Loxotron

“Zəng elə, zəng elə, zəng elə; nə gözləyirsən, elə bu dəqiqə zəng elə və milyonlara sahib ol?! Bu sənin şansındır. Gözləyirəm, sizin zənginizi gözləyirəm – bu dörd hərfli sözü tapmaq heç də çətin deyil.. Çox, çox, çox asan bir sual verilir və cavabı da çox rahatlıqla tapa bilərsən, indi, bu dəqiqə al telefonu əlinə, bizimlə əlaqə saxla, şansını əldən qaçırma. Unutma ki, sən ... məbləğdə pul qazana bilərsən.”

Bla-bla-bla, dır-dır-dır. 
Bir gün TV-də kanalları fırladanda belə verlişlərdən birinə rast gəldim. Və pult əlimdə, ilişdim qaldım. Dedim ki, görüm bu nə qədər danışacaq? Sizi inandırım ki, heç 3-4 dəqiqə olmazdı bəlkə də, o danışan aparıcının əvəzinə mənim boğazım qurudu. Dayanmadan, fasiləsiz olaraq eyni sözləri təkrar edir. Özü də verlişin bir mənası ola. Yayım şirkətlərinin  belə bir işə imza atmasının nə mənası var axı? Həə, ucunda pul var...

Guya indi bunlar belə verliş təşkil etməklə guya camaata pul qazandırırlar.  Camaata qazandırmırlaree, camaatdan qazanırlar. Çünki belə şeylərə inanlar və o verlişlərə zəng edənlər az deyil. Yəqin ki, proses belə baş verər:
Zəng edirsən, deyir ki, "xahiş edirik xəttə qalın" və sən də bu xəttə musiqi sədaları altında gözlədiyin müddətdə pul gedir. Sonra da ya əlaqə kəsilri, ya da nə bilim nə...

İndi hərə bu mənasız bir işə (“iş” də demək düzgün olsa) müəyyən miqdarda pul sərf edərsə, bundan sizcə kim və nə qədər qazanar?

Özü də orda elə asan sözlər olur ki, zəng edənlər nədənsə cavabı heç tapa bilmirlər. Bu da bbir daha təsdiq edir ki, o verlişə edilən zənglərin əksəriyyətifırıldaqdır, qurmadır.

Eşitdiyimə görə Rusiyada bir çox təqaüdə çıxmış qocaman insanlar belə oyunların tələsinə çox düşüblər (təbii ki, belə tələlərə hər yerdə düşürlər), hansı ki, nəticədə pullarından da olublar. İçlərində məhkəməyə verənlər də tapılıb, amma burda sən uduzursan. Çünki, ekranda alt yazıda xırda şriftlərlə zəngin dəqiqəsinin qiyməti də qed olunub.  Belə çıxır ki, sən əgər ora zəng edirsənsə, deməli, oranın qaydalarıyla da razılaşmısan. İndi nə məhkəmə, nə hüquq?

Məncə bütün bu işlər qurma işlərdir. Ən təsirlisi də budur ki, bu işi görənlər bir yana, bunlarla yanaşı Yayım şirkətlərinin belə yayımlara izn verməsidir. Ekstrasesnsliyi, falçılığı, fırıldaqçılığı və s. – belə şeyləri təbliğ edək, görək sonumuz hara gedir. Heç işıq görmürəm.

P.S. Nikbin biri idim, amma hiss edirəm ki, nikbinliyim yerini bədbinliklə əvəz edir. Təəssüf!

5 şərh

2ral
Televizor=Zombobox. Zombiləşmək isəmirsənsə televizordan uzaq olmaq lazımdır.
tenqo
Razı deyiləm bu fikirlə. Şəbnəm xanımın fikirləri daha düzgün gəldi mənə. Baxır kim hansı vasitədən necə istifadə edir. Şəxsən mənim dünyagörüşümün böyük bir hissəsi televiziya hesabına formalaşıb. Orta məktəbdə oxuyanda çox böyük həvəslə baxırdım sənədli filmlərə, intellektual verilişlərə, bədii filmlərə və s. Həqiqətən, çox şey öyrənmişəm televiziyadan. O vaxt internet bizlərdə hələ geniş yayılmamışdı və əlçatmaz idi müəyyən qədər. «Köhnəlmiş» kitablardan isə fərli-başlı məlumat əldə etmək olmurdu. İndi internet var, ona görə televiziyaya ehtiyac da azalıb, amma zombiləşən adam elə internətdən də səmərəsiz istifadə etsə zombiləşəcək. Saatlarla gününü virtual oyunlar içərisində keçirən, yaxud gününü çatlarda keçirib boş-boş söhbətlərdən həzz alanlar zombiləşməyib nə etsin? Bunun günahı nə televizor, nə internet, nə nə bilim nə deyil, insanların özləri, düşüncələridir.
FrencaseS
bu verilisler ancaq loxlar ucundur))
bloqçu
Həqiqətən də maraqlıdır, üzücüdür və əsəbləşdiricidir. Televizor kimi vasitələr bu günkü həyatımızda çox önəm daşıyır. Əyləncə demirəm, xəbərlər, məlumatlar, elanlar, sənədli filmlər və s. bunlar hamısı maariflənmə yolunda görülən işlərdir. Televiziya, radio, internet bunlar təbliğatda çox güclü vasitə növlərdir. Yaxşı biz o zaman bu vasitələrdən belə istifadə etsək, bunun nə xeyri?  Biz nəyi öyrədir, nəyi yayır, nəyi təbliğ edirik axı? Buna görə də bu gün o zombiləşmə, manqurtlaşma prosesinin qurbanlarına çevrilirik. Hər halda, belə götürəndə hər kəsin bir ağlı, düşüncəsi var. Ağlımız başımızda olandan sonra, qorxusu yoxdur. Amma təbliğat, reklam- bunlar elə şeylərdir ki, bir çoxları bunların təsirindən yan keçə bilmirlər.
Türkəl
Bəli suallar çox asan olur. Ona görə də sualın cavabını bilənlərin sayı da olduqca çox olur. Onlardan isə yalnız birinci zəng edən qalib gəlir. Həm də cavabı minlərlə adam bildiyindən, bir neçə saniyə ərzində hamısı zəng edərək xətti məşğul edir və doldurur. Bir nəfər yüz manat udanda, on min nəfər 1 manat ititir. Əslində kimin udduğu məlumdur.
Televiziya — Ölüviziya, Televiziya — Telekanalizasiya
Tev-set=idiot box, tv channels=visiual cancer, remote control=soul control (NaS).