Muzeylər-canlı tarix

Tariximiz yeni don geyinir əyninə.. Gündən-günə şəhər dəyişilir, modernləşir. Gözəlləşir, çirkinləşir və s. Kiminə gözəl, kiminə tam əksi. Mən şəxsən şəhərimizin tarixi abidələrinə toxunulmasını heç istəməzdim. Yenilənsin, təmizlənsin, gözəlləşsin - razıyam. Sadəcə tarixi abidələrə toxunulmasın. Nə isə sözüm bunda deyil. Əl-qərəz ki, mövzum başqadır. Bizim ki başımız qarışır bütün bu işlərə, gəzirik, əylənirik, işləyirik, lakin, zamanla tariximizi unuduruq. Teatrlara, incəsənət məkanlarına, muzeylərə, sərgilərə çox az baş çəkilir. Halbuki, o yerlərdə tarix yatır. Bloqlarda, saytlarda çox oxuyur, çox danışırıq, amma, elə məkanlara gesən, çox az sayda adamla qarşılaşarsan. Nədənsə bu tip məkanlara maraq azdır. Səbəb isə çoxdur. Günah da axtarsaq, çoxunun sinəsinə dirənmək olar. Nə isə, bu da bəzi muzeylərimizin ünvanı. Bunların bəzisində özüm də olmamışam. Baxaq, gedək ziyarət edək və gələcək nəslə də aşılayaq.

Azərbaycan tarixi muzeyi- Z.Tağıyev küç. 4
Şirvanşahlar Sarayı kompleksi Dövlət tarixi memarlıq qoruğu muzeyi- İçərişəhər, K. Qala küç.
S.Vurğunun ev muzeyi- T.Əliyarbəyov küç.4
Cəfər Cabbarlının Ev-Muzeyi- Bakı, AZ1073, İ.Qutqaşınlı küç., 44
C.Cabbarlı adına Azərbaycan Dövlət teatr muzeyi- Neftçilçər pr.123a
Hüseyn Cavidin Ev-Muzeyi- Bakı, AZ1001, istiqlaliyyət küç.,8
Dövlət Din tarixi muzeyi- Neftçilçər pr.123a
M.S.Ordubadinin xatirə muzeyi- Bülbül pr.15 Rüstəm Mustafayev adına İncəsənət muzeyi Niyazi küç.9/11
N.Nərimanovun xatirə muzeyi- İstiqlaliyyət küç.35
Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyi-Neftçilçər pr.123a
Muzey mərkəzi- Neftçilçər pr.123a
Nizami Ədəbiyyat muzeyiAzərbaycan istiqlal muzeyi- Neftçilçər pr.123a
N.Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyi- İstiqlaliyyət küç.53
Bülbülün memorial muzeyi- Bülbül pr.15
Azərbaycan Müsiqi Mədəniyyəti Dövlət Muzeyi- R.Behbudov küç.5
Abdulla Şaiqin Mənzil-Muzeyi- Bakı, Abdulla Şaiq küç.,21
Arxeologiya və Etnoqrafiya Muzeyi- Bakı, Böyük Qala küç., 42
Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi- Bakı, Dərnəgül şossesi, 30/97
Azərbaycan Geologiya Muzeyi- Bakı, İ.Qutqaşenlı küç., 95
Azərbaycan Respublikası Xalq Təhsili Muzeyi- Bakı, Niyazi küç., 11
Azərbaycan Təbabəti Muzeyi- Bakı, N.Rəfiyev küç., 18
Cəlil Məmmədquluzadənin Ev-Muzeyi- Bakı, Süleyman Tağızadə küç., 56
Əzim Əzimzadənin Mənzil-Muzeyi- Bakı, Dilarə Əliyeva küç., 157
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi- Bakı, Lermontov küç., 3
Hüseyn Cavidın Ev-Muzeyi- Bakı, istiqlaliyyət küç., 8
Qobustan Dövlət Tarix-Bədii Qoruğu- Bakı, Lermontov küç., 3
Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi - Bakı, L və M. Rostropoviçlər küç., 19
Milli Neft Muzeyi- Bakı, Təbriz küç., 68
Miniatür Kitab Muzeyi- Bakı, içəri şəhər, 1-ci Qala döngəsi, 67
Olimpiya Muzeyi- Bakı, Olimpiya küç., 5
"Rinay" Malakofauna Muzeyi- Bakı, İbrahim Məmmədov küç., 2a, mən. 85.

Aman Allah biz heç küçələri də düz-əməlli tanımırıq ki...((

2 şərh

Dior
Bizi uşaq vaxtı musiqi məktəbində oxuyanda Üzeyir Hacıbəyovun ev muzeyinə aparmışdılar.Amma bu siyahıda nədənsə adını görmədim.
bloqçu

Həə ola bilər ki, hansılarısa yazmayam. Çünki, təəssüflər olsun ki, bəzilərini özüm də bilmirəm. Bəzilərində olmuşam, bəzilərində yox. İnşallah hamısında olmaq istərəm.


Xahiş edirəm yazmadığım başqa muzeylərimiz varsa bilənlər yazsın ki biz də bilək.