Tərbiyə sevgidən başlayır!

Yuvamızın hər zaman tazə olan, əsas hissələrindən sayılan övladlar. Həmişə aktiv və diqqət mərkəzində olduqlarındandır ki, hər dəfə onlardan bolluca danışırıq, bölüşürük. Belə də olmalıdır axı. Onlardan danışırıq ki, həyatlarını daha düzgün və gözəl yaşamalarına yardımcı olaq. O şirin balaları yer üzündə xoşbəxt həyat sürmələri, ayaqlarını yerə bərk basmaları, həyata sağlam düşüncə ilə baxmaları və cəmiyyət, eləcə də öz ailələri üçün yararlı bir şəxsiyyət kimi formalaşmalarına kömək olmaqla yanaşı valideynlər özlərinə də yardım etmiş və xeyir qazanmış olurlar.

aile

Bu mövzuda heç vaxt cümlələrin, məsləhətlərin, sualların bitməyəcəyi bir bölmə də məhz tərbiyədir. (Yəni əslində o bir bölmə də deyil, kitabın özüdür ki var). Hər şeyin başında tərbiyə özü durur. Tərbiyənin başında isə sevgi.  Həqiqətən də tərbiyə sevgidən başlayır.

Gəlin bizlər körpələrin körpəliyinə baxmayaq. Əslində, dünyaya dördəlli sarılmış şirinciklər hər anı, hər dəqiqəni və hər şeyi elə bil sınaqdan keçirirlər. Və bu sınağın bütün mərhələlərində valideynin çiyinlərində elə bir yük var ki, bu da ilk öncə sevgidən və məsuliyyətdən başlayır. Valideyn üçün övlad qarşısında məsuliyyət hər şeydən ağır basır. Sevgi isə mütləq olmalıdır. Axı hər şeyin özəyi sevgi deyilmi?!

Hal-hazırda belə bir qanun varmış ki, məktəbəqdər təhsil mütləqdir. (Bunun mütləqliyini isə heç başa düşmürəm.) Yəni uşaq məktəb çağına çatmamaışdan ya baxçaya getməli, ya ev şəraitində ona müəllim ttulmalı və s. Nə olsun ki, o qədər valideynlər var ki, müəllimlər, tərbiyəçilər tuturlar və ya övladlarını uşaq baxçalarına yerləşdirirlər. Bu dəhşət pissayılacaq bir şey deyil, amma, onlar bununla övladlarını tərbiyələndirmiş sayır və bu zaman bəzən əsas şeyi unudurlar:  Sevgini.

Halbuki, övlad üçün o yuvanın öz havasına, valideynin isti qucağına, sevəcən bir tumarına, şirin dilinə, öpüşünə, qısacası sevgisinə o qədər ehtiyacı var ki. Övlad sevgi və diqqət tələb edir. Bunu ona vermək isə bizim ən öndə gedən borcumuzdur.

Təbii ki, hər bir valideyn istər ki, övladı sağlam düşüncəli, məsuliyyətli, ağıllı, tərbiyəli biri olsun. Amma, həyat göstərir ki, bunu istəmək kifayət etmir. Bunun üçün səy göstərmək lazımdır. Axı, halva-halva deməklə ağız şirin olmaz, ağız dada gəlməz.

İnsan valideyn oldusa gününün 24 saatı belə valideynlik vəzifəsini yerinə yetirməyə kifayət etmir. Uşaq onun hər anını bürüyür,  elə bürüməldir də. Biz də çox şey bilməliyik, öyrənməliyik ki, övladımızı doğru-düzgün yetişdirə bilək.

Ancaq, bir şeyi də unutmayaq ki, tərbiyə sevgidən başlayır!

6 şərh

Dior
Atalar düz deyib:Əzizim əziz,tərbiyəm ondan əziz.
fidan
bloqçu, səndən yaxşı müəllim yaxud baxçada tərbiyəçi olar))
Doğurdan da sevgi hər şeydən vacibdir.
bloqçu
))) İstərdim ki, yaxşı, layiqli ana olum.
təpəgöz
İnternatda oxuyan uşaqlar yada düşdü.
bloqçu
Uşaqlar dünyanın ən şirin nemətləidilər. Onların tərbiyəsində valideynlər çox səhvə yol verirlər. Təməl körpəlikdən atılır. Bir çox valideynlər isə körpə nə qanır deyərək, bir az böyüdür, sonra uşağı oyun kompyuteri arxasında otuzdurub, özü serial izləyir… Məncə belə olmamalıdır. Təbii ki uşaq iynamaldır, amma, valideyn bunu öz rtahatlığı üçün etməməlidir. Hər şeyin öz vaxtı və qədəri var.
Hagverdiyev
Uşaqları ata, ana sevgisindən, qayğısından zorla məhrum edilməsi çox böyük günahdır, lakin ata, ananın özlərinin uşaqdan imtina edərək, onu küçəyə atması artıq faciədir. Belə uşaqların, o cümlədən internatda, uşaq evlərində yaşayanların taleyi çox ağır olur və onlar zorakılığın bütün növlərinə məruz qala bilərlər.