Рейтинг
+11.66

Biosfer

14 üzv, 13 topik

Coğrafi təbəqənin inkişafı

Coğrafi təbəqənin inkişafının sonunda biosfer — həyat təbəqəsi yaranmışdır. Yerdə həyatın yaranması haqqında dini və elmi fərziyyələr mövcuddur. Ç.Darvinin məşhur təkamül nəzəriyyəsindən başqa, həyatın Yerə kənardan gəldiyini, canlıların sərbəst olaraq formalaşdığını, vulkanlardan yarandığını və s. iddia edənlər vardır. Lakin bunun dəqiq cavabı hələ ki elmə tam məlum deyil.
Alimlərin çoxu hesab edir ki, Yerdə həyat okeanda birhüceyrəli orqanizmlərin yaranması ilə başlamış, sonra quruya keçmişdir. Tədricən birhüceyrəlilərdən çoxhüceyrəli orqanizmlər, sonra daha mürəkkəb quruluşa malik bitkilər və heyvanlar yaranmışdır.
Davamı →

Günəşin yerə təsiri

Günəş Yerə hərtərəfli təsir edərək həm canlı, həm də cansız təbiətin mövcud olmasına şərait yaradır. Günəş işığı və istiliyinin Yer səthində qeyri-bərabər paylanması fəsillərin yaranmasına, iqlim qurşaqları və iqlim tiplərinin formalaşmasına səbəb olur. Günəş işığının təsiri ilə fotosintez prosesi baş verir. Günəş şüalarının Yer kürəsinə təsiri maddələr və enerji dövranını yaradır, Yerin ayrı-ayrı təbəqələrini əlaqələndirir.
Günəşdən kosmik fəzaya gələn şüaların, hissəciklərin, maqnit sahələrinin məcmusu günəş küləyi adlanır. Günəş küləyi 3-4 gün müddətinə, bəzən də daha tez Yer səthinə çatır. Günəş küləyi ilə Yerə gələn şüalara görünən günəş işığı, infraqırmızı və ultrabənövşəyi radiasiya daxildir.
Davamı →

Dünyanın iqlim qurşaqları və iqlim tipləri

Yerin iqlim qurşaqlarının formalaşması, əsasən, coğrafi enlikdən asılı olaraq günəş şüalarının düşmə bucağının dəyişməsi, səth örtüyünün xarakteri, atmosfer dövranı və ya hava kütlələrinin hərəkəti ilə bağlıdır. Bunlar əsas iqliməmələgətirən amillər sayılır. Əsas iqlim qurşaqlarında ilboyu eyniadlı hava kütlələri hakim olur. Keçid iqlim qurşaqlarının özünəməxsus hava kütlələri olmadığından onlar fəsillər üzrə qonşu iqlim qurşaqlarının hava kütlələrinin təsirinə məruz qalır.
Davamı →

Coğrafi təbəqənin qanunauyğunluqları

Coğrafi təbəqənin quruluşunun və inkişafının özünəməxsus ümumi qanunauyğunluqları var. Bu qanunauyğunluqlar bütün təbii komplekslərə xasdır. Bunlara coğrafi təbəqənin bütövlüyü, ritmikliyi və zonallığı aiddir.
Coğrafi təbəqənin bütövlüyü dedikdə ona daxil olan komponentlərin qarşılıqlı təsiri və bir-birindən asılılığı nəzərdə tutulur. Hər bir komponent digər komponentlərə təsir edir və özü də onların təsirinə məruz qalır. Komponentlər arasında qarşılıqlı asılılıq maddələr dövranının nəticəsində yaranır. Bir komponent ayrı-ayrılıqda mövcud ola və inkişaf edə bilməz. Onların arasındakı əlaqə o qədər möhkəm və davamlıdır ki, komponentlərin birində baş verən dəyişiklik digərlərinin də dəyişməsinə səbəb olur. Bütövlük qanunu təbiətdən istifadənin əsasını təşkil edir.
Davamı →

Üzvi maddə istehsalçıları

Təbiətdə mövcud olan canlı orqanizmlər təklikdə deyil, qrup halında yaşayır, müxtəlif təbii birliklər yaradırlar. Bu birliklərdə canlılar və onların əhatəsində olan amillər arasında bir çox qarşılıqlı əlaqələr mövcuddur. Bunlardan ən əhəmiyyətlisi qida əlaqələridir.
  1.  Qida əlaqələri necə yaranır?
  2.  Maddələrin cansız təbiətdən canlı təbiətə “axın”ını həyata keçirən hansı canlılardır?
  3.  Onlar bu “axın”ı necə reallaşdırırlar?
  4.  Bu canlıları necə qruplaşdırmaq olar?

Davamı →

Antarktidanın təbiəti

Antarktika (yunan “anti” – “əks” deməkdir) – yəni Yer kürəsinin Şimal qütbü ətrafının – Arktikanın əksi mənasındadır. Antarktida – üç yarımkürədə yerləşən, sahəsi 14 milyon km2 olan, üç okeanın suları ilə əhatələnən cənub materikidir. Materik bütün coğrafi uzunluqlarda yerləşir, onun sahilləri hər tərəfdən şimala istiqamətlənmişdir ki, bu da onun coğrafi mövqeyi ilə əlaqədardır.

Antarktida – cənub materiklərinin əvvəllər daxil olduğu Hondvananın tərkib hissəsidir. Materik eyniadlı litosfer tavasında yerləşir, qərb tərəfdən And dağlarının davamı kimi Sakit okeanın “Odlu həlqə”sinə daxildir. Antarktidada hələ də vulkanik proseslər (burada fəaliyyətdə olan Erebus vulkanı püskürür) davam edir. Materikin buzaltı relyefi (sıra dağlar, platolar, çökəkliklər və s.) mürəkkəbdir.


Davamı →

Şimal materiklərinin bioehtiyatları

Şimal materiklərinin insan təsirinə daha çox məruz qalan təbii zonaları, əsasən, dəyişmişdir. Bu, əhalinin daha sıx məskunlaşdığı – Şərqi Çin, Qərbi Avropa, Dekan, Mərkəzi düzənliklər və ABŞ-ın Atlantiksahili ərazilərində müşahidə olunur. Təbii zonalardan meşә, meşә-çöl vә çöllәr, codyarpaqlı hәmişәyaşıl meşә vә kolluqlar, savanna, seyrәk vә musson meşәlәri daha çox mənimsənilmişdir. Bu, təbii zonaların yerləşdiyi ərazilərdə relyefin mənimsənilmə üçün yararlı, iqliminin əlverişli olması, torpaqların münbitliyi, ərazinin bioloji ehtiyatlarının zənginliyilə əlaqədardır. Bioloji ehtiyat – insanların istifadə edə biləcəyi bitki və canlı aləmə deyilir.


Davamı →

Cənub materiklərinin bioehtiyatları

Antarktida istisna olmaqla cənub materiklərinin – Cənubi Amerika, Afrika və Avstraliyanın ekvatora yaxın yerləşməsi onların təbii zonalarında öz əksini tapır. Materiklərin oxşar iqlim göstəriciləri – günəşli saatların miqdarının çoxluğu, vegetasiya müddətinin uzunluğu və mövsümlər üzrə dəyişməsi bioloji ehtiyatların növlərində və miqdarında, eləcə də onların istifadəsində oxşarlıq yaratmışdır.

Cənubi Amerika və Afrikanın ekvatorial meşələri Avrasiyanın ekvatorial meşələri ilə müqayisədə çox zəif mənimsənilmişdir. Bataqlıqların geniş yayılması, keçilməz meşələr, ifrat rütubətlilik, müxtəlif həşəratlar, tropik xəstəliklər bu ərazilərdə əhali məskunlaşmasına maneçilik yaradır. Burada daimi yaşayanlar yerli qəbilələrdir.


Davamı →

Ekoloji siyasət

XX əsrdə elm və texnikanın, sənaye və kənd təsərrüfatının intensiv yollarla inkişafı, həmçinin dünya əhalisinin sayının kəskin artması insanın təbiətə təsirini gücləndirmişdir. Bir çox ekoloji problemlər kəskinləşmiş, bəziləri isə ekoloji böhran xarakteri almışdır.

Ekoloji böhran – ətraf mühitin böhran vəziyyətində nəzərəçarpacaq dərəcədə dəyişməsidir ki, nəticədə təbii komplekslər, oradakı canlı orqanizmlərin gələcək mövcudluğu təhlükə altında qalır. Yer kürəsində ekoloji vəziyyətin dərəcələri müxtəlifdir. Ətraf mühiti ekoloji vəziyyətinə görə 5 qrupa ayırmaq olar:


Davamı →