Qurtuluş müharibəsində bir türk qadını

Paroxod və katerlərlə İneboluya çıxarılan silah və döyüş ləvazimatı Kastomonudan Ankaraya, oradan da cəbhəyə göndərilirdi.
1921-ci ilin dekabr ayında birdən-birə yağmağa başlayan qar bütün yolları örtmüşdü.
İstanbuldan Kastamonuya kimi gedən və necə olubsa yolda qafilədən geri qalan gənc bir qadın fırtınalı bir gecədə sabaha qədər yağan qarın altında yoluna davam etmişdi. Döyüş sursatı yüklənmiş iritəkərli arabası ilə yorğun-arğın bir halda Kastamonu qışlağının qapısına qədər ancaq gələ bilmiş və daha şəhərə girmək ona qismət olmadan yolun kənarında durmuşdu.

Arabanın yanına gedənlər ürək ağrıdıcı və çox dəhşətli bir mənzərə ilə qarşılaşmışdılar.
Bu vətənvərpər qadının bu qiymətli yükü qorumaq üçün yorğanlarını top mərmilərin üstünə sərdiyi və özü də bir əlində qırmanc qollarını açaraq yorğanları qucaqladığı və həmin vəziyyətdə də səhərə yaxın donduğu məlum olmuşdu. Hadisə yerinə göndərilən Cəmil və Rifat çavuşlar ağlaya-ağlaya şəhidin üzərindəki qarı süpürüb, onu arabadan götürərkən, ağlayan bir uşağın səsini eşitmişdilər. Və ananı yana çəkib, yorğanları qaldırdıqda, gördükləri mənzərədən heyrətə gəlmişdilər. Otlara sarılmış, mərmilərin arasında yerləşdirilmiş çulların içərisində qundaqdakı bir qız uşağı donmaqdan qurtulmuş və ətrafdakı hərəkətlilikdən oyanaraq, əmizdirlmək üçün ağlamağa başlamışdı.

Döyüş sursatı və balası uğrunda özünü qurban verən bu qəhrəman türk anasının acı hekayəsini bu vətən torpaqlarında yaşayan hər kəsin, xüsusilə də gənc nəsillərin yaxşı qiymətləndirilməsi lazımdır.

Nurettin Peker
1918-1923-cü illər “İstiqlal savaş”ının İnebolu və Kastamonu Havalisi, s.396 vd.

Türkiyə Respublikasının şanlı Kurtuluş savaşı

10 şərh

Leyla
Türklərin vətənpərvərliyinə heç nə çata bilməz.
ramzes
Özünüzlə öyünün, başqası ilə yox
Kanti

sən türk deyilsən ala? leyla xanum da türkdü, mən də türkəm, bütün azərilər də türkdü. Bilmirəm kürdsən, ya tatarsan ya da talışsan, amma özünü bu türklərə qatma, qadası… xe xe xe

ramzes
Tanımadığın adama ala və qadası demək tərbiyəsizlikdir, tatar da türk etnosu sayılır,talış zad deyiləm, düzünü desəm türk əsilliyəm, amma sizdən fərqli olaraq özümü monqol saymıram, nə də durub hansısa monqolla burda mübahisə etmək fikrim yoxdur. Birdə mənim üçün millət anlayışı yoxdur, ağıllı adam olsun, amma monqol olmasın.
Kanti
hə tanımadığın adama monqol demək ikiqat tərbiyəsizlikdir. Get tərbiyə ocağına sənə tərbiyə versinlər
şərh silinmişdir
şərh silinmişdir
2ral
Şərhlər silindi. Çalışın özünüzü düzgün aparın.Ağzınıza gələni danışmayın. Çatda deyilsiniz,deyəsən hansı saytda olduğunuzu yaddan çıxartmısınız.
Münasibətləri əxsi mesajla həll edin.
ramzes
Hörmətli bloqçu siz nə üçün Qarabağ müharibəkimisində evlərdən televizor çıxaran, silah oğurlayan, Tankın yanacağını satan antiqəhramanlardan yazmırsız? Bir donmuş türk qadını ilə fəxr edirsiz. Düzdür bizdə də taktiki addımlarla toyuğunu, qoyununu qoruyan cəngavərlər olub. Bir qonşumuz var idi, atası fərari olmuşdu, özü də fərari oldu, amma mahir tülkü ovlaya bilirdilər, trosla tülkünü elə tuturdular ki, tüfəngə ehtiyac olmurdu, yaşasın toyuq, qoyun, qaldırın badələri toyuq defenderlərin sağlığına…
bloqçu

Yazılası o qədər şeylər var ki...Ən əsası da yazmaq bir yana həll olunası.


O ki qaldı dəyər verməyə, fəxr etməyə mən dilindən, dinindən, irqindən, rəngindən, millətindən asılı olmayaraq haqqa dayanaraq dəyərləndiriləsi nələr varsa onları dəyərləndirir, fəxr edləsi nələr varsa onlarla fəxr edir, təəssüflənəsi nələr varsa onlara təəssüf edir, üzüləsi nələr varsa onlara üzülür və nifrət ediləsi nələr varsa onlara da nifrət edirəm. Bacardığım qədər də bunları postlarmda çatdırmağa çalışıram.