Barmaqlıqlar arxasındakı muzey!

Bir ailədə dünyaya gəlib, böyüyürsün, məktəb oxuyub, sonra da hansısa bir sənətə yiyələnmək üçün ali məktəbə üz tutrsan. Kimi texniki, kimi humanitar fənlər üzrə təhsil alır və sabahkı günü üçün bir peşə sahibi olur.

Elələləri də var ki, ailə içində dünyaya gəlmir, istədiyi kimi məktəb oxuya bilmir, burda artıq ali təhsildən söz belə getmir. Çoxu güclü olur, bu vəziyyətin içində çıxmağı bacarırı, çoxunun üzünə şans üfürür, çoxuna isə acı tale. Bəli, çoxları həyat qazanında yaxşı qovrula bilmir, hayıf olur. Avara adını alıb, bu adı doğrultmağa səy göstərir. Bəlkə də bunu istəmir, bəlkə də buna məcburdur, ya əksinə, hər halda avaralana-avaralana axır-əvvəl gəlib çatacağı mənzil barmaqlılaqlar arxasındakı dörd divar olur. Türmə!

İndi düşünürük ki, türmə adı çəkildisə burda söz cinayətkarlardan, oğrulardan, fırıldaqçılardan gedəcək, amma, belə deyil. Əslində mənim demək istədiyim başqadır. İnsan azadlıqda azaddır, istədiyini edə bilər, öyrənə bilər və yaşaya bilər, türmədə isə yox. Amma, türmədəkilər elə şeylər öyrənirlər ki, azadlıqdakıların bir çoxları şeyləri ya təhsil alaraq, ya bir usta yanına gedərək öyrənirlər.

484

Barmaqlıqlar arxasındakı muzey! İndi yəqin ki, yazımın adının nə məna verdiyini daha aydın başa düşmüş olarsınız. Türmədə onların o qədər boş vaxtları olur ki, onlar öz işlərinin daxilində yatan sənətkarlığı oyatmış olurlar. Halbuki, azadlıqda bunun fərqində belə deyildilər, halbuki özlərini heç nəyə, heç bir işə yaramadaqlarını zənn edib, avaralnmağa adayan bu insanlar əslində bir sənətkardılar. Bəli, mən, bu sözü deməkdən heç çəkinmirəm.

sekil2

Onlar nə cinayət törədiblər, törətməyiblər – bu başqa məsələ. Mənim məsələm isə tamam başqadır. Mən bu gün türmələrdə hazırlanan əşyalara baxanda heyranlıq hissi duyuram. Gözəllikdən və incəlikdən dolayı gözlərim qamaşır. Həm də o əşyalara bir də buna görə dəyər verirəm ki, onlar təmiz əl işidir, göz nurudur. Müxtəlif cür nərd taxtaları, şaxmatlar, təsbehlər, mücrülər, qutular, rəsm əsərləri, bıçaqlar (bıçaq qabları), ikonalar və s., və s.

mucru

Taxta üzərində vurulmuş naxışlara baxırsan, heyrətlənməmək mümkün deyil, o qədər incəliklə işlənib, hazırlanır ki, qablaq bir-birinə elə halda bərkidilir ki, elə bilirsən ki, bu hansısa fabrikdə düzəldilib, amma, əsl əl işidir, əsl ideyanın nəticəsidir.

Bu gün bir çox saytlarda həbsxana əhlinin hazırladığı müxtəlif əşyaları satışa da buraxıblar. Hətta, Rusiyada “Türmə sənəti muzeyi” də yaradılıb. Bundan əlavə Yaponiyada da məhbusların dizaynı əsasında hazırlanmış önlük tikilib, işlədilirdi.

Maraqlıdır, elə deyilmi?! “Azadlıq”. Kim bu azadlığı harda və necə dəyərləndirir... Kimi azadlıqda həqiqətən məhbus sayılır, kimi isə həbsxanada azaddır və yaşayır. Ziddiyyət daşıyan bir termin - Azadlıq!

Həbsxana sənətinin nümunələri

0 şərh