Mən terrorist deyiləm!

Uinston Çörçill deyir ki, “Fanatik (təəssübçü) o şəxsdir ki, öz düşüncə tərzini dəyişə bilmir və mövzunu da dəyişməyə hazırlaşmır”

Bir çox yalnış əmllərin də altını günahsız əhali çəkir, bir çox yalnış əməlləri törətməyənlərin adı da onları törədənlər sırasında hallanır.

Terrorizm.
Terrorizm bir politikadadır, hansı ki, zor tətbiq edərək, bir çox pis əməllər törədərək, əhali arasında çaxnaşma, qorxu yaradılır ki, bu da bunu törədən həmin terror dəstələrin, qrupların işinə yarayır. Yəni, terrorizm bəzi qrupların öz mənafeləri üçün törətdikləri amansız bir sistemdir. Bunu bir çox mənbələrdə politik repressiya da adlandırırlar.

Bir çox terrorizm növləri vardır. Hökümət terroru, dini terror, siyasi terror və ya sadəcə olaraq “tiran”lıq etmək məqsədilə və s.

Belə götürsək terrorizm yeni yaranmış bir şey deyil. Bu tək bizim əsrdə yox, eləcə də keçmiş və orta əsrlərdə də mövcud olmuş bir sistemdir. Məsələn gizli qurumlar, təşkilatlar, sektalar elə o vaxtlarda da mövcud olub. Sadəcə hər vaxtın öz hökmü olduğu kimi, tələbləri, vəziyyəti və forması da sanki başqalaşır. Hər-halda doru və dəyişilməz bir şey qalır ki, zülm elə zülmdür.

Hal-hazırda terrorizm deyiləndə ağıla ilk gələn şey müəlmanlar olur.  
Mən dinimlə, imanımla fəxr edirəm. Mən müsəlmanam, amma, terrorist deyiləm. Bir çox yalnış düşüncələrin və ya düşüncəsizliyin, ağılsızlığın bəhrəsidir ki, bəzi xarici millətlərin bəzi (bir çox) nümayəndələri  zənn edirlər ki, bütün müsəlmanlar terrorstdilər. Halbuki bu belə deyil. Özüm də terroru şiddətlə qınayıram. Fərqi yoxdur, orqanizə edilmiş və ya edilməmiş, zor tətbiq edilən, can yandıran hər nə varsa – bunlar tükürpədici və pis əməllərdir. Pratlayışlar, yanğınlar, davalar, qan tökmələr- istər müsəlman olsun, istər qeyrisi, bunları yalın ayaq əhali ütündə hər kim törədirsə cəzasını da çəkəcəkdir.

Niyə bütün müsəlmanların adı terror kimi hallanmaldır?! Belə görünür ki terro həqiqətən də işə yarayır. Əgər insanların beyni bulandırılırsa…

Keçənlərdə məşhur hind aktyoru Şahrukh Khan-ın baş rolunu ifa etdiyi bir film izlədim. Film belə adlanır: “Mənim adım Khandır və mən terrorist deyiləm”. Qısaca izahat verim ki, Amerikada baş vermiş bir çox terror çaxnaşmalarından dolayı xaricilərin uşaqları  doldurulmalar nəticəsində məktəbdə müsəlman bir ailənin uşağını döyərək onun ölümünə səbəb olurlar. Yəni xarici millət müsəlmanlara qarşı düşmən kəsilir. Khan isə prezidenti tapıb və bütün dünyaya duyurmaq istəyir ki, “mən terrorist deyiləm”. Elə də edir! Hətta farqmentlərin biri məsciddə çəkilib. Hansı ki, Khan məscidə dua etmək üçün gəlir və orda görür ki, molla kimi bir şəxs oturub, camaata nəsə danışır. Amma, elə danışır ki, ağzından, gözlərindən alov fışqırır. Elə danışır ki, digərləri də cumubkimlərisə parçalamaq istəyir. Yəni tülkücəsinə terroru təmsil edir.

Dünyanın harasında olur-olsun, dinindən, dilindən, irqindən, rəngindən asılı olmayaraq, kim ki, zülm törədirsə, bizlər də buna qarşıyıq. Ağlı olan, ürəyi olan və ən nəhayətində insan olan kəs belə işlərə imza atmaz. Səhv yönləndirmələrin təsiri altına düşməz. Təsir altına düşməməkçün də gərək hər tərəfli güclü olasan. Belə ki, gipnozlanıb, təsirlənib bu işi törədənlər də zəifdilər.

Bir mənbədən oxudum və tərcümə elədim:

"1881– Rus çarı rus terroristi tərəfindən öldürülmüşdü.
1886– Çikaqoda demonstrasiya vaxtı bir amerikalı terrorist bombayla partlayış edərək 7 polisin ölümünə və 67 demnstrasiyaçının yaralanmasına səbəb oldu.
1889-dan 1909-dək ABŞ-da ağ dərili ektremistlər 1700 qara dərilili amerikalılara zəncirlərlə zalımcasına divan tutmuşdular.
1894 – Fransız terrorist Fransanın prezidentini qətlə yetirib.
1897 – İspan terrorçusu İspaniyanın baş nazirini öldürüb.
1898 – Avstriya terrorçusu Avstriya imperatriçasını öldürüb.
1900 – İtalyan terroristi İtaliyanın kralını qətlə yetirib.
1901 -  Amerika terrorçusu Birləşmiş Ştatların prezidentini qətlə yetirib.
1914 – Bosniyaçı terrorist Avstro-Venqriyanın ershersoqu (Avstriya prinslərinin titulu) Ferdinandı öldürdü, hansı ki, bu da Birinci Dünya müharibəsinə səbəb oldu ki, bu da 20 milyon canı apardı.

1981- Alman terrorçular Almaniyadakı Ramşteyn aviabazasında olan amerikan ştabı ətraflarında bomba partlatdaraq 14 amerikanı qətlə yetirdilər.

1995 – Dini yapon eksremistləri Tokio metrosunda nervli-paralitik (bu termini səhv dedimsə, düzəldin) qaz vasitəsilə 12 nəfəri öldürdülər və 5000-dən yuxarı vətəndaşa ağır travmalar yetirdilər.
1995 – Amerikan terrorçu Oklaxomada federal binasında bomba partladaraq 168 nəfəri öldürdülər.
… " və s. və i.a.

Nöqtələr onu izah edir ki, orda yazılanların hamısını qeyd etmədim. Sadəcə deməyim budur ki, indi mən də durum amerikanları, yaponları, italyanları və başqalarını bütünlüklə terrorçumu adlandırım?! Axı bu belə deyil.. Terror hər yerdə, hər millətdə mövcuddur.

Mən müsəlmanam, mən müsəlmanlılığımla fəxr edirəm və mən terrorist deyiləm!

44 şərh

papatürk
Terror zəiflərin silahıdır. zəif güclüyə qarşıaçıq mübarizə apara bilməyəndə terrora əl atır. ərəblər İsraildən qat-qat zəifdir.İraqlılar,əfqanlılar ABŞ ordusundan çox zəifdir.Buna görə də məcbur olub terrora əl atırlar. Tək müsəlmanlarda deyil,başqa xalqlarda da belədir. Serb Qavriila Prins niyə ershersoq Ferdinandı öldürdü? Çünki serblər açıq şəkildə Avstriya-Macarısatan ilə mübarizə aparmaqda çətinlik çəkirdilər.
bankir

papatürk,sənin məntiqindən belə çıxır ki,terrorun qarşısını almaq üçün öz düşmənini gücləndirməlisən? Yəni israillilər ərəb terrorundan qaçmaq üçün onlara hərbi qırıcı təyyarə verməlidir?

mucahide
cenab bankir siz yanliş anladiniz Papatürkü deyəsən… İsrail ərəb terrorundan qaçmaq üçün onlara zülm etməyi dayandırmalidır…
bloqçu
Elədir, həqitən də zəiflikdir. Elə hər zaman belə olub, zəifinki ancaq silahla, bombayla zor tətbiq etməkdir, çünki əlindən başqa heç nə gəlmir.
mucahide
tam mənası ilə zəiflik deyil aslində… sadəcə şəraitdən çıxış edərək seçilən metoddur bu…
mucahide

zəif olsa idilər bu boyda dünyaya meydan oxumazdılar çoxdan mübarizələrini dayandırardılar və təslim olardılar...


neçə illər keçsə də Rusiya Şimali Qafqazı ram edə bilmir… ABŞ Əfqanistanda və İraqda nəzarəti əlinə hələ də tam olaraq ala bilməyib… Əgər əksini desəniz sadəcə İraqda intihar etmiş Amerika əsgərlərini xatırlayın...


İsrail o boyda gücü ilə fələstinliləri ram edərdi… sadaladiqlarımı stereotiplərdən və universitet qəliblərindən arınmış bir məntiqlə analiz etsəniz burada haqlı bir mübarizəni görərsiniz...

papatürk
Əgər adamın əlindən ev-eşiyi alınırsa,uşağı öldürülürsə o nə etsin? O zəifdir,hərbi tankın,bombardmançı təyyarənin qarşısında heç nə edə bilməz.durub gözləsin? Heç nə etməsin?
bloqçu

papatürk, mən isə başqa mənədə nəzərdə tutdum. Məncə sizin qeyd elədiyiniz pzünü qoruma naminə məcbur olub terrora əl atmaq haqq qazandırmır. Başqa günahsızların günahı nədir?!

bloqçu

üzr istəyirəm səhv yazdım. Yəni, zəifliyi başqa mənada nəzərdə tutmuşdum -demək istədim

mucahide

cənab blogcu indi əsas məsələyə gədiniz… sizin yazida çatışmayan şey odur ki balanslılıq yoxdur… özəlliklə də


müsəlmanlarla baglı ittihamlarda… gəlin dünyada Terror qruplari olaraq təqdim edilən musləman təşkilatlarına bir diqqət yetirək...


Həmas- Livanda yaranıb İsrailin və ABŞin Fələstində törətdiklərinə və İsrail ilə ərəb dünyasının savaşı müddətində işgal olunmuş Livan torpaqlarının azad edilməsi üçün mübarizə aparırlar...


Taliban- Əfqanıstan ABŞ tərəfindən işgal olunub… ölkənin basına satgın rejim keçirilib və Taliban öz ölkəsinin azadlıgı ugrunda partizan mübarizəsi aparır...


Çecen yaraqlıları da həmçinin boyunduruqdan qurtulmaq ugrunda mübarizə aparırlar...


bunlar onu sübut edir ki musəlman qrupların terrorist adlandirilmasi əslində İslamın düşmənlərinin sizik kimi məsələlərə səthi yanaşan ziyaliliq iddiaçılarının düşüncəsi ilə manipulyasiya etmək məqsədi ilə ortaya atılıl vı coooox da effektiv olub… kobudluq etdiyimi düşünməyin… sadəcə sizin belə səthi yaklaşımınız məni cox pis etdi..

mucahide

üstəgəl günahsızların ölümü məsələsi… dünyada elə bir savaş yoxdur ki orada ən böyük zərbə dinc əhaliyə dəyməsin… elə iraqdaki əməliyyatlarda ölən dinc əhalinin sayi silahlilardan çoxdur özü də dəfələrlə


bu savaşın ayrılmaz hissəsidir… ölülərin içində həm silahlilar həm də silahsizlar olur...

2ral
Terror və partizan müharibəsi fərqli şeylərdir.
Əgər uşağı öldürülmüş,evi əlindən alınmış adam hərbçilərə qarşı əldəqayırma qumbara ilə mübarizə aparıb tank partlada bilirsə bu onun partizan olduğunu göstərir.Lakin o gedib metronu partladırsa,Neft Akademiyasında əlində avtomat qabağına gələni biçirsə bu terrordur.
Terrora haqq qazandıran və onu təbliğ edənlər diqqətli olsunlar. Minus istəmirlərsə yazmazdan əvvəl düşünsünlər.
mucahide

cənab 2ral  Neft akademiyasında torədilən musəlmanlarla bagli deyil bunu fark etdiyinizdən əminəm...


bu erməni kəşfiyyatının Azərbaycan mudafiə sisteminin və xüsusi xidmət olqanlarının fərsizliyini və öz xalqına qarşı yönəlmişliyini ifşa etmək üçün törədilmiş qulaqburma aktı idi… onlar bizim kimi iki üç əsir əsgəri prezidentinə söydürüb bundan ləzzət almırlar… ermənistandakı kölgə iqtisadiyyatının miqyasindan danısış xalqı aldadan bizlərik onlar iş görürlər...

mucahide

hec mene minus ve ya plyus verilmesi umurumda deyil… sadece merak ettim neden mene bu sozlere gore minus vermisiz,,,


kim veribse ona səslənirəm alooooooooooooo burdamisin??????

2ral

Yeri

Страна

1994—2004 illərdə terrordan həlak olanların sayı

Teraktlarda ölənlərin sayı (hər 1 milyon nəfərə)

1

ABŞ

3238

11,05

2

Rusiya

2111

14,54

3

Hindistan

1928

1,81

4

İsrail

1274

219,3

5

Kolumbiya

1135

26,82

6

İraq

1122

44,22

7

Əlcəzair

869

27,05

8

Pakistan

783

4,92

9

Uqanda

471

17,84

10

Şri-Lanka

409

20,55

ramzes

Maraqlıdır, 11 sentyabr hadisələrində cəmi 4 amerikalı həlak olmuşdu qalan hamısı xaricilər idi.

mr13

Diqqət lə qulaq asın. burada 11 sentyabr daxil çox şeylərə aydınlıq gətirilir.





Türkəl
Olduqca yanlış məlumatdır… Bu hadisələr vaxtdı "Əkiz Qüllələr«in işçi heyəti və yüzlərlə polis və yanğınsöndürən vəfat edib. Onların hamısı Amerika vətəndaşı idi.
mucahide

cənab Türkəl mənim o qüllələrlə bagli fikrim basqadır… bu haqda danışmayacam


sadəcə sizə maraqli bir fakti deyəcəm


2-ci dünya müharibəsi dönəmində Sovetlər xalqda almanlara qarşı nifrət oyatmaq ücün bir kəndin camaatını qırmısdılar özü də bunu alman əsgərlərinin geyimində etmisdilər… bu fakt sovetlər dagilandan sonra üzə cixdi...


və Amerika da İslam dünyasına hazirlanan xaclı yürüsünu xalqinin da sorgulamadan qarşılaması ücün bunu yapmıs ola bilir… siyasi oyunlar bele sadelovhcısinə qurulmur… ay vətəndaslarim belə getti


bilmem ne bilmem ne

Türkəl

@ «cənab Türkəl müəllim» looooool!!!!!


yuxarıdakları niyə yazdığını bilmirəm, sən dediklərini onsuz da bilirdim, Zeitgeist və Fahrenheit 911 filmləri kino kolleksiyamda fəxri yer tutur )) Belə başa düşürəm ki. sənə elə gəlib ki, mən Amerikalıları müdafiə edirəm. ya da nə isə… Əslində mənim fikrim odur ki, öz xalqına qarşı cinayət törədən hakimiyyət öz ailə üzvünü qətlə yetirən adamla eynidir. Terroristləri də müsəlman saymıram.

təpəgöz
4 amerikalı yox,4 yəhudi. ramzes səhv edib.
mr13

Xahiş edirəm müsəlman sözünün qarşısında terror sözünü işlətməyin. Müsəlman və terror ayrı-ayrı qütblərdə olan anlamlardır. İndi bütün dünya «Vəhabi», «Sələfi» adlandırdıqları insanları terrorist kimi tanıyırlar. Hətta bu gün Sumqayıtdan gələndə Saray yolunda Tanıdığım bir müsəlman qardaş dayanmışdı və Qabaqda oturanlar onun haqqında «budeee smertnik» dedilər. Nəzərinizə «Vəhabi» və «Sələfi» kimi tanıdığınız təriqətin şeyxlərinin fitvalarını çatdırmaq istəyirəm.


نص السؤال
وهذا أيضا يقول: لا يخفى على سماحتكم ما لأسامة بن لادن من تحريض للشباب في العالم ، وأيضا الإفساد في الأرض ، والسؤال: هل يسوغ لنا أن نصفه بأنه من الخوارج ، لا سيما وأنه مؤيد للتفجيرات في بلادنا وغيرها ؟

نص الجواب

كل من إعتنق هذا الفكر فهو من الخوارج 
كل من إعتنق هذا الفكر ودعا إليه وحرٌض عليه فهو من الخوارج بقطع النظر عن اسمه وعن مكانه 

فهذه قاعدة أن كل من دعا الى هذا الفكر وهو الخروج على ولاة الأمور وتكفير المسلمين واستباحة دماء المسلمين فهو من الخوارج

الشيخ صالح الفوزان 


Sual: Möhtərəm şeyx, Allah sizi müvəffəq etsin.
Usamə ibn Ladenin bütün dünyada cavanları təhrik etməsi, yer üzündə fitnə-fəsad törətməsi sizə heç də gizli deyil.
Sualım budur ki, biz bu adama xəvaric deyə bilərikmi? Ələlxüsus o bizim ölkədə və digər ölkələrdə baş verən partlayışları dəstəkləyir.

Cavab: 
Bu fikiri daşıyan hər bir insan xəvariclərdəndir.
Yaşadığı yerdən və adından (kimliyindən) asılı olmayaraq, kim bu fikri daşıyar və ona dəvət edər, insanları buna təhrik edərsə o insan da xəvariclərdəndir. 
Bu bir qaydadır ki, hər kim bu fikrə: əmir sahiblərinə qarşı üsyan etməyə, müsəlmanları təkfir etməyə (kafir saymağa), müsəlmanların qanlarını halal görməyə dəvət edərsə o insan xəvariclərdəndir.
Şeyx, Saleh əl-Fovzan


 


Qalanları bu linklərdə


BU GÜN CİHAD ADI İLƏ İNSANLARI ALDADAN XƏVARİCLƏR BARƏSİNDƏ
Şeyx Məhəmməd Nasirəddin əl-Əlbaninin partlayışlar törədənlər haqda fətvası


EYX FOVZAN -hafizəhullah- PARTLAYIŞLAR TÖRƏDƏN TƏKFİRÇİLƏRİ DƏSTƏKLƏYƏNLƏR BARƏSİNDƏ DEYİR

Dior
Xəvaric nədiki?
mr13
Xəvaric Peyğəmbərin (s.a.s.) dövründə ona qarşı vuruşan və özlərini müsəlman sayan yolun azmış kafirlərdir.
mr13
Xəvariclər Peyğəmbərin (s.a.s.) dövründə ona qarşı vuruşan və özlərini müsəlman sayan yolun azmış kafirlərdir.
Dior
1 il necə də tez gəlib keçdi.Artıq 2 gündən sonra ADNA-kı dəhşətli hadisənin ildönümü olacaq.
Elə bu da terrorçuluğun bir nümunəsidi.Allah rəhmət eləsin!
bloqçu

llah ADNAdakı və ümumiyyətlə bütün terror qurbanlarına rəhmət eləsin.Elə mən özüm də həm bunu düşünərəkdən, həm də bu gün Fransada bir məscidə bomma atılmağı xəbərindən sonra bir az da sarsıldım və bu yazını yazdım. İnsanın bəsdir artıq, YETƏR deyə bağırmağı gəlir… Nə qədər qan tökmək olra?! Nə qədər can almaq olar? Biz kimik ki?!

ramzes
Hörmətli mr13  bildiyim qədər terroristin adındakı İbn deyil «Bin»-dir.
mr13

Bin və İbn eyni şeydir yəni oğlu


 

mr13

İnsanlığın ən böyük düşməni isə elə Amerikanın özüdür. Yəqin ki, əksəriyyətiniz indi xəbərlərin əsas mövzularından biri olan Amerika əsgərlərinin etiraflarını eşitmisiniz. Hələ mən Xirosima və Naqasakini demirəm. Görün Bernard şou bu hadisələrdən sonra nə demişdi.


«Сейчас мы не имеем никакого права осуждать кого-либо в Нюрнберге» — «Bizim indi Nyunberqdə kimisə günahlandırmağa heç bir haqqımız yoxdur.»

mr13
Bir də Bomba bağlayıb insanları qırmaq terrordu amma dinc əhaliyə qadağan olunmuş fosfor başlıqlı bomba atıb qırmaq yox? (İsrailin hərbi baza məhv etmək adı ilə dinc əhalini qırması hadisəsini nəzərdə tuturam)
2ral
Şərh ağacını laızmsız yerə böyütməyin. Fikirlərinizi alt-alta yazın,əks halda şərhlər silinəcək.
Sayt siyasi diskussiyalar üçün deyil. Bununla belə İraq,Fələstin,Çeçenistan və s. ölkələrdə olan hadisələrə humanizm və insanpərvərlik cəhətdən mövqe bildirməyə icazə verilir.
Müharibəni düzgün aparmaq lazımdır. Çeçenlər rus orduuna qarşı nə edirlər özləri bilər.Amma Beslanda məktəbi girov götürmək,Nord-Ost kinoteatrında insanları əsir götürmək,şəhərlərdə bina partlatmağa heç kim haqq qazndıra bilməz.
Müzakirəni düzgün şəkildə davam etdirə bilərsiniz.
papatürk

2ral,tamamilə razıyam. Terrora haqq qazandırmaq olmaz. Pisliyə pisliklə cavab vermək heç vaxt yaxşı nəticə verməyib.


Amerika İraqı bombaladı.İraqlı da durub Amerikada bina partlatsa nəticəsi yaxşı olacaq? Əksinə,ABŞ daha çox İraqda sərt olacaq. Nyuton demişkən,təsir əks təsirə bərabərdir.


Müəlmanlar elm öyrənib kəşf etmək,texnolgiyanı inkişaf etdirmək vəəzinə kamikadze yetişdirdiyi üçün bu durumdadır.Əsrlərlə yəhudilərin dövləti olmadı.Nəsə oldumu onlara? İndi fələstinlilərin  heç 50 il deyil torpaqları alınıb,az qalırlar İsraili yerlə-yeksan etsinlər.

mucahide

siz Allah İsrailil harasi yerle yeksan olub?????


sizin dediginizden bele cixir ki bizi döyməsinler diye hakkimizi savunmayacagiz???7


bu təslimcilik ruhu ne deməkdir ya??? əksinə sizin bəyənmədiyiniz o kamikadzelər olmasaydı İslam dünyasını elə əzərdilər kiiii heç qalmazdı


onlar İslami ayakta tuturlar… sizi başa düşürəm ama biz azərilər bu təslimcilik ruhu ilə elm və texnikani elə inkisaf etdirmisik ki gəl görəsən… bəlkə də əsgərliyə də getməmisiniz...

papatürk
mucahide,şərh ağacını böyütmək olmaz,amma cavabını verməliyəm. Azərbaycanlılarda təslimçilik ruhu yoxdur,əsgərliyə də gediblər, Arqument gətirəndə şəxsi bphtana keçməyin.
Əgər kamikadze restoranda,avtobusda belinə bomba bağlayıb partlayırsa bu terrordur.Hələ İsrail ordusu çox güclüdür,kəşfiyyatı yaxşı işləyir.Əgər zəif olsaydı terror aksiyalarının qarşısını heç cür almaq olmazdı.Mən İsrailin siyasətini bəyənmirəm,amma dinc əhaliyə qarşı terror olmaz.Hünərləri var İSrail ordusuna qarşı vuruşsunlar,necə ki,60-70-ci illərdə etmişdilər. Əgər müharibədə vuruşa bilmirlərsə,terror çıxış. yolu deyil. Cavabınız olsa aşağıda yeni şərhdə yazın.
Freddie
papatürk, 6 gün ancaq davam gətirə bilərlər… Əsl müsəlmanların bir çoxu, xüsusilə ərəblər niyə görə elm öyrənmirlər, elmə maraq göstərmirlər? çünki onların bir dərdi var. cənnətə düşmək. bundan başqa bir şey düşünmürlər.
bəzi şayiələrə görə terrorçuların çoxu elə İsaril tərəfindən hazırlanır. xüsusi aparatlarla guya onları hipnoz edirlər.
mr13
Və bir şey də qeyd edim ki, dünyada yeganə bir millət var (millət demək olarsa) adına terrorizm termini var. «Erməni terrorizmi» Bunu dünyaya tanıtmalıyıq, car çəkməliyik
bloqçu

Düzünü desəm siyasətə qarışmaq istəməzdim, yazımda da sədəcə 1 barmağa görə 5 barmağın da adının batmamasını nəzərdə tutmuşdum, amma, o ki söhbət bu yerə gəldi...nə isə, bircə onu deyim ki, qan töküb, can almaq, zülm eləmək olmaz! Heç kim heç kimin torpağına da göz dikməməlidir. Nə erməni Azərbaycanın, nə də İsrail Fələstinin, nə də başqaları başqalarının. Hamı ayağını yorğanına görə uzatmalı, haqq ilə yaşamalıdır.


 
 

IDEAL
Başa düşmürəm əgər müsəlmanın etdiyi terrora haqq qazandırırsızsa, onda İsrailin ABŞ-ın etdiyi terrorada haqq qazandırın. Necə siz müsəlman olduğunuz üçün müsəlmanların etdiyi terroru haqq müdafiyəsi kimi izah edirsizsə, Onlarda öz hərəkətlərinə sizin etdiyiniz kimi müxtəlif  arqumentlər gətirərək özlərinə haqq qazandırırlar.  Məsələyə subyektiv yanaşmayın. Ya iki tərəfində hərəkətini pisləyin ya da ikisinədə haqq qazandırın.
Mənə bəzi postlar gülməli gəldi. ABŞ və İsraili tənqid edirsiz ki, dinc əhaliyə zərər verirlər. Sonra isə dinc əhaliyə zərər verən müsəlmanı tərifləyirsiz. İndi bunu necə başa düşüm. Demək istəyirsiz ki, müsəlmana xüsusi terror etmə haqqı verilib? Məncə sözlərinizə diqqət edin.
Nəyə qarşısız? Hədəfi düz seçin. Terrora qarşısızsa pisləyin ancaq hər iki tərəfin etdiyini pisləyin.  Yox müsəlmanın etdiyi terror sizə xoş gəlirsə daha sizə sözüm yoxdu.

P.S. Bu sözlərim hamıya aid deyil.
papatürk
Axır ki,normal münasibət bildirən tapıldı.IDEAL düz deyir. Terror haqlı yaxud haqsız olmasından asılı olmayaraq istifadə olunmamalıdır.Freddie yuxarıda qeyd etdiyi kimi,ərəblər maksimum 6 gün davam gətirirlər.Əgər vaxtında fələstinlilər papaqlarını qabaqlarına yaxşı-yaxşı qoyub fikirləşsəydilər indiyə müstəqil,zəngin,varlı dövlətləri vardı.
mucahide

men bu mövzu ilə baglı qisa bir araştırma ettim bu arada… və nəticəyə gəlim ki İslamın tövhid, peygəmbərlik, axirətin varligi və s. mövzular nece daim tartışma konusu olmuşsa (bura recm yani daşlama, əl kəsmə və s.də daxildir) cihad mövzusu da belə olacaq...


və biz istəsək də istəməsək də savas daim olacaq… axirətə qədər...


Allah dünyanın dörd bir yaninda savaşan musəlman qardaş və bacilarimiza yardim etsin… onların cihadini kabul etsin… ve bize de bunu nasip etsin… amiiiiiin


 


P.S Azərbaycana da İslam bu cür gəlib… mübarizə ilə… ama bu ölkədə vahid xalqın və dilin meydana gəlməsinə vahid mədəniyyətin formalaşmasina yardım edib… bu savaşların da bir hikməti var insaallah...

ramzes
Cihadı terrora qatmayın.
IDEAL
Müsəlman terror etdiyini başa düşmür ki. Elə bilir cihad edir. Şəhid olur. Allahda onu cənnətə atacaq ki, məsum insanları partladaraq xeyir iş görüb. Bu sözlər səhv başa düşməyin təkcə islama aid deyil bütün dinlərdə belədi. Xaç yürüşlərinə gələn cəngavərlərdə öz dinləri üçün cihad edirdilər. İndi İsrail öz dini üçün cihad edir.

Elə bizim dünya insanlarının problemi buduki bir-birlərini qırırlar. Heç kəsin ağlına gəlmir ki Axı hamımız Adəmin Həvvanın övladlarıyıqda yəni qohum sayılırıq. Kimi isə qırmaqla nə əldə etmək olar ki?
mucahide
kimlerise xilas etmek olar… ne ise men bitirirem tartishmayi…