Meyoz cinsi bölünmə kimi
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Təkamül nəzəriyyəsi — Yer kürəsinin biosferasının, onu ayrı-ayrı növlərinin tarixi inkişafını iddia edən ideya və konsepsiyaların cəmindən ibarətdir. Birinci təkamül ideyaları antik dövrdən irəli sürülürdü, ancaq Çarlz Darvinin əsərləri təkamülü biologiyanın əsas konsepsiyası edir. Baxmayaq ki, vahid və ümumi qəbul olunmuş bioloji təkamül nəzərəriyyəsi indiyə qədər yaradılmayıb, təkamülü təsdiq edən coxlu sayda elmi dəlilər və nəzəriyyələr mövcud oldugu üçün təkamül faktı elmi ictimaiyyətdə şübhə dogurmur.
İnsanın biologiyası iki bölməyə ayrılır: morfologiya və fiziologiya.
Morfologiya orqanizmin formasından, daxili quruluşundan — strukturasından bəhs edən elmə deyilir. Fiziologiya üzvlərin vəzifələrindən bəhs edən elmdir. Forma və vəzifə bir-birilə sıx rabitədədir, bir-birini tamamlayır. Forma vəzifəyə təsir etdiyi kimi vəzifə də formaya təsir edir ki, onlar daim bir-biri ilə qarşılıqlı əlaqədə olur.
Anatomiya morfoloji elmdir və tədqiqetmə metoduna görə iki şöbəyə ayrılmışdır: makroskopik və mikroskopik anatomiya. Makroskopik anatomiya orqanizmi cihazsız, göz ilə yaxud bəzən az dərəcədə böyüdücü optik alətlərlə öyrənir. Mikroskopik anatomiya mikroskop vasitəsi ilə orqanizmin incə quruluşunu tədqiq edir. Bu elm öz növbəsində bir neçə şöbəyə ayrılır: 1) sitologiya — hüceyrələrdən, 2) histologiya — toxumalardan, 3) orqanologiya — üzvlərin mikroskopik quruluşundan bəhs edən elm.