İlluziyaları ifşa edən Bles Paskal

“Filosof və fizik olan B. Paskal təsdiq edir ki, insan – özü üçün təbiətin ən anlaşılmaz məxluqudur. Onun üçün bədənin nə olduğunu, bundan da çətini- ruhun nə olduğunu dərk etmək çox çətindir və ümumiyyətlə, heç başa da düşə bilmir ki, bədən ruhla necə birləşə bilər. İnsan üçün həlli mümkün olmayan bir məsələ yoxdur, amma, bununla yanaşı bu, o özüdür ki var”

 


Dahi alim Paskalın adını hər kəs bilir, heç olmasa təzyiqin dərəcə ölçüsü və ya proqramlaşdırma dilinin adı kimi. O cəmi 39 il yaşayıb, amma, riyaziyyatda bir çox üsulların təməlini qoymağı, atmosfer təzyiqini açmağı, hidrostatistikanın əsas qanununu formalaşdırmağı çatdırmışdır. Buna baxmayaraq Paskalı dahi dərrakəyə çatdıran bu elmi nəaliyətlər deyil, onlarla qonşuluq edən yazıçılıq qabiliyyəti, insan qəlbinin bələdçisi və mistikasıdır.

Mən Paskal tək kəslər tanımıram, hansı ki, təbiəti və insanı eyni dərəcədə, dərinliyinə kimi başa düşə, ağıl, söz və inam –bütün bunlarla bolluca hədiyyələndirilə. Onun  filosof adlandırılmasını tez-tez rədd edir, danırdılar – axı o öz sistemini qurmayıb və ancaq 2 kitab yazmışdı: canlı, səmimi inama çağıran publisistik ehtiras “Provansiala məktublar” və dəqiq, valehedici dərin “Düşüncələr” – məktublar, hansı ki, onun ölümündən sonra dostları tərəfindən çap olunmuşdur. Amma, o başqa bir şey edib – Montenin ardınca və Nitşedən xeyli qabaq o dünyanın yalan və ikiüzlülüyünü başa düşüb. Bu xristian heç nəyə inanmırdı, Allahdan başqa heç nəyə. Yerdə qalanlar – aristokrat həyat, siyasət, sevgi – onun zillənmiş baxışları altında bizim yalnış fikirləimizi, bizim əhəmiyyətsizliyimizi, bizim illuziyalarımızı ifşa edir.

Paskal deyir ki, hər kəs xoşbəxt olmaq istəyir, amma, yer üzündə heç kim xoşbəxtliyə nail ola bilmir. “Biz heç vaxt yaşamırıq, amma, sırf yaşamaq niyyətindəyik; biz hər zaman xoşbəxt olmağı nəzərdə tuturuq, amma, bu da qaçılmazdır ki, biz heç vaxt xoşbəxt olmayacağıq”. Biz ancaq inamın sayəsində bədbəxtlikdən qaça bilərik. Əgər inanmırsınızsa, bu zaman Paskalla əlaqə saxlamaq məcburiyyətindəsiniz və bunu ondan soruşmaq heç də asan deyil…

Andre Kont-Sponvil

 

1 şərh

bloqçu
İndi onun «Düşüncələr»ini oxuyuram. Çalışacam, ara-sıra onlardan da burda qeyd edəm…