Bloq nədir və bloqumuz necə olmalıdır?

Bloqlar artıq bizdə də internet aləmində yayılmağa və önəmli yerlərdən birini tutmağa başlamış bir sahədir. Son illərdə saytlarda bloq bölmələrin açılması və yaxud da, ümumiyyətlə, sərf bloqlar yer alan saytın açılamsı, bu sahədə  müsaqələrin keçirilməsi (reklamı çıxsaq) buna işarədir ki, Azərbaycanda bloq istifadəçilərinin sayı artsın və bu sahə də mühüm yerlərdən birini tutsun.

Amma, çoxları bunu tamam başqa cürə başa düşüb, hərə özünə bir bloq açır, ağzına gələni yazır və ya kopyalayır və s. Əslində, bəli, razılaşıram ki, internet elə bir məkandır ki, orda hamı sərbəstdir, istədiyin saytda oranın qaydalarıyla razılaşırsansa buyur, istifadəçi ol, vəssəlam. Və belə götürəndə bloq da bir gündəlikdir. Sadəcə virtual. Kimi bu yolla öz fikirləini bölüşür,  kimi ürəyini boşaldır, kimi məsləhət alır, kimi başqalarının fikirləri ilə maraqlanır, kimi də pul qazanır. Amma, həqiqətən də internetdəki azadlıqdan və bu virtual gündəliyin varlığından sui-istifadə edənlər də az deyil. Nə isə, sözüm bunda deyil.

Yəqin ki, bu sahədə maraqlanan hər birimiz üçün sual olar ki, bu gün bir çoxlarımızın yaratdığımız bloqlar hardan ortaya çıxdı, bunu kim ərsəyə gətirdi, bu nə üçündür və s...?!

bloq-sosial vebin əsas atributlarındandır

Hələ 1994-cü ildə internet aləmində ilk gündəlik dünyaya gəlir. Bu gündəliyin sahibi tələbə olan Castin Xoll (Justin Hall) idi.  Sonra isə məşhur proqramist Deyv Viner (Dave Winer) tərəfindən “Scripting News” ərsəyə gətirilir, hansı ki, tez bir zamanda özünə çoxlu sayda maraq, internet-auditoriya yığmağı bacarır, tez bir zamanda geniş sürətdə məşhurlaşır. Məhz bu səbəbdən də araşdarmaçılar tarix boyu sırf onun bloqunu birinci bloq olaraq görürlər. Hərçənd ki, bu fikirlə çoxları razılaşmırdı.Bəziləri isə deyir ki, 1992-ci ildən etibarən də Tim Berners-Li öz səhifəsində xəbərlər yayımlayırdı. Yəni bu səbəbdən dolayı da onu da ilk bloq olaraq görənlər var.

Amma, yuxarıda qeyd elədiyim kimi, ilk internet-gündəlik 1994-cü ildə məhz C.Xoll tərəfindən yaradılmışdı.

Lakin, maraqlı bir sual ortaya çıxır: bəs bloq sözü, bloq termini hardan yaranıb?

Belə ki, 1997-ci ilin 17 dekabırında “Robot Wisdom” internet-gündəliyin yaradıcısı və redaktoru olan Corn Barger (Jorn Barger) ilk dəfə olaraq weblog sözünü işlətmiş olur. O logging the web ifadəsindən əmələ gəlmişdi, hansı ki, belə demək olar ki, “Setdə gündəlik aparıram” kimi tərcümə olunur. Amma, “vebloq” anlayışı cəmi 1 il ömür sürür, belə ki, 1999-cu ildə həmin vebloqun yaradıcısı bu sözü yenidən açaraq və maraqlı bir ifadə əldə edir: “we blog”
Bununla da internet-gündəliyin adı “blog” sözü ilə tanınmış olur. Amma, bir çoxları deyir ki, weblog sözünü iki hissəyə bölən C.Barger yox, Peterme bloqunun yaradıcısı Peter Merholz olub.

Həmin ilin avqust ayında ilk dəfə olaraq Pyra Labs pulsuz və istifadədə çox rahat olan “Blogger” saytını yaradır, hansı ki, bu da internet istifadəçilərinə imkan verir ki, onlar özlərinə şəxsi bloq aça bilələr. İlin sonunda isə elə həmin kompaniyanın (Pyra Labs) istifadəçisi olan Rusty Foster  təşəbbüsü ilə Scoop adlı elə bir proqram yaranır ki, bu da bloq istifadəçiləri üçün daha da əlverişli olur. Belə ki, əgər əvvəl istifadəçilər öz qeydlərini yad saytlarda (bu zaman onların qeydləri adminstrator və moderatorlarlar tərəfindən redaktə olunur və ya nəyəsə qarşı çıxılıaraq bəzi halarda mane olunurdu) yerləşdirirdilərsə, artıq indi Scoop bu sxemi tamamilə dəyişmiş, yeniləmiş olur. Belə ki, artıq istifadəçilər rahatlıqla özləri moderatorluq edir və rəylər də bildirirdilər. Və, beləliklə, bu da bloqseferasında bir təkan oldu.

Artıq zamanla real həyat internet sahəsinə tökülərək, bloq səhifələrində yer tutmuş olur.

mən bloggerəm!

Azərbaycan istifadəçiləri də bloqlarla yaxından uzaqdan tanış olub, onlar da bloq işi təklif olunan müxtəlif saytlarda bloqlar yaradaraq öz fikirləini bölüşürlər.

Azərbaycanda milli bloq sistemini (Fərhad) Əsgər Əsgərzadə yaradıb, belə ki, “AZERİBLOG.COM” blog sistemi Azərbaycanda ilk milli, azərbaycan dilli, pulsuz bloq sistemi idi. ("idi" deməyimə səbəb, saytın indi pullu olmasıdır)

20.05.2008 tarixində - “Azeriblog.com”un ərdəbilli qurucusu “Media forum”a danışır" adı altında keçirilən müsahibədə Fərhad bəy belə deyir:
- "Bloq, bildiyiniz kimi, internet aləmində çox məşhurdur. Dünyanın istənilən nöqtəsində arzu edən hər kəsin bloqu var. Azərbaycanın saytlarına baxardım. Dost-tanışdan soruşdum ki, Azərbaycanda bloq saytı varmı? Dedilər yoxdur, bildim ki, buna ehtiyac var. Və yaratdıq. 2007-ci il iyulun 21-də yaranıb."

azeriblog ilk milli Azərbaycan bloq sistemidir

Amma, 2009-cu ilin son aylarından etibarən Azəriblog-da müxtəlif maddi səbəblərdən dolayı pullu bir sistemə çevrildi. Mənim o sistemdə də bloqum var, ilk bloqum: Mürəkkəb dolu qələm. Sadə bir bloq.

Sadə demişkən, istərdim ki, internetdə bloq açan istifadəçilərə bu yolda məsləhət verəm. Bəlkə də bəyənib-bəyənmədiklərimi deməklə çoxlarını qıcıqlandırmış olacam, amma, tənqid, kritika özü də təkanverici bir şey deyilmi? Düzdür, deyə bilərsiniz ki, sən kim, bizə ağıl vermək kim? Hər-halda burda sizinlə razılaşıram ki, mən nə jurnalist deyiləm, nə də özümü super-puper bir bloqçu da zənn etmirəm.

Sadəcə olaraq başqa bloqlara nəzər salanda gördüyüm rahatlıqları bizimkilərdə olan bir çox bloq səhifələri ilə müqisə edəndə həqiqətən də insan özü də bir ölçü götürür və bununla bölüşəmək istəyir ki, hər birimiz düzgün bir işə imza ataq. Bu şəxsi internet-gündəlik olsa belə. Hər-halda nəzərə almalıyıq ki, bizim şəxsi gündəliyimiz, fikirlərimiz olsa da biz bunu cəmiyyətin izləməsinə və dəyərləndirməsinə buraxırıq. Belə ki, gərək onları yormayaq və elə hal yaradaq ki, onlar rahatlıqla oxusunlar.

Dizayn.
Bu hər sahədə önəmli olduğu kimi, internet sahəsində, ən çox da bloq sahəsində şox diqqət yetiriləsi bir şeydir. Belə ki, hal-hazırda saytlarımıza fikir versək çox artıq-urtuq, qara-qura, parıldayan, tullanıb düşən yazılar, atributlar, ikonkalar, qarışıq rənglər və s. ilə rastlaşarıq. Bəlkə də çoxları saytın görüntüsünü belə etməklə özlərini özünəməxsus bir iş görmüş  sayırlar və fərqlilik kimi alqılayırlar. Amma, bunlar sayta gələcək olan istifadəçini ordan qaçmağa məcbur edir. Həm də yüklənmə də problemli olur. Ola bilsin ki, kiminsə xoşuna gələ, amma, bu adətən qeyri-ciddiliyin əlaməti sayılır və kimsə axtarış zamanı gəlib sizin saytınıza çıxırsa o ordan yorularaq qaçacaqdır.

Əsas da ki, rəngli yazılar. İnanın ki, yazıları rəngli etməyə heç ehtiyac yoxdur. Misal üçün, ağ fonda, bej rəngli (açıq yaşıl, sarı, çəhrayı, boz və s.), 6 və ya 16 ölçülü, kursiv və qarışıq bir şrift ilə yazılmış yazı və s. Belə olan halda oxumaq zövq vermir, əksinə, gözləri və beyni yorur. Sadə şrift seçsən, adi qara rəngdə yazsan, fon da ağ olsa necə yaxşı olar. Mən şəxsən özümdən götürürəm ki, mən rəngli yazıları oxuya bilmirəm. Bir az oxuyan kimi yorulur, bezir və ordan ayrılmaq məcburiyyətində qalıram. Yazı insanın gözünü yormamalıdır.
Ola bilsin ki, bloq açmaq hər kəs üçün fərqli səbəblərdən irəli gəlsin. Amma, hər-halda hər bir şəxs üçün səbəb nə olursa-olsun, əgər biz bir bloq yaradırıqsa, demək ki, mütləq orda istifadəçi axını gözləyirik. Əgər saytın dizaynı xoş deyilsə, yazını oxumaq çətinlik törədirsə,  - bir sözlə sayt bizi yorursa biz hansı istifadəçidən, hansı qonaqdan söz aça bilər ki, onları biz özümüz qaçırdırıq.

Bəzi saytlarımız var ki, axtarışdan sonra istədiyin nəticəyə görə bu sayta düşürsən. Amma, orda axtardığın məlumatı tapanacan 50 dəfə clickləməli olursan, hələ-hələ sürət də zəifdirsə, sən də, itirdiyin dəqiqələrdən, saatlardan sonra axtarışıvı da yarıda qoyub, saytı tərk etməli olursan. Buna da diqqət etmək lazımdır ki, saytınıza düşmüş istifdəçi burda istədiyi şeyi rahatlıqla tapsın.

Yazıda mətnə, mövzuya uyğun şəkillərdən istifadə etsək yaxşı, olar, amma, bu da keyfiyyətdə, ölçüdə və qədərində həddini aşmamış ola. Eləcə də video.

Ən əsası da ki, yazılarımıza fikir, mətnimizə, mövzularımıza fikir versək lap yaxşı olar. Elə həcmli, böyük yazılar var ki, oxu-oxu ordan heç bir nəticə əldə etmirsən. Amma, elə kiçik, hətta, deyərdim 5 cümlədən ibarət yazılar var ki, o cümlənin hər birində məsələ qısa-konkret və mənalı olaraq həll olunur.

Mən şəxsən xoşlamıram ki, yazını bir abzasla yazım. Fikir vermisinizsə yerləşdirdiyim postlarda mətndə tez-tez aralar buraxıram. Mən belə düşünürəm ki, bu da oxumaq üçün rahatlıq verir. Çünki, məncə ekran boyunca uzun-uzadı fasiləsiz görünən bir yazı insanı sıxır. Mövzu kiməsə maraqlıdırsa, təbii ki, onu axıra kimi oxuyacaq, amma, o yazıda 2-3 abzas (yazının həcminə görə) və hər abzasda 2-3 dəfə də enter vursaq məncə heç də pis nəticə verməz.

blog!bloq!bloq!

Hal-hazırda bloq sahibləri üçün müsabiqələr də keçirilir. Bu da Azərbaycanda keyfiyyətli bloqu və bloqçuluğu genişləndirmək üçündür. Yarışa qatılanların hər birisinə uğurlar arzu edirəm və sizi inandırım ki, qalibiyyət münsiflərin rəyində və bundan sonra qazandığın yerdə deyil. Sən düşünürsənsə və sən hər şeyi düzgün edirsənsə sən artıq qalibsən! Hər birinizə qalibiyyət diləyi ilə!

loading...

9 şərh

HTML
Blog ingilis dilində «web log» sözünün qısaldılmış formasıdır,mənası veb jurnal yaxud veb gündəlik deməkdir.
Aşağıdakı növləri var:
Fotobloq-içində fotoşəkillr qoyulur(Flickr)
Videobloq-insanlar öz videolarını qoyur(revver.com,youtube)
podkastlar-podkastinq zamanı insanlar audio yazıları yerlşdirirlər(mp3)
mikrobloq-Tvitter,kayzendəki mikrobloq
kollaborativ bloqqinq yaxud kollektiv bloqqinq-kayzen bu tipə aiddir,yəni bir nəfər yox,çox adam bloq aparır.
bloqçu

2 il bundan öncə bir fotobloq açmışdım. Nəzərdə tutmuşdum ki, özüm çəkdiyim şəkilləri yerləşdirərəm. Bir müddət yerləşdirdim də. Amma. sonra başım başqa işlərə qarışdı və o iş qaldı. İndi isə (təvazökarlıqdan uzaq) özümü həm kollektiv bloqçu həm də fərdi bir bloqçu adlandıra bilərəm)) Təbii ki, əgər «bloqçu» adını həqiqətən də doğrulda bilirəmsə.

2ral
Miss(Mrs) Təvazökarlıq:) Sən həqiqətən bloqçu adını tam doğruldursan.Xüsusən sosial mövzularda çox güclüsən.
Azərbaycanda kollektiv bloq saytlarından ikisi -qwe.az və weboxu populyardır.Yeri gəlmişkən,onların da əsas texniki imkanları Kayzen ilə oxşardır(Livestreet bazasında).
Azeriblog yaxşı başlasa da,sonra fəaliyyətini yaxşı davam etdirə bilmədi.Hay-hayı gedib,vay-vayı qalıb.
Fərdi bloqçulardan Livejournalda aktiv olanlar çoxdur.Hələlik Azərbaycan və Azneti düşünürük,ona görə elmi yazılara baş qarışıb. siz istifadəçilərdən çox şey asılıdır.Kayzen bloq üçün çox yaxşı platformadır,sadəcə bir çox problemlər olduöuna görə kayzen tam gücü ilə işləyə bilmir.
Elvin85
«Tim Berners-Li adlı bir istifadəçi »

Dəhşətli ifadədir. :)
Şəbnəmi qınamaq olmaz, İT deyil sahəsi, ona görə də qısaca məlumat verim ki, Tim Berners Li İnternet tarixinin ƏN BÖYÜK simasıdır(məhz ən böyük). Dünya İnternet Şəbəkəsinin(WWW anlayışı), http protokolunun, html dilinin banisidir.  Hal hazırda da İnternetə aid əsas mərkəzi qurum sayılan W3 Consorsium-un rəhbəridir.
bloqçu

Elədirsə, ifadəm həqiqətən də dəhşətlidir.


Əslində hər nə qədər də İT mənim sahəm olmasa da, gərək ki mən özüm yazını hazırladığım zaman adı keçən şəxslər haqqında daha dəqiq araşdırmalar edəydim. Onun haqqında məlumat verdiyiniz üçün çox sağ olun.

2ral
Bugün beynəlxalq Bloq günüdür. Bütün bloqqerlərin bayramını təbrik edirəm,içində bizim kollektiv bloqqerlərimiz olmaqla.
bloqçu
Təbriklər...

Tətil, istirahət məni öz xoşumla kompüterdən, internetdən uzaqlaşdırdığı üçün yazılarım, işlərim hamısı təxirdədir. Hələ ki, kompa yaxın durmaq, internetdə dolaşmaq, yazmaq kimi həvəsim yoxdur. Dincəlirəm))) Bir az havalar sərinləşsin, inşallah o zaman yenə də yazacam…
kastanka

düzü mən hələ özümü bloqqer adlandıra bilməsəm də saytımızdakı bloqçuları təbrik edrəm.


Mövzuya gəldikdə isə çox maraqlı idi.Böyük həvəslə oxudum.Ümumiyyətlə sizin məqalələriniz həqiqətən də heç yorucu deyil.Özü də çox maraqlı və aktual mövzulara toxunursunuz.necə deyərlər «pryamo v yabloçko».Nəbzi çox yaxşı tuta bilirsiniz.Bu da bir bloqqerçün çox önəəmli bir məqamdır.Uğurlar gələcək işlərinizdə.

Black_OR_White
bele bir telim var ki, bloq yazmagin qaydalarini oyretsin?