Heyranedici an -bəyaz gecələr!

21.06.2008. Bu vaxt Piterdəydim(Sankt-Peterburq). Həmin tarixə fikir versəniz biləcəksiniz ki, o aylar orda BƏYAZ GECƏLƏR olur. Həmin gecə ən uzun bəyaz gecə idi. Dünən kimi xatırlayıram, saat 23:20, gün otağa elə işıq saçır ki, elə bil axşamdır. Sanki axşamlar günortaya, gecələr isə axşama çevrilir. Heyranedici an. Indi də gecələrin bəyazlığı yavaş-yavaş daha da artacaq.

İstəyirəm bəyaz gecələr barəsində bildiklərimi bölüşüm.

Bu şəkli də həmin an çəkmişdim:



Yerin Günəş ətrafında fırlanmasında onun hərəkəti elliptik bir müstəvi cızır. Bu müstəvi göy sferasının ekvator müstəvisi ilə 21-22 mart və 21-22 sentyabrda kəsişir. Birinci hala yaz bərabərlik, ikinciyə isə payız bərabərlik nöqtəsi deyilir. Bu iki müstəvi bir-biri ilə kəsişəndən sonra bir-birinden müəyyən bucaq altında aralanır. Ən böyük ayrılma bucağı 23.5 dərəcəyə bərabərdir. Şimal yarımkürəsi üçün bu bucaq təqvim vaxtı ilə 21-22 iyuna düşür ki, bu da ən uzun gün və ən qısa gecəyə uyğundur.

Yerin şimal yarımkürəsində yerin fırlanma oxunun şimal qütbü günəşə daha çox meyillidir. Ona görə də Yerin şimal en dairəsində günün uzunluğu ekvatora görə daha çoxdur, belə ki, Şimal qütbündə bir müddət gecə olmur (və ya gecə çox qısa olur ). Göstərilən tarixdən sonra günün uzunluğu hər gün orta hesabla 4 dəqiqə qısalır və sentyabırın 21-22-də gecə ilə gündüzün uzunluğu vaxt hesabı ilə bərabərləşir və dekabr ayının 21-22-də ən uzun qış gecəsi və ən qısa qış günü ilə əvəz olunur.


Balaca bir şəkil hazırlamışam:

4 şərh

lesyA
Birinci şəkli özün çəkmisən? Çox gözəldir. Hansı fotoapparatla çəkilib?
bloqçu
Bəli özüm çəkmişəm, adi rəqəmsal appratla: CLMEDİA OLYMPUS
papatürk

Bəyaz gecələr Peterburqun simvoludur baxmayaraq ki Peterburq 66.5 dərəcədən yarım dərəcə cənubda yerləşir(bəyaz gecələri görmək üçün gərək 66.5 dərəcə şimal enliyindən yuxarıda olasan). Doğurdan da gözəl bir şeydir.Belə şəhəri sevməmək olmur:


bloqçu
papatürk, əvvəllər Rusiyanı heç sevməmişəm, amma, Peterburqu görəndən sonra o şəhəri çox bəyəndim, gözəl, təmiz bir şəhərdir. Bircə oranın quruluğunu və solğunluğunu heç sevmirəm. Bu yerdə şəhəri qınamaq olmaz, çayın üstündə qurulmuş bir şəhərdir. Həm də gərək günəş ola günəş)))

O körpülərin axşam, gecə əl-əxsus da bəyaz gecələrdəki mənzərəsi lap əladır (amma bu şəkli mən çəkməmişəm):