Göbəkkəsmə və qan qohumlarının izdivacı.

Milli mentalitetimizin bir çox aparıcı xüsusiyyətləri vardır. Bunlardan biri də yaxın qohumlar, qan qohumları ilə qurulan ailələrdir. Həyat göstərir ki, kimisi bu sazişə sevərək, kimisi sadəcə olaraq baxışları eyni olduğundan, öz qohumluq əlaqələrini daha da bərkitmək niyyətilə, öz qohumuna yadlardan daha çox etibar edərək “ətini yesə də, sümüyünü çölə atmaz” misalını çəkərək ya valideynlərin təkidi ilə, ya da öz xoşlarına, kimisi də ümumiyyətlə, körpə ikən göbəkkəsmə əməlinin qurbanı olurlar.

nigah

Məşhur göbəkkəsmə. Bu haqda çətin ki bilməyən olsun, amma, bir az məlumat vermək istərdim. Başqa adlarda, beşikkəsmə, beşikkərtmə, ərusəkbazlıq, yavuqluetmə adlanır. Yəni bu əməl bölgələrdən dolayı fərqli adlarla adlanır. Bu adət haqda hətta, Kitabı Dədə Qorqud dastanlarında təsadüf edilmişdir. Bu da onu göstərir ki, adət çox qədim zamanlara dayanıb günümüzə qədər ayaq açmışdır. Əvvəllər yurdumuzda iki qohum arasında bir saziş bağlanardı ki, birinin qızı o birisinin oğluna ərə veriləcək və bu zaman da onların beşiklərində kərtik, metal pul asar və bununla da iki körpəni bir-birinə nişanlayardılar.

Hətta, uşaqlar doğulmamış olsalar belə valideynlər (atalar) öz aralarında artıq sözləşərdilər ki, nə vaxt ki, övladları dünyaya gələcək və böyüyəcəklər, bax o zaman onlar bir-birləri ilə ailə quracaqlar. Hətta, bu göbəkkəsmə münasibətlə ziyafət də verərdilər. Adətə görə övladlar ki, dünyaya gəldi, valideynlər bir-birlərinə övladlarına qoyduqları adları xəbər verərdilər və oğlan atası da düz 15 yaşına kimi qızın atasına hədiyyələr göndərərmiş.

Daha sonra bu adətlər bir-bir yığışılmağa başlasa da övladlarını hələ uşaq ikən bir-birinə nişanlamaq adəti yenə də qalırdı. Amma, mənə elə gəlir ki, şəhərdə hal-hazırda bu adət azalmaqdadır, təbii ki, bölgələri, rayonları, kəndləri nəzərə almasaq..

Yaxşı, göbəkkəsmə bir yana, görəsən, iki yaxın qohum arasında ailə qurmaq labüddürmü? Bu nə dərəcədə düzgündür, sabha-bir gün bu fəsadlar törətməzmi? Tibb aləmində müəyyən olunub ki, qan qohumları arasında qurulan əlaqə dünyaya gələcək uşaqların xəstə doğulmasına səbəb olur. Hətta, mən sizə deyim ki, bizim bir tanış ailə var, onlar xalaqızı və xalaoğludular və onları övladları uşaqlıqdan bəri bir çox xəstəliklərlər mübarizə aparırılar: oynaqlar, bel və bu kimi problemlərlə həmişə çətinlik çəkiblər. Oynaqlar nə isə, statistika belə göstərir ki, belə izdivaclardan dünyaya gələn övladlar o xəstəliklərə düçar olurlar ki, hansı ki, onları müalicəsi çətin tapılır. Statistikaya görə Azərbaycanda əhalinin 40 %-dək hissəsi məhz belə sazişlərdən yaranan xəstəliklərdən dolayı problemlər yaşayırlar.

Psixoloji cəhətdən çətinlik çəkən övladlar da az deyil. Çünki ata və anasının qohum olduğunu bilən və tibbin belə nəticələrini duyan tələbələr var ki, hansı ki, onlarda qorxu yaranır ki, birdən onlar da hansısa xəstəliklərə tutularlar. Amma, belələrinə də şad xəbərim var.
Belə ki, araşdırmalar ona gətirib çıxarır ki, artıq tibb də də ziddiyyətlər yaranır. Alimlərin izləmələrinə görə son zamanlar belə bir fikir irəli sürülüb ki, yaxın qohumlar arasında qurulan nigahlar heç də uşaqların sağlam doğulmasına səbəb olmur. Bu xəstəliklərin həmin nigahlara heç bir dəxli yoxdur. Yuxarıda özüm misal çəkdim ki, tadınıqlarım var ki, uşaqları xəstə dünyaya gəlib, amma, elə tanıdıqlarım da var ki, yaxın qohumdular, bir-birləri ilə ailə qurublar və uşaqları da sapsağlamdır.

Nə bilim, vallah adam çaşıb qalır, bilmirsən ki, nəyə inanasan. Bir tərəfdən deylir ki, İki qohum arasında nigahdan çox nadir hallarda sağlam uşaq dünyaya gəlir, digər tərəfdən də deyilir ki, xəstə dünyaya gəlmiş uşağın bu qan qohumluğuna heç bir aidiyyatı yoxdur. Yəqin ki, bu da qismətin bir həqiqətidir.

Həm də deyirlər ki, çox yaxın yox, 4 tərəli ("четвероюродный" - bilmirəm, bu sözü bizim dildə necə deyim) qohumlarda dünyaya gələn uşaqlar ən yaxın qohumlar və bir-birinə yad olan adamların qurduğu nigahdan əmələ gələn uşaqlardan daha da sağlam olurlar.

O ki qaldı göbəkkəsmələrə istəməzim belə hallar baş versin. Körpə beşikdəykən və ya hələ heç dünyaya da gəlməmişdən onun həyatını belə yönləndirmək məncə düzgün deyil. Həm insani tərəfən, həm də dini baxımdan. Çünki, bizim sabah nə, necə olacağımızı Allahdan başqa heç kim bilmir, bilə də bilməz.

11 şərh

bankir
oğlan atası da düz 15 yaşına kimi qızın atasına hədiyyələr göndərərmiş
Vaxsey!
girl_moon

Bu məsəl də artıq aktuallığını itirib, indi elə hallar da az deyil ki,  qohum əti də yeyir ,sümüyü də)) sonra qohumluq da olur heç nə, olurlar düşmən. Xəbərlərdə də qulaq asdım ki, xəstə uşaqlar çox doğulur belə nigahlardan. Nə deyə bilərəm, yenə də hər kəsin öz düşüncəsi, kim necə istəyir elə də ailə qurur. Hədiyyə məsələsini ilk dəfə eşidirəm. Bu hədiyyələr hələ çox iş qarışdıracaq.


Təşəkkürlər

Nailə_Rzayeva
girl_moon, sizinlə tamamilə razıyam. Mənim məktəbdən çox yaxın bir rəfiqəm öz xalası oğlu ilə ailə qurmuşdu, nə olsun ki, ona olmayacaq əziyyətlər verirdilər. Bilə-bilə ki, bacısından yeganə yadigardı ( qızın anası rəhmətə getmişdi). Ata isə qohum olduğu üçün söz deyə bilmirdi. Bu da qohum…
faberit

Maraqlıdır..
Amma bunun gözəl tərəfləridə var ..
Qızlar və oğlanlar subay qalmırlar :D
Qohum nigahlarına gəldirkdə isə problem onların  qohum olmalarında deyil eyy,
Problem bizim millət olaraq tibbin bilinən və sınanılmış qaydalarına əməl etməməyimizdən əmələ gəlir..
Yəni qohum olsalar belə tibbi müayyinədən keçmirlərki bunlarda hansı ,xəstəliklər və ya daşıyıcılıq var..
Yəniki elə arasında bir fikir formalaşıb ki, bir — obirinə deyirki gör necə ətli-qanlıdır eyy bu, oğlan və ya qız… Elə bil zalımı çıxmış  bazardan nəsə yeməli bir şey alır kimi seçim edir… Övladlarını evləndirərkən..
Guyakı bir balaca ətli-qanlı olmaq sağlam olmaq sayılırmış kimi..Sonrada bu adamlarda problem çıxanda deyirlər nə oldu buna bu ki sağlam adam idi...
Baxın əsas burdan başlayır...

tenqo
Maraqlı şərhdi :)
Dior
Göbəkkəsmə məncə bir o qədərdə yaxşı bir əlamət deyil.Mənim atamın qohumları uşaqlarını göbəkkəsmə etmişdilər.Qızın da beyninə bu əməlli başlı yerimişdi.Oğlan isə başqasını alıb evləndi.Qıza isə bu psixoloji olaraq çox pis təsir etmişdi.
tenqo
Birmənalı olaraq mənfi sayıram göbəkkəsməni. İnsan alverinə bənzəyir. Nə qədər ki, valideyn övladına qul kimi baxır o cəmiyyətin ən azından psixologiyasında inkişaf olmaz. Məcburiyyətin fəsadlarını düşünmək lazımdı həmişə
Nailə_Rzayeva
Yəni göbəkkəsmə kimi adətlər hələ də qalıb? Amma onu deyə bilərəm ki, hal-hazırda qohum ailə qurmaları daha da çoxalıb.
səlahəddin
Tanımadığın adamın bahalı maşınına minməkdənsə öz yaxın qohumun ilə piyada getmək yaxşıdır.
Dior
Amma bəzən də deyirlər ki,qohumla üz-göz olmaqdansa,yadla ailə qurmaq yaxşıdı.
bloqçu
Hər şey qismətdir qismət.