Yaradıcı insanlar və alimlər günahkardılarmı?

"Oxu"- Qurani-Kərim ilk bu sözlə, bu əmrlə başlayıb.

Deyirlər ki, alimlər günahkardılar. Necə ki, rəssamlar, heykəltəraşlar və s. incəsənət adamları kimi. Rəssamlar ona görə ki, onlar rəsmlərində çəkib yaradırlar, heykəltəraşlar ona görə ki, onlar insan heykələri quraraq “insan ”düzəldirlər. Yazarlar ona görə ki, hərəsi bir həyat yazıb yaradır. Alimlər də ona görə ki, onların öz inandıqları şeylər var ki, bunların sübutuna çatdıqlarında bəzən dini inkar etmiş olurlar.

Mən belə fikirlərlə razılaşa bilmirəm. Rəssam şəkil çəkə bilər, heykəltəraş heykəllər yarada bilər, yazarlar əsərlər yaza bilərlər, amma heç biri yaratdıqlarına can verə bilməzlər. Buna görə nə qədər can qoysalar da, bu nə qədər böyük sevgi və istəklə etsələr də bu sadəcə bir şəkil, bir heykəl və bir əsər olaraq qalacaqdır. Cansız bir əsər. Bəlkə də nəyisə canlandırır, amma yenə də sözün əsl mənasında cansızdır. Dursun o şəkildəki yaşasın, qaçsın, yesin, içsin, nəfəs alsın və yaxud da heykəl. Bu mümkün deyil axı.. Belə əsərləri yaradanları yaradıcı, uca, dahi adlandırıq, amma bu o demək deyil ki, biz onları Allah səviyyəsinə qaldırırıq. Əsla!

İnsan dünyaya gəlir: ona Yaradan tərəfindən bədən, can, ruh və ağıl verilir. Bunlar böyük nemətlərdilər. Axı o ağlı da bizə Allah nəsib edir və bu ağıl bizi digər canlılardan ayıran böyük bir özəllikdir. Biz ağlımız sayəsində səhvi düzdən ayırır, elmlərə yiyələnir, irəliləməyə çalşırıq. Hər birimiz müxtəlif sahələrdə qabiliyyətə, bacarığa sahib oluruq. Bunu Uca Yaradanın rizası ilə edirik. Hətta imtahanlara girdiyimiz vaxt, müsabiqələr qatıldığımız vaxtlarda da bir işi görəcəyimizdə bunun üçün Allaha dua edirik ki, o iş alınsın.

Nədəsə uduzur, nədəsə qalib gəlmiriksə bu ağılsızlıq demək deyil. Sadəcə olaraq ağlın öz həqiqi qiymətini tapması və insan üçün faydalı ola bilməsi ondan yaxşı istifadə etməkdən asılıdır. Ağıl ən önəmli bilik vasitələrindən biridir.

Bu gün alimləri "günahkar" adlandırırıq. Onları günahlandırırıq. Unutmayaq ki onlar bütün  yolları oxuyaraq, araşdıraraq keçirlər. Bu necə günah sayıla bilər ki, Qurani-Kərimin ilk ayəsi “Oxu” əmri ilə başlayıb. Oxumağın, biliyə yiyələnməyin, savad qazanmağın, öyrənməyin çox önəmli olduğunu dəyərli kitabımızdan çox yaxşı başa düşmüş oluruq.

Alimlərə böyük hörmət göstərilməli yerdə bir çoxları onları günahkar adlandırırlar. Bəlkə də bunu onunla əsaslandırırlar ki, bəzi alimlər filan vaxtda zəlzələ olacağını, filan vaxtda dünya dağılacağını və s. yer üzündəki prosesləri qabaqcadan deyirlər. Bəlkə də bu bir səhvdir. Bəlkə də belə fərziyyələr deyilməməlidir. Bəlkə də elə alimlər var ki, onlar özləri Allahı inkar edirlə. Bu yerdə günahkar sayıla bilərlər.

Amma məncə bütün alimləri, dahiləri günahkar adlandırmaq düzgün olmaz. Onlar elmə dayanır, elmə yiyələnirlər. Bu gün bizim yaşadığımız həyatda istifadə etdiklərimiz hardan çıxdı? Kimlər yaratdı, kimlər araşdırdı, kimlər kəşf etdi, kimlər tapdı? Alimlərin bütün bu işlərdə səyi böyükdür. Bu gün biz onların beynindən, onların əməyindən bəhrələnirik. Bu ağlı isə onlara Allah verir.

Sonda bir əhvalatı qeyd edim:

Türk hökmdarı Yavuz Sultan Səlim Misir səfərindən geri dönəndə yanında olan tanınmış bir din alimi İbni Kamalla palçıqlı bir yerdən keçirmiş. Alimin atının ayağında sıçrayan palçıqlar Yavuz Sultanın paltarını çirkləndirir. İbni Kamal isə buna görə çox utanır və pərt olur. Bunu görən Yavuz Sultan deyir: “Kefini pozma müəllim! Alimin atının ayağından sıçrayan palçıqbizim üçün bir bəzəkdir. Qoy bu kaftan bu palçıqla bulaşdırılıb, mənim tabutumun üzərinə qoyulsun.” Beləcə alimlərə hörmətini göstərərək vəsiyyət etmişdi.

loading...

1 şərh

niqulya
Bu gün alimləri «günahkar» adlandırırıq. Onları günahlandırırıq.
Kim alimləri günahkar adlandırır? Ümumiyyətlə məqalənin mövzusu mürəkkəbdir.