Təbii ərazi kompleksi və təbii zonalar

Təbii ərazi kompleksi — Yer səthində relyefi, süxurları, torpaq və bitki örtüyü eyni olan və ətraf sahələrdən fərqlənən ərazilərdir. T.Ə.K-nin əsas komponentləri — relyef, iqlim, süxurlar; törəmə komponentləri – torpaq, bitki və heyvanlar aləmidir. T.Ə.K-da bütün komponentlər bir-biri ilə sıx əlaqədardır. Onlardan birinin məhvi digərlərinin məhvinə səbəb olur. Məsələn: meşənin qırılması — heyvanların məhvinə, şoranlıq və ya bataqlığın yaranmasına, bulaqların qurumasına, torpaq eroziyasına səbəb olur. Ən iri T.Ə.K-i coğrafi təbəqədir. Coğrafi təbəqənin özü də — okean və materiklər kimi T.Ə.K-nə ayrılır. T.Ə.K-i anlayışı ilə yanaşı coğrafiyada landşaft anlayışı da mövcuddur ki, məzmununa görə bu anlayışlar fərqlənmirlər. Oxşar əlamətinə görə landşaftların qruplaşdırılmasına — landşaft təsnifatı deyilir və sinif → yarımsinif → tip → yarımtip → növ təsnifatı ilə qruplaşdırılır. Göründüyü kimi ən böyük landşaft vahidi sinifdir. Qurunun landşaftları 2 sinifə ayrılır: dağlıq və düzənlik. Düzənlikdə landşaftlar üfüqi zonallıq qanununa, dağlarda isə landşaft şaquli qurşaqlıq qanununa tabedir. Landşaft — ərazinin fiziki-coğrafi rayonlaşdırılması üçün istifadə olunan əsas amildir. Landşaftlar təbii və antropogen olur. Təbii landşaftlar yalnız Arktika və Antarktida da dəyişməmiş qalıb. Çünki sərt təbiətə malik olan arktik səhra və tundra zonası insanın yaşaması üçün yararsızdır. Antropogen landşaft — insan tərəfindən bu və ya digər dərəcədə dəyişdirilmiş ərazidir. Məsələn: şəhər, tarla, su anbarı və s. Elm və texnikanın inkişafı insanların təbiətdən asılılığının azalmasına səbəb olmuşdur. Landşaftlar üzərindəki komponentlərin adı ilə adlandırılır. Məsələn: tayqa, səhra, çöl, çəmən və s.
Yağıntı və temperatur, torpaq və bitki örtüyü zonal landşaft əmələgətirici amillərdir. Bəzən landşaft qurşaqlarının şaquli paylanmasında zonallıq pozulur, buna azonnallıq (yəni zonallığın əksi) deyilir. Məsələn: Talış dağlarında meşələrdən sonra dağ çəmənliklərinin yerində kserofit kolluqlar azonallığa misaldır.
Bəzən bir landşaftı daxilində həmin ərazi üçün tipik olmayan landşaft vahidi yaranır. Buna introzonallıq deyilir. Məsələn: Kür-Araz ovalığının yarımsəhraları arasındakı Kür boyu tuqay meşələri intrazonallığa misaldır. Bu landşaftın yaranmasına səbəb qrunt sularının səviyyəsinin yuxarı olması və iri çaylardır. (Kür çayı)

Yerin təbii zonaları
Təbii zonalar — Yerin quru səthində eyni iqlim tipinin təsiri altında formalaşmış torpaq-bitki örtüyü və heyvanlar aləmi ilə bir-birindən kəskin fərqlənən böyük ərazilərdir. Təbii zonaların yaranmasına əsas səbəb Yer kürəsində istilik və rütubətin qeyri-bərabər paylanmasıdır. Bitki örtüyü təbii zonaları zahiri görünüşünə görə bir-birindən fərqləndirən başlıca əlamətdir. 2 tip təbii zona var: 1. En (üfüqi). 2. Şaquli (hündürlük).
En (üfüqi) zonallıq iqlim qurşaqlarına uyğun olaraq təbii komplekslərin ekvatordan qütblərə doğru bir-birini əvəz etməsidir. Təbii zonaların coğrafi enlik üzrə paylanmasının əsas səbəbi Günəş şüalarının düşmə bucağının və yağınlıların qeyri-bərabər paylanmasıdır. Torpaq, bitki və heyvanlar aləmi, günəş radiasiyası coğrafi enlikdən asılı olaraq dəyişən təbii komponentlərdir. Relyef, süxurlar və faydalı qazıntılar isə coğrafi enlikdən asılı olmayan komponentdir. Ekvatordan qütblərə doğru aşağıdakı təbii zonalar en zonallığına uyğun olaraq dəyişir:

Təbii zona

Iqlim

Torpaq

Bitki

Heyvan

Digər əlamətlər

arktik buzlu səhralarda

Arktik

ibtidai torpaqlar

Mamır, şibyə, yosun

Ağ ayı, pinqvin

6 aya qədər davam edən qütb gecə-gündüzləri

tundra və meşə-tundra

Subarktik

tundra — qneyli torpaqlar

Mamır, şibyə, şam

Şimal maralı, canavar

R.Ə vahiddən böyükdür.

iynəyarpaq meşələrdə (tayqada)

Mülayim

podzol (küləçalan) torpaqlar

Şam, küknar, ağcaqayın

Qonur ayı, dələ, dovşan

Sərin yay, soyuq qış

qarışıq və enliyarpaq meşələr

Mülayim

çimli-podzol və qonur-meşə torpaqları

Şam, küknar, ağcaqayın

çimli-podzol və qonur-meşə torpaqları

 

çöl

Mülayim

qara torpaqlar

Taxıl, günəbaxan

müxtəlif gəmiricilər

Rusiyada-step, Argentinada -pampa, ABŞ-da preri

səhra və yarımsəhralar

Mülayim, subtropik və tropik

boz, qumluq, şoranlıqlar

Kserofit, tikanlı bitkilər

Sürünənlər, dəvə

Böyük sutkalıq ampletud və fiziki aşınma

codyarpaqlı meşə və kolluqlarda

Subtropik

qəhvəyi

Zeytun, dəfnə

Dovşan, dağ keçisi

 

savanna və seyrək meşələr

Subekvatorial

qırmızı-qonur torpaqlar

Baobab, palma

Zebra, zürafə, kərgədan

səhralaşma problemi

həmişəyaşıl ekvatorial meşələr

Ekvatorial

qırmızı-sarı ferralit torpaqlar

Liana, palma, seyba

Qorilla, leopard

Meşələrin sürətli qırılması

Təbii zonalar arasında ən çox savanna, meşə-çöl, çöllərdə; ən az isə tundra, meşə-tundra və səhralardan istifadə olunur. Üzvi aşınma ekvatorial və mülayim qurşağın meşələrində daha güclü, tropik və arktik səhralarda isə daha zəif gedir.
Coğrafi enlik qanunauyğunluğunun ayrı-ayrı yerlərdə pozulması əsasən iqlim xüsusiyyətləri və relyefin mürəkkəbliyi ilə əlaqədardır.


Şaquli qurşaqlıq. En (üfüqi) zonallıq dağlıq ərazilərdə pozularaq şaquli (hündürlük) zonallığı ilə əvəz olunur. Hündürlük qurşağının mahiyyəti dağın ətəyindən zirvəsinə doğru təbii komplekslərin bir-birini əvəz etməsidir. Buna səbəb hündürlüyə doğru temperatur və yağıntının dəyişməsidir. Hündürlük qurşaqlarının sayı dağın hündürlüyündən və coğrafi mövqeyindən ( yəni hansı iqlim qurşağında yerləşməsindən) asılıdır. Dağın ətəyində onun iqliminə müvafiq təbii zona mövcud olur. Yəni dağın ətəyində səhra zonası yerləşibsə, onda dağın zirvəsinə doğru aşağıdakı təbii zonalar bir-birini əvəz edəcək.: səhra → yarımsəhra → çöl → meşə-çöl → meşə → subalp və alp çəmənləri → qayalıq-buzlaq (nival) təbii zonası. Hündürlük qurşaqları ən çox Qafqaz, Pamir, Himalay Kim hündür dağlarda; ən az isə Kap, Appalaç, Ural kimi alçaq dağlardadır.
Dağ yamaclarında meşələrin qırılması- bulaqların qurumasına, torpaq örtüyünün yuyulmasına və yarğanların yaranmasına səbəb olur.
Okeanda təbii qurşaqlar — okean cərəyanları və coğrafi enlikdən asılıdır. Okeanda ekvatorial, tropik, subtropik, mülayim, qütb qurşaqları mövcuddur. Bu qurşaqlar okean suyunun temperaturuna, duzluluğuna bitki və heyvanat aləminə görə fərqlənir. Okeanda 160 min heyvan və 10 min bitki növü var. Okeanda canlılar əsasən sahil zonasında və üst (1000 m-ə qədər dərinlikdə) qatda yaşayır.

loading...

0 şərh