini deyil, ilk dəfə necə qidalandığını isbat etməyə çalışırdılar.
Davamı →

İnsanı əmək yaratmışdır

Insan tarixi inkişafın ilk mərhələsində təkamülün bioloji hərəkətverici qüvvələrinin təsirinə daha çox məruz qalmışdır. Daha sonra isə əmək fəaliyyəti nəticəsində təşəkkül etmiş sosial amillər bu təkamüldə (antropogenez*) mühüm rol oynamışdır. İctimai həyat tərzinin formalaşmasında birgəyaşayışın, əmək fəaliyyətinin xüsusi əhəmiyyəti olmuşdur. Səsin yaranmasında iştirak edən orqanlarda baş verən irsi dəyişkənlik nəticəsində nitq formalaşmışdır. Nitqin inkişafı ilə əlaqədar isə mücərrəd təfəkkür inkişaf etmişdir.
Davamı →

Canlıların nəsil ağacında insanın yeri

Müasir canlılar uzun illər davam edən inkişaf yolu keçmiş, mürəkkəbləşmiş və indiki görkəmlərini almışdır. Müasir təsəvvürlərə görə, canlılar dünya okeanında uzun sürən biokimyəvi təkamül nəticəsində yaranmışdır. İlk canlı varlıqlar kiçik selik topacıqları şəklində formalaşmış, lakin onlarda hüceyrənin quruluş elementləri (sitoplazma,, nüvə, orqanoidlər) olmamışdır. Çox keçmədən onlar böyüməyə, xarici mühitlə maddələr mübadiləsi etməyə, çoxalmağa qadir olmuş və bakteriyalara başlanğıc vermişdir. İlk birhüceyrəli bitkilər və heyvanların isə öz başlanğıcını bakteriyalardan aldığı ehtimal olunur.                                           
Davamı →