Canlı tarix!

Tarix var ki, böyük insanlar daşıyır, insan var ki, özündə tarix yazır-yaradır. İnsan var ki, sinəsində tarix yaşadır. Bu gün bir övladın anası ilə xoş olmayan, hətta, çox pis sayılacaq rəftarının şahidi oldum. Belə hallar bir deyil, iki deyil. Bu gün bir çox şəxslər özündən böyüklərə hörmət qoymur, onları alçaldır, incidir, qocalar evinə yerləşdirirlər. Hələ-hələ nəzərə alsaq ki, bu onların anaları və atalarıdılar - lap da dəhşət.

Bəzən elə olur ki, nənəmlə saatlarla söhbət edirəm, daha doğrusu ona qulaq asıram. Keçmişdən, insanlardan, həyatdan - o qədər maraqlı şeylər danışır ki, düşünürsən ki, bu insan içində necə cövhərlər yaşadır. Türkəçarə tariflərindən tutmuş, tarixi rəvayətlərə qədər və s. və i. a. Bəzən  də düşünürəm ki, dünya fani deyil, hamımız bir gün bu mənzildən köçəcəyik və bu qocalar da məkanlarını dəyişib gedəcəklər, bəs onda necə? Halbuki, nə qədər ki, vaxt var, onlardan o qədər şey öyrənə bilərik ki. Heç olmasa öz kökümüzü. Lap da tutaq ki, bizə maraqlı olmasa da, heç olmasa onların xətrinə, hörmət edib, onlara qulaq asaq, dinləyək. Onlarda tcrübə yatır, ömür təcrübəsi. Nə bilim, bizlər sadəcə çox vaxt unuduruq, çox şeyi unuduruq - unuduruq ki, biz də nə vaxtsa yaşlanacağıq.

Fikir verəndə görərik ki, nənələr, babalar heç nə danışmasalar belə, o qədər şey ifadə edirlər ki.. Məsələn, dünən Şuşanın işğalından daha bir il ötür. Mən işğalın, qətliamların canlı şahidi olmamışam. Qarabağ haqqında bildiklərim də elə bir çoxları kimi verlişlərdən, kitablardan, müəllimlərdən aldığım məlumatlardan doğur. Amma, Müharibələri görməsəm də onların buraxdığı izləri nənələrin, babaların, neçə-neçə anaların, ataların qırışlarından, ağarmış saçlarından elə oxumaq olar ki. Saçlarına qonan hər bir ağ, üzlərinə düşən hər bir qırış, gözlərindəki dərinliklərdə belə nələr var nələr - bu zarafat deyil, vallah deyil...Əzizlərimizin qədrini bilək.. Saçlarını ağardıb, üzlərini qara etsək, başlarını yerə əysək - günahdır.

 

0 şərh