Fanatlıq xəstəlikdir

Məktəb vaxtı qızlar “xatirə” dəftəri tutardılar, hansı ki, bu dəftərdə sullar olardı ki, rəfiqələr, tanışlar, sinifyoldaşları onları cavablandırsın. Burdakı suallardan biri də bu idi: Kumiriniz kimdir?

Bəli, belə baxanda “kumir”, “fanat” məsələsi adi bir məsələ kimi görünür, amma, əslində hər şeydə olduğu kimi, burda da, əgər, bir hal öz cığırından çıxırsa, demək ki, bu artıq qeyri-nomal bir haldır.
Fanatizm- tutulmadır. Bu, elə bir mübtəlalığdır ki, bu tutulmanı bir çox yerlərdə müşahidə etmək olar. Əslində həddini aşmış fanatlıq psixi narahatçılığa işarədir.

Həddini aşmış deyəndə nəyi nəzərdə tuturam: məsələn, götürək elə sənət dünyasını. Yəqin ki, ha canlı, ha TV vasitəsilə şahidi olmusunuz ki, dünya şöhrətli (lap olsun adi musiqiçi) musiqiçilər, ifaçılar, aktyorlar, bir sözlə sənət adamları üçün şüvən qoparıb, hay-həşir salıb, özlərini pis hala qoyanlar, qışqırmaqdan boğazları az qala partlayan, ağlamaqdan gözləri şişən, damarlarını kəsən və ya bədənin başqa hissələrini almazlayan (“lezvia”layan), intihar edənlərin sayı heç də az deyil. Bunu konsertlər zamanı zaldakı tamaşaçıların davranışlarında çox yaxşı müşahidə etmək mümkündür.

Maykl Cekson. Dünya şöhrətli bu müğəənninin sağlığında olduğu kimi, ölümüdən sonra da onun ardınca, başqa əməllər demirəm, elə məhz intihar törədənlər də az olmadı. Nəinki Cekson, bunun kimi başqa sənət adamları da var ki, hansı ki, onlar üçün də belə xoşagəlməz və çox pis hallar törədilib və təəssüf ki, törədilməkdədir.

Fanatizm çox təhlükəli bir davranış adlandırılcaq bir termindir. Nəinki, fanat üçün, eləcə də kumirləri üçün də bu qorxulu hallar törədir. Belə ki, özlərinə vurduqları ziyanla yanaşı bəziləri də var ki, hətta, kumirlərinin də həyatına son qoyurlar, yaralayırlar və ya dələduzluqla məşğul insanın əsəblərini korlayırlar. Elələri də var ki, öz kumirlərinin rəqiblərinə də xəsarət törədirlər. Məsələn, tennisçi Monika Seleş öz rəqibinin fanatı tərəfindən yaralanmışdı. Səbəblərsə (özlərinə görə) müxtəlifdir – qısqanclıq, diqqət çəkmək, özlərini təsdiq etmək və s. Hər-halda səbəb nə olursa-olsun bu psixi pozğunluqdan, xəstəlikdən yaranan bir xüsusiyyətdir.

Fanatizmə tək musiqi dünyasında yox, dində, siyasətdə də rast gəlmək mümkündür. Dini fanatiklik də çox geniş və acılı bir mövzudur, belə ki, bu yolda olan zalımlığa, qəddarlığa, terrora əl atanlar da zəif və xəstə insanlardılar. O fanatiklərdilər ki, zülm törətdikləri təqdirdə özləri də daim qorxu içində yaşayır və hər tərəfdən təhlükə gözləyirlər.

Fanatizmi bir sitayiş adlandırsam, bəlkə, də yanılmaram. Çünki, qeyri-normal olan bu əməlləri kənardan izləyəndə elə təəssürat yaranır ki, insan Allahdan başqa kiməsə və nəyəsə sitayiş edib, onun qarşısında baş əyib, onun üçün can yandırıb, can alır. Bu da bir şeytan əməlidir.

“Dələduzluq”, “xuliqanlıq”- bunların da fanatlara məxsusluq payı var. Belə ki, idman sahəsinə fikir versək, hər hansısa bir idman yarışında, məsələn götürək elə futbol – bu zaman, tribunlarda oturan və ya daha doğrusu otura bilməyən fanatlar elə vəziyyət yaradırlar ki, heç bir normaya sığmır – davalar, bir-birlərinin başlarına çırpılan masalar, yanğınlar və s. bu kimi vəhşiliklər onu göstərir ki, insan yolunu azıb. Fanatizm – azğınlıqdır.

Kənardan elə zənn olunur ki, fanat adlandırılan bu şəxslər nə istədiklərini çox yaşı bilirlər. Amma, əslində fikir versək başa düşərik ki, fanatizmə düçar olan şəxsin bir amalı yoxdur və o məqsədsiz həyat sürür. Məqsədsiz olan bir həyat isə boş keçir. Buna görə də insan nə istədiyini bilmir və özünə elə bir məşğuliyət tapır ki, bu da çox vaxt mənfi yöndə olur. O, bu məşğulityyətə elə bağlanır, elə tutulur ki, sonda mübtəlası olur.

Birini bəyənmək, sənətini, işini izləmək, lazım gəldiyində yaxşı mənada faydalanmaq da olar, amma, öz həyatını heçə sayıb, onun üçün özünü fəda etmək, ona və özünə (ətrafındakılara) xəsarətlər törətmək, zülmə əl atmaq həqiqətən də xəstəlikdir, dəlilikdir. Bizə xas olan bircə ürəyimiz, ağlımız və fani olmayan həyatımızdır. Bunları da şeytani əməllərə qurban verib, itirsək bizdə bizlik heç nə qalmır. Diləyim budur ki, heç kim fanatizmə aludə olub, bu xəstəliyə tutulmasın və ağlımız daim başımızda olsun.

22 şərh

Mehri
Bu fanatlar artıq Allahıda unudublar Gündə kumirlərini xatırladıqları qədər Allahı xatırlasalar inanın çox daha xoşbəxt olarlar.
bloqçu
lap üstünə basdın, deyirəm də, fanatlıq da bir növ (əstəğfurullah) sitayişdir. Onlar kurmirlərini görəndə hər şeyi unudurlar.
Dior
Bizim qızlar özlərini Əmraha görə əskiltdiyində ümumiyyətlə bu fanatizm məsələsinə nifrət etdim.
tenqo
Məni ən çox qıcıqlandırır İsmayıl YK-nın fanatları :))) Deyirlər qısqanclıqdandı səndə qıcıq. Əsla. Çünki ona qısqanacağım qız yoxdu heç :)
bloqçu
Yoxee başa düşürəm ki, kiminsə kimdənsə -ya özündən, ya işindən, ya səsindən, ya sənətindən  və s. xoşu gələ bilər. Hətta, bu fanatlıq sayılır. Kimisə kumir, ideal görürsən — bu ola bilər. Bəzi hallarda normal da syılır. Amma, həddini aşdığı təqdirdə bu artıq ağılsızlığıa çevrilir.
Guya o qızlar Əmrah üçün hay-həşir saldığında Əmrah o qızlara qarşı yaxşı münasibətdəmi olur?! Mən belə düşünürəm ki, yox. Əksinə bəlkə də o da düşünür ki, bu cammaat niyə belə səviyyəsizlik sərgiləyir. Ola bilsin ki, yanılıram, bəlkə də Əmrah və digərlərinin bu xoşuna gəlir, amma, məncə düşüklükdür.
Türkəl
Daha çox futbol fanatlarına qarşı neqativ yanaşıram. Əsasən də Türk futbol fanatlarını başa düşməkdə çətinlik çəkirəm.
tenqo
Futbol fanatları da elə müğənni fanatı kimidi. Sadəcə birinin meyli musiqiyə, digərininki isə futboladı. Yalnızca bir fərq var ki, futbolçulara görə özünə əl qatıb, intihar edənlər yoxdu. Bəlkə də hardasa var, amma məncə, nadir halda olar. Əksəriyyət azarkeşlik edir, fanatlıq yox.
Türkəl
Musiqiyə görə özünü və ya başqasını öldürən haqda heç vaxt eşitməmişəm. Mən neçə ildi musiqinin müxtəlif janrlarına qulaq asmışam və hətta fanat olmuşam, 90-cı illərin sonunda pop musiqi və Backstreet Boys, 00'cilərin əvvəllərində rap və Eminem, son 2-3 ildə isə heavy metal və Korn qrupunun fanatı olmuşam. İndi fanat deyiləm və bunu ciddi qəbul etmirəm. Amma həmin dövrdə onlara görə özümü və ya kimisı öldürmək, və ya xəsarət etmək. nə bilim nə, heç ağlımdan da keçməyib
Amma futbol fanatları bütün dünyada öz vəhşilikləri ilə tanınır. Əsasən də ingilislər. futbol firmalarınn (İngiltərədə fanat ordusu belə adlanır) arasındakı qızğın döyüşlər haqda neçə-neçə bədii və sənədli filmlər çəkilib. Türklər, Serblər və Argentinalılar da onladan geri qalmır. Mən məhz fanatlardan danışıram, sadə azərkeşlərdən yox. Bu barədə Discovery kanalının Football Factory International proqramlar seriyasında geniş danışılır. Özünüz baxa bilərsiniz.
bloqçu

Türkəl sizi başa düşürəm və haqq qazandırıram ki futbol azarkeşləri də həddlərini aşıblar.


Siz deyirsiniz ki, musiqiçilərdən də kimlərinsə fanatı olmusunuz və onlara görə özümü və ya kimisı öldürmək, və ya xəsarət etmək. nə bilim nə, heç ağlınızdan da keçməyib — bunu başa düşürəm. Amma, axı bütün fanatlar bir deyil. Siz özünüz də — sadə azarkeş və fanat — bunlar arasınad fərq qoydunuz. Mən demirəm ki, siz sadə azarkeş idiniz yox, sadəcə olaraq fanat o demək deyil ki hamısı eyni düşünən, eyni hərəkət edən insanlardılar. Bunlar hamısı fərqli psixikaya məxsus insanlardılar.


Maykl Cekson üçün özünü öldürənlər oldu axı… Hələ-hələ Müslüm Gürsəs üçün bədənlərini lezvalarla kəsik-küsük edənləri demirəm.


Həm də mən demirəm ki, bütün fanatlar belədir. Nə olsun bizim hər birimizdə hardasa bir fanatlıq var, amma, daha bu həddini aşmır və bizi dəlilik dərəcəsinə gətirib çıxarmır şükr Allaha.


Qısaca deyərdim ki, futbolda olduğu kimi musiqidə də ölümə gətirib çıxaran hallar olub. Təəssüf ki..

Türkəl
Düzünü deyim, Michael Jackson'a görə özünü öldürənin olduğunu bilmirdim, məlumata görə çox saq olun. Müslüm Gürsəs'ə gəldikdə isə adını ilk dəfədir ki eşidirəm. amma google edəcəm onu. Sadəcə olaraq tenqo'nun futbol fanlarının nadir halda cizgini keçdiklərini deməsi mənə haqsız göründü. Futbol fanatlarının musiqiÇİ fanatlarından böyük fərqi də, onların kütlə şəklində, az qala idealogiya tərəfdarları kimi fəaliyyət göstərməsidir (devizə bir bax — Ən böyük Fener! Başqa böyük yox!).
tenqo
Çox məzəli bir ifadəyə rast gəldim şərhinizdə: «Google etmək». Xoşuma gəldi :)
Dior
Hələ bu Dima Bilan gələndə bizim camaat özünü necə əskildir.Vay-vay!
tenqo

Futbol fanatları ilə bağlı fikirlərinizlə razıyam. Mən yumşaq davrandım və tərəfkeşlik etdim. Amma qeyd etdiyim kimi fanatizmi dəstəkləmirəm, ümumiyyətlə. Mənim də çox sevdiyim musiqi ifaçıları var, böyük həzlə də dinləyirəm. Hətta konsert proqramı versələr və imkanım çatsa, məmnuniyyətlə gedib tamaşa edərəm. Futbol oyunlarına bu cür yanaşıram. Amma heç kəsə fanatlıq etmirəm.


Kiminsə musiqisini ürəkdən sevib dinləmək heç də fanatlıq demək deyil. Hər halda bu mənim fikrimdi. Fanatizm və fanat anlayışları haqqında geniş məlumatı olan birisi şərh yazsa, yaxşı olardı. Məncə, fanatizmin əsas əlaməti kor-koranəlikdi

Türkəl
Məncə aşırı fanatlizmin əsas əlaməti, onlar üçün onların kumirinin həyatda bir nömrəli məsələ olmasıdır. Belə insanlar bütün boş vaxtlarını kumirlərinə həsr edirlər və şəxsi həyat haqqında düşünmürlər.
Elvin

"Özünüzə ideal seç! Yamsılamaqüçün yox, yarışmaq üçün!" Baltsar Qrasian.

Elvin

Futbol kimi mənasız bir oyuna fanatizm isə mənə ümumiyyətlə çatmır! 22 şortikli kişi bir topun üstündə qırır bir-birini! Halbuki, hərəsinə bir top ala bilərlər! :)

bankir
Onda niyə qonaq gedirsən?Elə hamı öz evində yeyib-içsin.
Futbolun gözəlliyini görmədiyiniz üçün sizə yazığım gəlir.
tenqo
Fanatizmin heç bir növü yaxşı deyil, amma futbol kimi oyuna bu cür qiymət vermək düzgün deyil. Mən şəxsən çox həvəslə baxıram futbola, amma fanatlıq etmirəm. Sadəcə baxıb həzz alıram. Əgər mənim bu həzzim kiməsə çatmırsa, başqa məsələ. Zövqlər və istəklər mübahisə olunmazdır
girl_moon
Futbolu sevirəm, həmişə də maraqla izləmişəm. Oyunlarına azarkeşlik etdiyim yığmalar var. Amma hər şeyin həddi var, onu keçmək mənə görə deyil. Hal-hazırda da gedirəm yeni oyuna baxmağa, fasilədə bura gəldim))ən çox dünya çempionatlarında xoşladığım anlar 11 metrlik zərbələrdi ,həmişə finalda deyirəm ki, kaş hesab bərabər olsun, bu möhtəşəm anları izləyə bilim))mən bundan zövq alıram.
Dior
Aha,mənim də 11 m-lik cərimə zərbələrindən xoşum gəlir.
tenqo
Düzü, mən heç sevmirəm 11 metrlik cərimə zərbələrini. Amma çox həyəcanlı anlardır və onun həyəcanı kimi həyəcan hər vaxt yaşanmır
Nailə_Rzayeva
Düzü bu barədə elə geniş fikrim yoxdu, sadəcə o cür insanlar mənimçün gülüş obyektidir.

P.S. Görəsən heç olmasa bu xəstəliyin müalicəsi var?