Рейтинг
+60.64

Biologiya

43 üzv, 78 topik

Mendel qanunu

Mendel qanunu Qreqor Iohann Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin malekulyar mexanizmlərini və «təmiz qamet hipotezini» izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur.


Ardı →

Klonlaşdırma

Klon — yunan sözü olub, «budaq», «gövdə» mənalarını verir və hər şeydən əvvəl vegetativ çoxalmanı nəzərdə tutur. 4 min ildən çoxdur ki, kənd təsərrüfatında qələm vasitəsilə klonlaşdırma edilir. Bitkilər toxumlama zamanı, zoğ təbəqələşməsində toxumalar totipotent (istənilən toxumanın yaranmasını təmin edə bilən) xüsusiyyətlərini itirmirlər. Yəni nüvədəki bütün genetik informasiyanı realizə etmək bacarığını qoruyurlar. Buna görə də, demək olar ki, istənilən bitki toxumu təbəqələşmə zamanı yeni orqanizmə başlanğıc verə bilər. Bitki toxumalarının bu xüsusiyyəti bir çox genetika və seleksiya metodlarının əsasını təşkil edir.


Ardı →

Göbələklər

Göbələk lat. Fungi — təbiətin canlı amilləri sırasına daxil olan bir canlıdır. Bu canlı əbiətin hər cür şəraitində yaşamağa uyğunlaşmışdır. Onu torpağda, ağacın oduncağı və yarpağı üzərində, çürümüş ərzağın, çörəyin, ölmüş heyvanın və hətta insanın və heyvanın bədənində tapmaq mümkündür. Göbələkləri öyrənən elm mikologiya adlanır.
Fərqli mühitlərdə göbələklərin funksiyası müxtəlif olsa da, onları birləşdirən bir neçə amil var:


Ardı →

Darvinizm

Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin materialist təkamülü (tarixi inkişafı) nəzəriyyəsi. «Biql» gəmisində 5 illik (1831-1836) dünya səyahətindəki müşahidələr, dövrün bioloji və seleksiya təcrübəsi nailiyyətlərinin ümumiləşdirilməsi təkamül nəzəriyyəsinin yaradılması üçün Ç. Darvinə əsas verdi. Ç. Darvin 1837-ci ildə təkamül nəzəriyyəsini işləməyə başalmış lakin onu ilk dəfə 1858-ci ildə Londonda, Linney cəmiyyətinin iclasında təbbi seçmə nəzəriyyəsinin əsas müddəalarına dair məruzəsində təqdim etmişdir. Həmin içlasda çıxış edən A. Uollesin baxışları Ç. Darvinin baxışları ilə üst-üstə düşmüşdü. Lakin A. Uolles etiraf etdi ki,Darvin təkamül nəzəriyyəsini ondan əvvəl daha dolğun və dərin işləmişdir. O, 1889-cu ildə çap etdirdiyi kitabını da «Darvinizm» adlandırmışdır. Darvinizm təlimində Ç. Davin iki əsas dəyişkənlik tipini olduğunu qeyd edirdi.


Ardı →

Piltdown Adamı Saxtakarlığı

Həvəskar paleontoloq olan Charles Dawson 1912-ci ildə İngiltərədə Piltdown yaxınlığındakı çuxurda bir çənə və bir kəllə sümüyü tapdığı iddiası ilə ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə oxşamasına baxmayaraq, dişlər və kəllə sümüyü insanlarınkına oxşayırdı. Bu nümunəyə «Piltdown Adamı» adı verilib, 500 min illik yaş təyin edilərək müxtəlif muzeylərdə insan təkamülünə dəqiq dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bu barədə elmi məqalələr yazıldı, izahlar verildi və rəsimlər çəkildi, insanın təkamülünə əhəmiyyətli dəlil olaraq təqdim olundu. Ancaq 1949-cu ildə skeleti bir daha araşdıran mütəxəssislər bunun saxta olduğunu, insanın kəllə sümüyünə bir oranqutan çənəsi birləşdirməklə düzəldildiyini aşkar etdilər.
Ardı →

Çoxalmanın tipləri

Hüceyrə və onun struktur elementləri orqanizmlərin çoxalmasının maddi əsasınıtəşkil edir. Buna görə də həyatın mabədi təmin edilmiş olur. Çoxalma — hər hansı növ bitkinin və heyvanın vacib yaşayış şəraitidir. Orqanizmlər iki əsas çoxalma tipinə mənsubdur. Qeyri — cinsi və cinsi çoxalma.
Qeyri cinsi çoxalma zamanı bir valideyn fərdindən spor əmələ gətirmə vəvegetativ yolla nəsil əmələ gətirməyi başa düşülür. Birinci halda yeni orqanizm birhüceyrəlidən yaranma ilə — sporlarla inkişaf edir. Bu qayda ilə göbələklər, ayı döşəyikimilər və s. çoxalırlar.
Ardı →

Bitkilərdə Sporogenez və Qametogenez

Cinsi hüceyrələr adi generativ yaxud da yaradıcı toxumlardan əmələ gəlir,heyvanlarda onlar toxumluqlarda və yumurtalıqda, örtülü toxumlu bitkilərdə isə tozkisəciklərində və çiçəyin toxum tumurcuğunda əmələ gəlirlər. Çiçəyin toz kisələrindəgedən mikrospor proses mikroposporogenez, toxum tumurcuğunda gedən prosesmeqasporogenez adlanır.Mikro və meqasporun meydana çıxması ilə bitkilərdə sporofitin diploid fazasıqurtarır və qametofitin haploid inkişaf fazası başlayır. Bu da toz kisələrində,yumurtalıqda və kisələrində tozcuqların əmələ gəlməsi ilə qurtarır. Erkək qametlərtozcuqlarda və dışi qametlər (yumurta hücrələrin) rüşeym kisələrində qametogenezprosesində formalaşırlar.
Ardı →

Meyoz cinsi bölünmə kimi

Qametogenez prosesində xromosom sayının iki dəfə azalmasına meyoz və yareduksion bölünmə deyilir. Cinsi yol ilə çoxalan bütün orqanizmləri cinsi hüceyrələr, yaxud qametlər əmələgətirir. Cinsi hüceyrələrin əmələ gəlmə prosesinə qametogenez deyilir. Qametlərin əmələ gəlməsində hüceyrə nüvəsinin bölünməsinin xüsusi halımeyoz əsas sələf hesab olunur. Meyoz yunanca- meyozis- azalma deməkdir. Meyoz,mitozdan kəskin surətdə fərqlənir.Meyozun bioloji mahiyyətini başa düşmək üçün bilmək lazımdır ki, bütün örtülütoxumlu bitkilərin inkişaf sikli iki fazadan diploid, yaxud sporofit fazaları və haploid,yaxud qametofit fazası cinsi hüceyrələrin əmələ gəlməsinə qədər bütün dövrü əhatəedir.
Ardı →

Təkamül nəzəriyyəsi

Təkamül nəzəriyyəsi — Yer kürəsinin biosferasının, onu ayrı-ayrı növlərinin tarixi inkişafını iddia edən ideya və konsepsiyaların cəmindən ibarətdir. Birinci təkamül ideyaları antik dövrdən irəli sürülürdü, ancaq Çarlz Darvinin əsərləri təkamülü biologiyanın əsas konsepsiyası edir. Baxmayaq ki, vahid və ümumi qəbul olunmuş bioloji təkamül nəzərəriyyəsi indiyə qədər yaradılmayıb, təkamülü təsdiq edən coxlu sayda elmi dəlilər və nəzəriyyələr mövcud oldugu üçün təkamül faktı elmi ictimaiyyətdə şübhə dogurmur.


Ardı →