Artıq "uje" demirəm!

Dil, Dil, Dil… Milli qürurumuz. Ayaqlar altına atdığımız — qürurumuz! Bu haqda çox yazılıb, çox deyilib… Çox da deyiləcək hələ..Bu həm əziz, həm doğma, həm də dərin və yaralı bir mövzudur.
Savadsızlıq baş alıb gedir. Buna sübut lazım deyil, elə, küçələr, divarlar, pəncərələr bundan bar-bar bağırır. Maariflənmə mütləqdir, mütləq. Yoxsa dilimizin aqibəti necə olacaq bilmirəm. Özü də çoxlarımız buna öyrəşirik, çoxlarımızı qınamalı deyil, çünki, evdə belə eşidirik və belə də danışırıq, bu da ondan irəli gəlir ki, Azərbaycan Sovetin tərkibində olub və bu da insanlara dil baxımından az təsir etməyib. Bunun nəticəsini də müxtəlif qüsurlara məruz qalaraq dilimiz çəkir. Amma, bunu düzəltmək, dilimizdə olan bu xəstəliyi sağaltmaq bizim əlimizdədir. Lakin, çoxlarımız üçün təəssüf bu önəm daşımır və bu xəstə dil zamanla axı ölə də bilər.  

Rasiya kərə yağı

Dilimizdə rus sözlərini çox işlədirik, özü də gülməlidirmi deyim, ağlamalıdırmı, bilmirəm — çoxunu da səhv işlədirik, bərbad! Bəlkə çalışaq ki, öz sözlərimizdən istifadə edək, bizdə «uje» əvəzinə «artıq» sözü vərdişə çevrilsin və bunun kimi başqa sözlər də.

Ay başına dönüm, taxta sexi, şüşə sexi əvəzinə bir Azərbaycan sözü tapmaq çox çətindir?! Bilirəm ki, “цех” sözü Azərbaycan dilinin orfoqrafiq lüğətində də sex kimi çevrilir. Amma, bu heç xoşuma gəlmir, bunun davasını da edə bilmərəm… Allah bilir xaricilər bu sözləri oxuduqca nə düşünürlər? Ziddiyyətli fikirlərə sahib biri kimi onu da deyə bilərəm ki, bir tərəfdən də “kimin dilində bu söz nə məna verir versin, onun bizə nə dəxli var ki, elə deyilmi? Ona görə də özümdə bu haqda bir söz demək haqqı görmürəm, nə qədər xoşlamasam da.

“Aftamoyka”, “pıraşka satılır”, “nasqı satılır” ...- vallah bunlara gülmürəm, yazığım gəlir. Hər tin, bucaq belə sözlərlə doludur. Daha çox da səhv-sühv yazılmış rus sözləri və s… Dövlət bunları görmür, niyə səliqə-sahman üçün müxtəlif qadağalar qoyulmur? Tutaq ki, bu sahibin savadı yoxdur, onda elə belə də qalsın? Niyə o kağızı ordan cırıb, o taxtanı ordan qoparıb düz-əməlli elan vurulmur. Ümumiyyətlə, bu işlərə kim baxır?

Bəzən düşünürəm ki, belə boş-boş danışmaqdansa harda kağızda belə yazılmış elanlar görsəm, onun əvəzinə doğrusunu düzəldəcəm və əvəz edəcəm. Bilmirəm məni  öldürəcəklər, söyəcəklər və ya qovacaqlar, amma, cəhd eləmək lazımdır. Elə deyə-deyə də qalmışam.
Mən bu hala yanıram, savadsızlıq daha haraya kimi? Tutaq ki, insanlar savadsızdır, oxumayıblar, bilmirlər, nə edək, bəzilərini qınamalı deyil. Əsas bu işə baxanlar bir əncam çəksinlər, bir yerdə dayanmasınlar. Hərçənd ki, yuxarıdakı şəkillərdə bir aksiya bəhrəsidir, amma, daha da işləmək lazımdır...

Çöldən, bayırdan, cəmiyyətdən əlavə virtual aləmdə də öz dilimidə yazmağa, öz dilimizin qaydalarına əməl etməyə təmbəlliklə yanaşırıq. Halbuki, nə gözəl və heç kimə xas olmayan hərflərimiz var. İnternet aləmində dolaşanlar ola bilsin ki, xəbərdarlar olarlar ki, biz (bəzi bloqçular) keçən illərdə «Düzgün yaz» deyə bir aksiya keçirtdik. O aksiyaya qoşulanlar yad hərflərdən istifadə etmir və aksiyanın  şərtlərinə görə də bloqa yad hərflərlə yazılan şərhlər silinirdi. Bu səbəbdən dolayı o qədər şərh silmişəm. Amma, o qədər bloqçular var idi ki, klaviaturda xarici hərflərə öyrəşdiklərindən onlar üçün birdən-birə bizim hərflərlə yazmaq çətin idi və lakin sevindirici hal o oldu ki, onlar da zamanla buna öyrəşib öz hərflərimizlə yazdılar. Təəssüf ki, həmin o aksiya iştirakçısı olan bloqçular indi hərəsi bir yerə dağılışıb, yoxsa bu aksiyanı davam etdirəcək və genişləndirəcəkdik.

Əgər kiminsə kompüterində Azərbaycan dili qoşulmayıbsa, necə etməli? Bu çox sadədir:

İlk öncə Start-a basın və orda Settings/Control Panel. Control Panel-də Regional and Language Options-a iki dəfə tıkla pəncərə açılacaq. Orda Languages bölməsini açın və Details düyməsini basın. Bundan sonra yeni bir pəncərə açılacaq və orda Add düyməsini basın və dillər sırasından Azərbaycan dilini tapıb, əlavə edin. Sonra Apply düyməsini basın ki, dəyişiklik kompyuterinizdə saxlanılsın.

Bundan əlavə bir proqram da var, hansı ki, bu proqramda istədiyiniz hərfi (işarəni) sizə çətin olan yerdən götürüb, rahat olanla əvəz edərək, onun yerinə qoya bilərsiniz.
Məsələn, mən, azərbaycan hərfləri ilə yazıram və tez-tez @- bu işarədən istifadə edirəm. Bunun üçün də mən gərək dili hər o işarə lazım olanda ingilis dilinə çevirəm. Amma, bu proqram vasitəsilə onun yerini dəyişib № işarəsi ilə əvəz etdim və rahatca işləyirəm.

Eləcə də"ə" hərfini«j» hərfinin yeri ilə əvəz etmək olar. Yənin "ə" nin yerində «j» olsa daha rahatdır. Çünki, dilimizdə j hərfindən çox ə hərfi işlənir.
AzeriKeyboard proqramı ilə bunu asanlıqla edə bilərsiniz, burdan yükləyin:
http://www.unicode.az/az/azkeyboard_nt.htm

Əzizlərim «bu dil şirinlikdə şərbət kimidir»; gəlin bəhanələr gətirməyək, gəlin öz dilimizdə yazıb, öz dilimizdə danışaq!

P.S. Son dediyim proqram haqda digər bloqlarımda da qeyd aparmışdım, belə ki, məni təkrarda günahlandıra bilərsiniz. Sadəcə bu proqram faydalı olduğu üçün burda da qeyd etmək istədim.

69 şərh

Türkəl
Şəxsi kolleksiyamdan:



bloqçu
şəhər doludur bunlarla, dolu...((
bloqçu

...Vətən, Vətən, Vətən; dil, dil, dil; millət, millət, millət!


Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyala cumuram, özümdən soruşuram ki:


— Mənim anam kimdir?


Öz-özümə də cavab verirəm ki:


— Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.


— Dilim nə dilidir?


— Azərbaycan dilidir.


-Yəni vətənim haradır?


— Azərbaycan vilayətidir.


Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan viayətidir...


C. Məmmədquluzadə -«Azərbaycan» məqaləsi.

girl_moon
Başına dəvə dərisi keçirilmiş manqurtlar üçün fərqi yoxdur, onlar keçmişini də, vətənini də ,dilini də, anasını da xatırlamayacaq .Başqa dilləri bilmək pis bir şey deyil, amma bununla bərabər öz dilimizi də mükəmməl bilməliyik ki, lazım olanda kimlərinsə qarşısında utanmayaq.
Dior
Hələ marojna, silesar ,moyka sözlərini reklam kimi deyəsən çox görəcəyik.
raqa
Bu mövzu daim məndə qıcıq yaradan mövzu olub və hər dəfə də, söz açılanda özümü saxlaya bilmirəm, çox aqressiv danışmağa məcbur oluram. Şahidi olduğum qısa bir hadisəni xatırladım: Dostum var idi 9 ilə yaxın Türkiyədə idi, 1 ay olar ki Azərbaycana qayıdıb. Orada qaldığı müddətdə ümumiyyətlə Azərbaycana heç gəlməmişdi. Danışığından heç ayırd eləmək mümkün deyildi ki bu Azərbaycanlıdı. Yaxınlarda Bakıda bir türk dostu ilə görüşdü və söhbət əsnasında bu türk dosta Azərbaycanlı olduğunu dedi. Türk dostumuz əvvəlcə bunun zarafat olduğunu bilib sonra bir təhər inana bildi :) Türk dostu dönə-dönə deyirdi ki, sən niyə deyirsən Azərbaycanlıyam, denən türkəm. Bakıda öz dilində danışmağı özünə ar bilən, öz dilində danışana çuşka deyilən ölkənin vətəndaşı olmaq sənə yaraşmır dedi. O sözlər məndə çox pis təsir saxladı müəyyən qədər mübahisəmiz də oldu. Orada çoxlu məsələlər müzakirə obyektinə çevrilmişdi özü də ən əsası ana dilimizlə bağlı. Gəlin hər birimiz öz doğma ana dilimizin inkişafı, təbliği üçün əlimizdən gələni edək. Fransada frasızdan ingilis dilində soruşulan sualı fransızlar cavab verməməklə öz dillərinə olan hörməti göstərirlər. Nə bilim yazmaqla bitən şeylər deyil bunlar ancaq hər birimiz bir fərd olaraq əl-ələ verib dilimizi qoruyaq. Axıra qədər oxuduğunuza görə təşəkkürlər.
bloqçu

Çox təəssüflə dediklərinizə qatılıram.


Mənə dizayn sahəsində işləyən əziz biri danışır ki, onlara sifariş üçün hər cür insanlar gəlir. Onların içində xaricilər -amerikanlar, ingiləslər də var. Hansı ki, onlar Azərbaycan dilində danışır və öz sifarişlərini də Azərbaycan dilində deyirlər.  Deyir ki, çox maraqlı bir aksent alınır, amma, qulağa o qədər xoş gəlir ki… O qədər təmiz, dəqiq danışmağa çalışırlar. Bunları eşidəndə həm sevinir, həm də üzülürəm. Xarici gəlib mənim elimdə mənim dilimdə danışır, özümüzünkü isə öz elimdə öz obamda yad dildə danışır. Dil bilmək pis deyil, hətta, çox yaxşıdır, amma, öz dilini də qiymətləndirməlisən.

Tomris
Dünyada ən yaxşı şey xaricilərin bizim dildə məzəli danışığı,ən pis şey isə azərbaycanlının xarici dildə ehtiyac olmadığı halda danışmasıdır.
tenqo

Mənim ən yaralı yerlərimdən biri. Mövzuda qeyd olunan məqam rus sözlərindən istifadə etməyimizdir və bu, dəhşətli bir şeydir, dilimiz məhv olur getdikcə. Amma elə öz dilimizdə istifadə olunan sözlər də səhv yazılır çox vaxt. Tam əminliklə deyə bilərəm ki, əhalimizin əksər hissəsi ana dilimizdəki sözlərin bir hissəsinin düzgün yazılışını bilmir. Orfoqrafik səhvlər hər yeri bürüyüb.. Nəinki şəkilləri yuxarıda qeyd olunmuş məqamlarda yazılır həmin səhvlər, həm də mediada, hüquqi sənədlərdə və digər yerlədə də çox rast gəlmək olar. Biabırçılıqdı!


Mövzudan kənarlaşdığıma görə üzr istəyirəm, amma ürəyim dözmədi və yazmaya bilmədim. Hesab edirəm toxunduğum məqam sizlər üçündə vacibdi və qəbahət kimi qəbul etməzsiniz. Başqa bir mövzu da yoxdu bununla bağlı ki, ürəyimi boşaldam. Məncə, əlaqəlidi həm də. Axı sözün istənilən formada səhv yazılışı qəbahətdi


İstərdim bir məqamı qeyd edəm ki, «məktəb» və «məişət» başlıqlı şəkillərin özündə səhvlər var. «məktəb»-də tabaşir sözü səhv olaraq təbaşir yazılıb. Digər şəkildə isə «onsuz da» yerinə səhvən «onsuzda» yazılıb. Əgər maarifləndirmə məqsədi güdürsə həmin şəkil, onda şəkil müəllifi düzəlişləri etsin mütləq.


Bir çox savadlılarımız, intellektlilərimiz da orfoqrafik səhvlərə yol verir. Savadlı deyəndə filoloqları nəzərdə tutmuram, çünki filoloq o cür səhv edirsə, deməli savadsızdı. Digər sahələrdə təhsil alanlarımızın içərisində öz sahələri, ixtisasları üzrə savadlı olub, lakin dilimizdəki sözlərin düzgün yazılışını bilməyənlər az deyil.


Mən hər kəsdən dilimizin qrammatikasını əzbər bilməyi gözləmirəm, bir çox qrammatik səhvləri keçnək olar. Axı hər kəs filoloq deyil. Amma heç olmasa sözlərimizin düzgün yazılışını bilək. Bu çox vacib amildi. Görəsən, əhalimizin neçə faizi alğı-satqı sözünün yazılışını səhvən alqı-satqı kimi bilir?

Aynur
Düz deyirsiniz ki,əslində alğı-satqı kimi yazılmalıdır.Amma artıq hamı öyrəşib buna.
Gülnar
Biri mən bu yaşıma qədər alqı-satqı bilmişəm..Onu da deyim ki, Azərbaycan SSR Mülki Məcəlləsində alğı-satqı kimi yazılırdı, mən də elə bilirdim orda səhv yazılıb..Bu sözün dəqiq yazılışının alğı-satqı olduğu hansı mənbədə yazılıb.Orfaqrafiya lüğətində?
Gülnar
Bağışlayın orfoqrafiya lüğəti )
bloqçu

Həə, heç o «onsuz da» sözünə fikir verməmişdim.  Belədir dəə, hər işdə mütləq bir səhv buraxmalıyıq. Amma, əslində belə işlərə imza atılırsa bunu dəqiqliyi ilə etmək lazımdır. Əgər nədənsə əmin deyilsənsə yoxlamaq lazımdır, çünki, bunu cməyyət qarşısına qoyuruq.


Mən özüm də yazılarıma fikir verəndə görürəm ki, bəzən çox səhvlər burxıram. Amma, bu daha çox diqqətsizliyimdən irəli gəlir, hansı ki, buna görə özümü çox qınayıram. Hər-halda çalışıram ki, sözlərdən düzgün istifadə edəm.


Əvvəllər mənim danışığım beləydi. Misal üçün: Davay zavtra gedək gəzməyə… və s. Bir cümlədə sözün yarısını rusca, yarısını azəricə deyirdim. Özü də ki, mən nə rus bölməsində oxumuşam, nə də ki, rusam. Amma, insan ünsiyyətdə olduqca buna öyrəşir. Sonralar isə özümü düzəltməyə başladım. Ya o dildə danış, ya bu dildə. Daha doğrusu öz dilində. İndi də nitqimdə bəzən səhvlər buraxıram, amma, çalışıram, çalışıram ki, buna yol verməyim. Elə yazının adını da özümdən götürdüm: Artıq «uje» demirəm.


Yazılarımda da səhvlərim olsa bəri başdan üzr istəyirəm.

tenqo

Mənim özüm bu «uje» kəlməsini tərgidə bilmirəm :) Yalan nə deyim, dost-tanışlarla, ailədə danışanda istər-istəməz istifadə edirəm. Amma çalışıram az istifadə edim. Qohumlar arasında və ailədə isə ləhcəmizlə danışıram. Ləhcəmizdə danışanda da nadir halda olar ki, orfoepik qayda pozulmasın :) Digər hallarda isə qaydalara riayət edərək danışıram və yazıram


Mövzuya görə təşəkkür etməyi unutmuşdum. Təşəkkürlər

Dior
xolodelnik-soyuducu
squşonnı-qatılaşmış süd
tvoroq-kəsmik
smetan-xama
və s.
bloqçu

Uşaqlıqdan bir söz işlədirdik, yastığa pətöşkə deyirdik)) Sonra bir az böyüyüb, ağlım kəsəndə və rus dilini də başa düşməyə başlayanda bilmişəm ki, bu pətöşkə demə «poduşka»ymış.


Bir də məndə maraq doğuran söz bu olub: qarabaşaq (qreçka)

raqa
rajok — dabankeş
vorotnik — yaxalıq

Ən çox istifadə edilən və ana dilimizdə istifadə edə bilməyəcəyimiz qorxusu olan sözlərdən ikisi :)
Westsider
Yuxarıdakı "İrəlinin" 5 plakatını hazırlayana lənət olsun. Ay insan, bir plakat düzəldəndə sözləri düzgün yaz da heç olmasa!

Əvvəla, «sale» — «endirim» demək deyil, endirim «discount» və ya rusca «skidkadır», «sale» sözü azərbaycan dilinə heç bir sözlə tərcümə alınır, rusca isə «rasprodajadır».

İndi keçək sözlərin yazılışına:
veşlika — veşalka
atdel — otdel
pesoq — pesok
kaşlyok — koşelyok
daska — doska
svetafor — svetofor
astanovka — ostanovka
zdaçi — sdaçi

və s.

Bunu düzgün yaza bilməyən insan kiməsə düzgün deyilişi öyrətmək istəyir? Ayıb olsun eee.
tenqo

Satirik xarakterli olduğu üçün müəyyən qədər bəraət qazandırmaq olar. Amma öz sözlərimizdə edilən səhvlər, həqiqətən, bağışlanmazdır. O ki, qaldı sale sözünə, mənası nə olursa olsun faktiki olaraq xeyli mağazada onun endirim mənasında yazıldığının şahidi olmuşam. Müəllif də həmin məqamı tənqid edib ki, düz yazsınlar. Sale, yaxud sales yazmasınlar.


Ümumiyyətlə, bu cür maarifləndirmə tədbirləri həyata keçirəndə çox diqqətli və həssas yanaşmaq lazımdı məsələyə. Axı sənin səhvin başqasını da səhvə yönləndirəcək.

Rene
«Sale» Azərbaycan dilinə «satış» kimi tərcümə olunur. Bundan başqa rus dilinə «распродажа по сниженной цене» kimi də tərcümə olunur ki, məncə bunu da tərcümə etməyə ehtiyac yoxdur. Yəni ki, mağazalarda «discount» əvəzinə «sale» yazılması daha məqsədəuyğundur.
tenqo
Təşəkkürlər, lingvo-da dediyiniz kimi tərcümə olunub, amma sales sözünün güzəşt anlamını görmədim.
bloqçu
Bəli düzgün yazmadıqları üçün bu ayıb sayılacaq bir haldır. Amma mən düşünmüşdüm ki, onlar bunu sadəcə olaraq insanların dilindən qeyd ediblər. Yəni necə tələffüz olunur, elə də yazıblar. Və ya bəlkə də siz deyəndir, bəlkə də bilmədiklərindən elə yazıblar. Amma axı bir iş gördüyün zaman o işə gərək ciddi yanaşasan, bilməsən də axtarıb, araşdırıb, dəqiqləşdirəsən. Yenə də mənə elə gəlir ki, onlar bilmədiklərindən yox, sadəcə xalqın dilində necə səslənir, elə yazıblar.
mr13
bəs paltar asmaq üçün şpilka necə tərcümə olunur? Sancaq deyil.
kissik
şpilkə elə şpilkədir. sancaq bir şeyi yaxana tapmağ üşünüdür
Rene
Şpilkə?? Bu guya azərbaycan dilində oldu? )))
bloqçu

Əslində şpilka (шпилька) qadınların saçlarına keçirtdikləri sancağa deyilir. El arasında «yaba»)))


Paltar asılan isə rus dilində prişepka (прищепка) adlanır. Bildiyim qədəri ilə bu söz dilimizə ümumilikdə «sıxac» kimi tərcümə olunur. Amma paltar asılan mənasında isə buna «paltar sancan» deyirlər.

mr13
bloqçu
ipəzor? Birinci dəfədir ki eşidirəm. Amma yaxşı ki bunu da öyrənmiş olduq, çox sağ olun.
Samir012
Damaşnik ) dəhşət
Silen_ce
kişi dufliləri)))
Rene
Cavid, dilimizi bu qədər sevməniz çox gözəldir, amma siz ele bunları deyə-deyə qalacaqsınız… Hətta siz bu dünyadan köçüb gedəcəksiniz, amma bütün bunlar dəyişməyəcək… Bilirsiniz niyə? Çünki bu millətin «başda oturanları»  heç Azərbaycan dilini doğru-düzgün bilmir… Çünki bu millətin təhsil naziri misirdir… Çünki bu ölkədə təhsili yaxşılaşdırmaq adına sözdə dəyişikliklər edilir və bu dəyişikliklər əslində «necə edək ki, şagird və tələbələrdəndaha çox rüşvət qoparaq» məqsədi daşıyır..
P.S. sizin xətrinizə klaviaturanın dilini Azərbaycan dilinə dəyişdim ))
P.P.S. Məncə bizim dilimizdə bu cümlə səhvdir: «daha da işləmək lazımdır». «daha da» bu Osmanlı türklərinin işlətdiyi ifadədir səhv etmirəmsə. Siz dilimizə bu qədər önəm verdiyiniz üçün deyirəm. :)
Xrizoberil
hmm, məncə səhv deyil- «daha da»-...hər halda mükəmməl dilçi olmasam da, bir dilçi olaraq deyirəm. 2ci olaraq qeyd etmək istəyərdim ki, rus və ya qeyri dillərin sözlərini işlətməkdənsə elə öz kökümüzdən olan osmanlı sözlərini işlətsək daha doğru olmazmı? təbii ki, bu mənim şəxsi düşüncəmdir.
Rene
Dilçi olmasam da, Azərbaycan dilini müəllimimlə diskussiyalara girəcək dərəcədə yaxşı bilmişəm. ;) Bizim dildə  «daha da» ifadəsi işlənir, amma mənə elə gəlir ki, məhz bu cümlədə işlənməsi düzgün deyil. Heyf ki, müəlliməmlə əlaqəm yoxdur, yoxsa araşdırardım. :)
Sizinlə razıyam ki, əcnəbi sözləri işlətməkdənsə osmanlı sözləri işlətmək yaxşıdır, amma açığı, son zamanlar gənclərimizin  yerli-yersiz türk sözləri işlətməyinə də müsbət baxmıram… Russkoyazicnilar az idilər başımıza, indi turkoyazicnilar çoxalıb. ))
Keçən dəfə kayzen-də hansısa məqaləni türk dilindən ala-yarımçıq tərcümə ediblər, bunların «kocacığım» sözünü bizim dilə "ərciyim" kimi tərcümə ediblər. Bu qədər də yox da… )))
Silen_ce
verilişlərin birində aparıcımız hamını «təkər-təkər» salamladığını bildirmişdi)) tək-tək desə daha az əziyyət çəkərdi halbuki
tenqo

«daha da» qüvvətləndirici ədatdır, yəni ki, dilimizdə mövcuddur. Orada səhvlik başqa məqamdadır. «daha da işləmək» ifadəsi səhvdir. Mənadan görünür ki, «daha da çox işləmək lazımdır» olmalı imiş. Bu cür xırda nüansları ürəyinizə salmayın :)


O ki qaldı o biri məsələyə, o daha ciddi məsələdir. Əvvəllər yerli kanalların sayı az idi, azlıqdan əlavə baxılası bir intellektual veriliş olmurdu (indiki kimi), maraqlı kinolar verilmirdi. Çoxumuz ОРТ, РТР, НТВ kanallarına baxırdıq. Maraqlı verilişlər də, kinolar da bu kanallardan gedirdi, həmyaşıdlarım daha yaxşı başa düşər məni :) Ona görə də o dövrün insanları rus dilinə meylli böyüdülər. Sonra həmin kanalların yayımını dayandırdılar, camaat da məcbur olub peyk antenalarından istifadəyə keçdi, istiqaməti də Türkiyəyə tərəf tutdular. Kabel televiziyası peyda olmasaydı, tam dominantlıq türk dilində olacaqdı.


Hər şeyi korlayan, millətin beynini zəhərləyən seriallardır. O vaxtlar rus kanallarından gedən Latın Amerika serialları, indi də türk kanallarından gedən türk seriallarıdır. Onların fəsadları haqda danışdıqca bitməz, evkalipt ağacı kimi uzandıqca uzanacaq. Dil barədə çox şeyin səbəbkarı məhz seriallardır.
Dilimizdə hansısa maraqlı, intellektual, ürəkaçan veriliş varmı? Olsa da baxan olacaqmı? Heç dilimizə tərcümə olunmuş kinolara da baxan yoxdu. Hamı ya rus tərcüməsi, ya da türk tərcüməsinə üstünlük verir. Bir çox səbəbləri var bunun. Biri və ən əasası da keyfiyyətsiz, emosiyasız tərcümə olunmasıdır filmlərin. Adicə futbol şərhçilərimizi də dinləmək istəmir camaat :) Futbola НТВ+ Футбол kanalından Utkindi, Qusevdi kimdi bilmirəm, xüsusi olaraq onun tərcümə sədası altında, yaxud bir qism də türk şərhçilərin tərcüməsi sədası altında baxmağa üstünlük verirlər.


Həmişə deyirəm qısa yazım, amma uzanır fikrim :) Qalanları qalsın, bircə onu deyim ki, məni ən çox yandıran mediadakı biabırçılıqlardı. TV kanallarımız lap ağını çıxardıblar, yoldan keçənə jurnalist vəsiqəsi verib studiyaya buraxırlar. Efirdə də ağızlarına gələni yazırlar. Xəbərləri dinləyəndə çalışıram gözüyumulu dinləyim ki, əsəblərim korlanmasın, onda da danışıq tərzləri qıcıqlandırır :)


Ərciyimee özü də  ))))))

Rene
Men ureyime salmiram, sadece burda muzakire edirik. Bir de ki, fikir verseniz gorersiniz ki, men artiq izah etmiwem, eyni weyi tekrar yazmaq neye lazim idi bawa duwmedim )
tenqo

Yumor hissi gözəl şeydir. :)


Bu yazımın sizin hansı yazınızın təkrarı olduğunu tapmaqda çətinlik çəkirəm. Köməklik etsəniz, sevinərəm.


Bu şərhinizə + verəni də başa düşmədim. Mövzu ilə yazı tərzinizin birbaşa əlaqəsi var. :)

Rene
 «Bizim dildə  «daha da» ifadəsi işlənir, amma mənə elə gəlir ki, məhz bu cümlədə işlənməsi düzgün deyil. » Rene
 "«daha da» qüvvətləndirici ədatdır, yəni ki, dilimizdə mövcuddur. Orada səhvlik başqa məqamdadır. «daha da işləmək» ifadəsi səhvdir." tenqo
Başqa bir sualınız olsa çəkinməyin soruşun. )))
Bir də ki, «Mövzu ilə yazı tərzinizin birbaşa əlaqəsi var» deməklə nəyi nəzərdə tutdunuz, anlamadım..
Yazıma müsbət verənə gəldikdə isə, siz niyə bunu ürəyinizə salırsınız, bilmək olar? ))
tenqo
Salmadım ürəyimə, düz edibmiş :) Haqlısınız. Özümü qınadım ))) O ki qaldı yazı tərzinizə, qaydalara zidd idi, həm də dilimizə qarşı hörmətsiz yanaşılmış tərz idi, ona görə də kinayə ilə o cür yazmışdım.
Rene
Qaydalara zidd, dilimize qarwi hormetsiz yanawilmiw terz?? Bilmirem niye bu qerara gelmisiniz, amma sizinle hec razi deyilem. Neyse, mence buna burda son qoysaq yaxwi olar. Cox uzunculuq oldu. Dava-dalaw lazim deyil ))
tenqo
Razıyam, son qoyaq. Heç mən də istəmirəm dava-dalaş :) Sualınızı cavablandırım ki, hörmətsizlik kimi alınmasın. Məsələn, «yanawilmiw» yox, yanaşılmış yazılmalıdır. Sizin o tərzdə yazmağınız həm qaydalara ziddir, həm də dilimizə qarşı hörmətsizlikdir. İnanıram ki, bu tərzdən daha istifadə etməyəcəksiniz :) Hörmətlə
tenqo
Dilçi olduğunuza görə sizin yazılarınıza qarşı daha həssas və tənqidçi olacam :) çalışın bu yazınızdakı kimi səhvlər daha buraxmayın :)
Rene
Üzr istəyirəm, bloqçu… Diqqətsizlik etmişəm. :)
bloqçu

Deyəsən burda aləm bir-birinə qarışıb, çaşdım lap. Məncə saytda bu budaq-budaq olan şərh sistemini yığışdırsalar əla olar. Hamı sadəcə olaraq şərh vasitəsilə kimə nə demək istəsə adını çəksin və desin, yoxsa belə adam çaşır. 2010-cu ilin ardınca 2011-in şərhi ardınca da yenə 2010-da kiminsə qeyd elədiyi başqa bir şərh...və beləcə uzanaraq davam edir; insanı bir az çaşdırır və gözü yorur.


P.S. Birincisi, Rene məndən nə üçün üzr istəyirsiniz? İkincisi də cavabında isə Cavid yazır ki «problem deyil» ))))))


Ay camaaat burda nə baş verir?

Ferbara
Budaqı düzgün istifadə edəndən sonra oxuyanlar üçün anlaşılmaz bir şey qalmaz.
tenqo
Budaqla oynamaq narahatçılıq yaradır. Əlavə yardımçı işarə, ya başqa vasitə olsa, daha rahat olar.
tenqo
Səhv etmirəmsə, Rene sizə xitabən yazırdı şərhini, ancaq səhvən Cavidin adını yazır. Ona görə də üzr istəyir səhv saldığına görə.
Ferbara
tenqo, bu şərhimdən üstdəki sizin şərhə («Səhv etmirəmsə» ilə başlayan şərhiniz) baxanda elə anlaşılır ki, mənə yazmısınız. Amma diqqət yetirsəniz, Mənim «Budağı düzgün istifadə» ilə başlayan şərhimlə eyni xətt üzrə dayanıb. Deməli, bu iki şərh, yəni mənim «Budağı düzgün istifadə» və sizin «Səhv etmirəmsə» ilə başlayan şərhlərimiz bloqçuya ünvanlalan cavablardır. Bir nəfərin şərhinə yazılan cavablar həmin şərhin altında budaqda eyni xətt üzrə sıralanır. Qəliz olsa da, başa salmağa çalışdım. :)
tenqo
Şərhin solundakı + və — şəklindəki düymələrdən istifadə etməyi öyrənmək çətin gəlməyib ilk anlardan. :) Siz yenə anlamadınız məni. )) Mən demirəm ki, başa düşmədim. Gözyorucu olduğunu və narahatçılıq yaratdığını bildirmək istəyirəm :)
Cavid

Təəssüflər olsun ki sizinlə razılaşa bilmirəm çünki budaqlanma əslində şərh və onlara cavab yazmaq üçün idealdır, yəni əgər siz nə isə yazırsınızsa ona cavab yazmaq üçün «cavab vermək» düyməsini basmaqla sizin şərhə cavab yazmaq olur, yaxud ümumi yazmaq nə isə yazmaq üçün isə "şərh əlavə et" düyməsindən istifadə etmək lazımdır, məsələn, siz mənim yazdığıma cavab yazmaq üçün sonda deyil elə burda yazsaniz yeni bir budaq alinacaq)
Yeri gəlmişkən bu mövzu UJE çox məşhurlaşıb))

Cavid
yazdığım «bloqçu» ya ünvanlanır, budaqdan istifadə etmədiyim üçün sona düşüb)
tenqo
Mən gecikdim bir az. :) Elə bildim mənə ünvanlanır. :)
tenqo
Təəssüflənməyə dəyməz Cavid. Sizinlə razıyam, yazmaqda rahatdır. Amma budaqlanmanın oxumaq üçün narahatçılıq yaratmağından gedir söhbət.
Cavid
problem deyil)))
rdgr
 cox maraqlıdı problem sözünün tərcüməsi nədi)))))

c hərfi yazdım cünki digər düymə işləmir))))))
Ferbara
Məsələ, müşkül.
tenqo
Problem beynəlmiləl sözdür, onun tərcümə olunmasına ehtiyac yoxdur, amma Firəngiz xanım, sinonim kimi istifadə oluna biləcək sözləri qeyd etdi.
Rene
Mənə bilirsiniz nə maraqlıdır, şərhlərə cavab yazanda hər yeni cavab əvvəlkindən bir az sağda başlayır ha, bax o cavablar uzansa, yəni tutaq ki, mən yazıram, digər şəxs mənə cavab yazır, mən yenə ona cavab yazıram və beləcə davam edir. )) Bax bu budaqlar sağa sıxlaşa-sıxlaşa axırda necə görsənəcək, hara qədər dirəşəcək? )))))
tenqo
Çox güman, lap sonda bir sətir bir hərfdən ibarət olacaq :)
Rene

Bloqcu, eynile tenqonun dediyi kimidir. Men bu meqaleni sagda oxuyanda axirinci werh yazan Cavid idi. Men de meqaleni oxuyub qurtarandan sonra nece olubsa sizin adinizi gormemiwem, ya fikir vermemiwem. Werhimin evvelinde Cavid yazmiwam ve ancaq werhimi yazandan sonra fikir verdim. :) Ona gore sizden uzr istedim. Cavid niye «problem deyil» yazib, bunu hec men de bawa duwmedim :)

Nailə_Rzayeva
Düzü, bəzən dərsdə şagirdlərimlə ünsiyyətdə mən də çaşıb «uje» ifadəsini işlədirəm, amma dərhal düzəldirəm)))) Çalışıram bunu özümdə islah edim…
Ferbara
Mən tələbə yoldaşlarımla danışanda həmişə istifadə etdiyim «halbuki» sözünü işlətmişdim, mənə gülmüşdülər. :(
bahar
Dilimizdə yeni şəxs əvəzliyi peyda olub."Öpürəm SİZLƏRİ,SİZLƏR üçündü" və.s
Rene
:) Bu en cox sehnede iwlenir sehv etmiremse. Meni bura getiren Sizlerin sevgisidi )))))