Rəssam fırçasından: Xoşbəxtlik!

İdeya insan düşüncəsinin ən original hissəsidir ki, bunu insanlarda çox qiymətləndirirəm.  Bu həm də hər zaman özündə maraq, həvəs və diqqət doğuran bir xüsusiyyətdir ki, hamıda var. Amma, baxır kimdə və necə.. Məsələn, rəssam Dianne Dengel xoşbəxtliyi aşağıda, tabloda olduğu kimi əks edib.

Bu rəsmi  bacıma göstərməmişdən öncə ondan soruşdum ki, sən rəssam olsaydın, xoşbəxtliyi necə təsvir edərdin?

O da dedi ki, -” böyük, şən və mehriban bir ailə şəkili çəkərdim.”

Nədənsə çoxları xoşbəxtliyi çəkmək istədikdə ağlına ilk “ailə” gəlir. Amma, Dianne Dengell bunu elə bir ideyayla çəkib ki, buna baxdıqca insan həqiqətən də xoşbəxtliyi görür. Bir sözlə əla!

 

13 şərh

bankir
Bu rəsmə baxanda başa düşmək olur ki,xoşbəxtlik yalnız pulda deyil. Balacalar necə də şirin-şirin yatırlar!
bloqçu
Çoxlarımız müxtəlif günlük problemlərdən gileylənirik. Amma, şəkillə baxanda fikir verirsən ki, nə qədər kasıbçılıq olsa da, şərait olmasa da hamsısı bir yerdədilər və sən demişkən şirin-şirin, üzlərində təbəssümlə yatıblar. Həqiqətən də xoşbəxtlikdir. Allha hər anımız üçün şükr etməliyik.
IDEAL
Məncə rəssam bilə-bilə onları belə bərbad şəraitdə çəkib. Bunu həyatın təzadlarını göstərmək üçün istifadə edib. Reallıqda onlar bəlkədə bu şəraitdə xoşbəxt olmaq əvəzinə əzab çəkərlər. Ancaq yuxuda əsl xoşbəxtçiliyi tapırlar. Hər birinin simasına fikir verin elə bil çox gözəl bir röya gördükləri üzlərindən bilinir.
IDEAL
Mənə elə gəlir ki, bu rəssamın demək istədiyi başqadı. O hamını yuxuda çəkib. Burada bir dənədə olsun ayıq insan yoxdur. Çünki insan oyaq olanda keçmiş, gələcək və indiki zaman arasında qalır. Heç vaxt tam xoşbəxt ola bilmir. Ancaq yuxuda məniqi düşüncə qabiliyyətini itirdiyi üçün tam xoşbəxt olur. Ancaq heyvanlarda belə məntiqi qabiliyyət olmadığından onlar elə oyaq vaxtda xoşbəxt ola bilirlər. Bu səbəbdən toyuq xoşbəxtlik tablosunda oyaqdı.
P.S. Görəsən mən nə üçün bu rəsmi pessimist kimi incələyirəm.
bloqçu

Amma, məncə hər halda uşaqlar üçün bunlar elə də keçərli deyil. Onlar nə olur-olsun oynayırlar, şənlənirlər və sonda yorulub, mışıl-mışıl yatırlar. Şəxsən mənim üçün onların şirin yatışını izləmək böyük xoşbəxtlikdir.
Bundan əlavə bərabərlik, bir-brinə bağlılıq da önəmlidir.

O ki qaldı rəssama nə bilim vallah?! Bəlkə siz deyən də keçərlidir. Onu bilə bilmərəm.

fidan
8 nəfər bir çarpayıda sığışa bilirsə,o ailədə mehribanlıq var.
Məncə rəsm bloquna salınsın.
Ferbara
Onda mən də burdakı gözəl şərhlərdən bir neçəsini seçib burda yazım, bəlkə «reytinqim» artar. Belə daha asandı, hm!
HTML
Əgər postu copy-paste edə bilirlərsə,deməli şərhi də etmək olar. Dəstəkləyirəm sizi.
Freddie
Ferbara, siz MTN-ə işləyən «bacıqızı» ləqəbli xaker deyilsiz ki...
Ferbara
Zarafat eliyirsiniz?
Freddie
Əlbəttə, zarafat eleyirəm :D
Nailə_Rzayeva
Düzü, rəsmə baxanda içimdə qəribə hislər yarandı, bir az sevinc, bir az təəssüf. Sevinc hissinin düzü heç özüm də səbəbini bilmirəm, təəsüf hissi ona görə ki, gündəlik qayğılardan, problemlərdən bəzən ailə məfhumunu unuduruq, kiçik sevinclərin, xoşbəxtliklərin dəyərini bilmirik…
təpəgöz
Bur əsmi çəkən Dianna Dengel özü kasıb qız olub. Rəsmi çəkməyə fırçası olmadığına görə barmağı ilə rəsmi çəkirdi.