Dublyaj

Bir vaxtlar xarici bir film izləyəndə deyirdim bu səs nədireee - əgər xatırlayırsınızsa bəzi filmlərdə avtomatik bir səsləndirmə var idi. Kiçikli, böyüklü hamını ağır tonda, burnunda danışan bir kişi səsləndirirdi. Hətta, bir çoxları nə qədər desələr də ki, bu səs insan səsidir, dəlil görməsəm inanmaram, elə bilirəm ki, robot səsləndirmədir.

Mən filmizləməyi çox sevirəm. Təbii ki, mənə görə maraqlı zənn etdiyim filmləri. İnsan istər istəməz öz həyatından, işindən bir anlığa ayrılıb real və ya qeyri-real olan başqa bir həyatın ekran versiyasını izləyərək əylənir və ya vaxt keçirir və bununla yanaşı düşüncələrini də yeniləşdirir, özündə yeni fikirlər, özündə yeni zövqlər də aşkar edir. Amma, bütün bunlar təbii ki, maraqlı filmlər sayəsində baş verir. Təəssüqflər olsun ki, maraqlı filmləri də maraqsızlaşdırmaq olur. Səbəb isə - dublyaj.

Bu günkü günümüzdə öz kanallarımızda olan xarici filmləri heç də maraqla izləmək olmur.

Təəssüflə qeyd edim ki, yəqin ki, sizlər də bunun şahidisiniz ki, bu gün bizim ekranlarımızda xarici filmlərin, seriaların səsləndirilməsi bərbaddır. Bizimkilər bu səsləri hardan tapırlar mən bilmirəm?! Bəzi kanallarda elə dublyaj var ki, uşağı da, gənci də, orta yaşlını da, qocanı da eyni insan səsləndirir. Belə olan halda da təbiiliyi axı hardan alasan, filmdəki emosiyaları, hissləri hardan duyasan?! Ümumiyyətlə bunlar bir yana səsləndirmə o haldadır ki, insanın televizoru söndürməyi gəlir. Məyər o kanal sahibləri özləri heç bir dəfə də olsun buna qulaq verməyiblərmi?! O zaman hamı hər şeydən razıdır, bir tək mənəm narazı qalan.
Bu tərcümələrdənsə subtitr olsun bəsdir - izləyici xeyli razı qalar.

Bildiyiniz kimi "subtitr" film zamanı ekranda filmin orijinal dilinin tərcüməsini qeyd edir. Belə olan halda da filmdə insanların intonasıyası, səsi daha aydın olur və insanın keçirdiyi hisslər film izləyənlərə daha da çox ötürülür və belə olan halda da daha da  təsirli olur. Subtitrın bir şeyini sevmirəm ki, o zaman insan bəzən çatdırmayıb filmin hansısa anına itirə bilir. Yəni, əgər, yazını oxuyursansa baxışları görə bilmirsən, baxışlara baxırsansa yazını oxuya bilmirsən.
Amma, vallah bizdəki dublyajdansa subtitr olsa bu min dəfə yaxşıdır. Hətta, çox yaxşıdır. Heç olmasa filmi maraqla izləməklə yanaşı, dil də öyrənmək olar.

Dublyajımızda bir mənfi məqam da var ki, kanallar təmbəllik edib, filmləri ancaq rus dilindən tərcümə edirlər və ya efirə daha çox rus kinoları verirlər. Təsəvvür edin, film hər hansısa bir dildən rus dilinə tərcümə olunur, bizimkilər də bunun üstündən onu Azərbaycan dilinə tərcümə edirlər. Belə olan halda da film efirdə olan zaman 3 səsi birdən eşidirsən. Axı niyə? Məyər tərcüməçilərimiz yoxdur?! Nə üçün bu ölkə tərcüməçilər yetişdirir? Niyə ancaq filmləri orijinal yox da, rus dilindən çevirməliyik. Bu ya təmbəllikdir, ya öz işinə laqeydlik, ya da "simiclik". "Tərüməçi üçün də artıq pul xərclənir axı, niyə pul sərf edilsin ki, hazır rus dili var daa, ondan çevirək."
Nəticə: nə işini bilən kadrlara yer verilir, nə də düz-əməlli bir iş görülür.

Bax belə.


5 şərh

r9perviz

Əgər kinonun orijinal dilini bilirsənsə, ən yaxşısı həmin filmin diskini tapıb ordan baxmaqdı. Dublyaj nə qədər də yaxşı olsa, heç vaxt orijinaldakı effekti verməz.

bankir
Orijinalda ingilislər Fuck your mother deyir.Dublyajda Lənətə gələsən kimi çıxır.
Amma indi vəziyyət düzəlib bir az.Əsas poblemlərdən biri də dublyajda insan heyətinin az olmasıdır.Bir kinoda əgər həm uşaq,həm qoca səsini bir aktyor çıxardırsa,həmin kinonu tullamaq lazımdır.
Dior
bankir, yəqin dublyajda bizimkilər mentalitet məsələsinə riayət edirlər.))))
bloqçu
tamamilə razıyam. Bəlkə də film maraqlıdır, amma, dublyajın bərbadlığına görə film baxmalı halda olmur.
ramzes
Bilmirəm milləti nə hesab edirlər, nə qədər ki bu səviyyəsizliyə etiraz yoxdur, bizə bu da azdır.