Əxlaq

Peyğəmbərdən soruşublar: Allah dərgahında ən sevimli qullar kimlərdir?
O isə cavab verir: Əxlaqı gözəl olanlar.

Nəfs, mənfi vərdişlər... bu kimi xüsusiyyətlər dünya yaranandan bəri insanların içində cərəyan edərək yer üzündə bir iz buraxır. Elə bir iz ki, bunu heç də yaxşı adlandırmaq olmaz və o izi silmək də bəzən çox çətin olur. Əxlaqımız bizim kim olduğumuzu göstərir. Əxlaqsız insan isə daim yerin dibinə batmaqdadır, amma bununla yanaşı yer üzündə də həmişə əxlaqsızlığın nişanələrinə rast gəlinir.

Nədir əxlaq? Tərifi varmı? Mən belə deyərdim ki, biz insanlar müxtəlif cür xüsusiyyətlərə, xasiyyətlərə sahibik. Hansı ki, bu xasiyyət və xüsusiyyətlər də çox bir çox hallarda bizim ruhumuza hopmuş vərdişlərimizdən irəli gəlir. Demək ki, əxlaqa belə bir tərif versəm heç yanılmaram: əxlaq ruhumuzda, canımızda yerləşən vərdişlərdir. Bu vərdişlərdən doğan əxlaq göstəricisi xüsusiyyətlərimiz, davranışlarımız insanı göyün üzünə də çıxarar, yerin dibinə də batırar. Həm də düşünəndə ki, vərdişlər fikirləşməyə, düşünməyə macal vermir. Vərdişlər düşünmədən yaranan davranışlara səbəb olur. İndi baxır ki, ruhumuza hopmuş bu vərdişlər pis vərdişlərdirmi, yoxsa yaxşı. Burdan da gözəl əxlaq, ya da ki əksinə əxlaqsız kimi damğalar, ləqəblər meydana gəlir.

Tərbiyə.. Bu çox önəmlidir. Biz öz ruhumuzun da tərbiyəçisiyik. Məhsulu necə alırıq? -Əkdiyimiz toxuma görə, elə deyilmi? Arpa toxumu əksək, arpa, buğda əksək, buğda əldə edərik. Eləcə də ruhumuz. Biz ruhumuzun dərinliklərinə yaxşı xüsusiyyətlər, yaxşı vərdişlərin toxumunu əkib, gözəl əxlaq sahibi ola bilərik. Hər yerdə də başı uca, alnıaçıq gəzərik. Ürəyimiz də rahatlıq tapar, həyatımız da. Sabah bu dünyadan köçdüyümüzdə də o gözəl dünyanı, gözəl həyatı qazanmış olarıq. Əxlaq dində də böyük önəm daşıyır. Quranı oxumaqla biz bir daha başa düşürük ki, islam insanlarda gözəl əxlaq, ağıl, kamillik kimi xüsusiyyətlərin olması üçün səy göstərir. Şəxsən mən özüm Quranı oxuduğum zaman özümü bəzən çox halda səhv etmiş, günah qazanmış kimi zənn edir və bir çox vərdişlərdən uzaq durmağa məcbur edirəm. İstənilən halda bir işi görmək üçün öz üzərimizdə etdiyimiz məcburiyyət işə yarayır. Çünki, insan öyrəşir. O zaman nə üçün bizim vərdişlərimiz pis vərdişlər olsun? Özümüzü bundan müalicə edək, nəfsin qurbanı olmayaq.

Düzgünlük də bir əxlaq göstəricisidir. Dünən bazara getmişdim. Orda tərəvəz satanların çoxsusu belə satırdılar: kartofun, pomidorun 3 kilosu 1 manata və ya 5 kilosu 1 manata. Dedim nə yaxşı. Sonra mənə tanışlar dedilər ki, onlar tərəzidə fırıldaq iş tuturlar. Yəni sənin 3 kilo bilib aldığın heç də 3 kilo deyil. Biz işlədikdə belə hiyələyə, yalana əl atarıqsa nahaq pul qazanma üsulundan istifadə edəriksə, bu da bizim əxlaqımızın zəif olduğuna bir işarə olar. Biz vəzifəmizi məsuliyyətlə, dəqiq yerinə yetirməliyik. Qoy halallıq olsun. Fırıldaqçılıq, hiyləgərlik, başdan sovdalıq – bunlar pis xüsusiyyətlərdir. Məsuliyyət, düzgünlük, haqq hissi olmayan insanların, fərdlərin yetişdiyi bir cəmiyyət heç vaxt uğur qazana bilməz, təşəkkül tapmaz. Necə ki, çürük, xarab bir taxtadana gəmi düzəltməyin mümükün olmadığı kimi.

Biz dünyaya gəlirik, boy atırıq, ailə qururuq. Cəmiyyətin bir üzvü oluruq. Sabah bu cəmiyyətin aqibəti məndən və mənim qurduğum ailədən asılıdır. Belə ki, əgər mən əxlaqda pis olarsam, yetişdirdiyim ailəyə də o əxlaqla tərbiyə verərsəm və cəmiyyət içində də əxlaqsız bir fərd yetişərsə bu zaman o cəmiyyətin gələcəyi, sabah qurulan ailələr, onlaın quracağı ailələr və s. və i.a. –bunlar hamısı uçuruma gedər.

Əslində Biz yurdumuzun çox mənfiliklərindən danışırıq. Bu təbiidir. Mənfi hallar çoxaldıqca müsbətləri geridə qoyur. Qurunun oduna yaş da yanır. Amma fikir verin ki, Azərbaycanda mənfi halların sayı azalsaydı, davranışlar, xüsusiyyətlər, tərzlər yaxşılaşsaydı hər şey necə də yaxşı olardı. Adi bir misal çəkəcəm: biz ki o torpağın yetirmələriyik ki, bizdə avtobusda, metroda, ümumiyyətlə, nəqliyyat vasitələrində qocalara yer verilir. Buna başqa yerdə rast gəlmək çətindir. Amma təəssüf ki, mənfi xüsusiyyətlər çoxaldıqca əxlaqsızlıqlar sərgilənir və bütün müsbət xüsusiyyətlər də üstüörtülü qalır və zamanla batıb-gedir. Batıb gedir dedim, amma bəlkə də düz demədim, öz xasiyyətinə, xüsusiyyətinə, gözəl əxlaqına sadiq olanlar da daim yaşayır və yaşayacaqlar da.

loading...

0 şərh