Rənglərin gizli dünyası!

Deyirlər ki, rənglərin hər birinin bir mənası var. Görəsən bu həqiqətdirmi, yoxsa, biz buna boş yerə inanırıq?!

Bir otağa daxil olanda otaq mavi rənglə boyanıbsa bu adama elə bir təsir bağışlayır ki, elə bil ki, soyuqdur və ya əksinə otaq sarımtıl bir rənglə boyanıbsa bu adama isti təsir bağışlayır. Eləcə də başqa rənglər!

Deyilənə görə, rənglər elə bir qüvvəyə malikdir ki, hətta, insan geyiminin rəngi insanın vəzifəsində artımına belə yol açır. Bundan əlavə guya geyimin rəngi sayəsində insan başqaları üzərində elə bir təsirə malik olur ki, hətta, onları açıq söhbətə belə çəkə bilərmiş. Hətta, deyilənə görə evdəki rəng də insana yuxusuzluq gətirməyə qadirdir. Eləcə də, ailədəkiünsiyyətə də təsir edir. Bəzi fərziyyələr də var ki, qutu nə rəngdədirsə insan özü də bilmədən bundan təsirlənərək, qutunun içindəki əşyanın və ya hədiyyənin xeyrli, bahalı və ya incə bir şey olduğunu anlayırmış. Çox maraqlıdır elə deyilmi?! Sanki gipnoz kimi bir şey. Yəni bir rəng insana bu qədərmi təsir edər?!

rənglər

Yadımdadır, bizim bir müəllim var idi, bizə həmişə deyirdi, kompüter qarşısına keçəndə çalışın əyninizə ağ rəng geyinin. Çünki, ağ rəng şüanı geri ötürür və sizin bədəninizə buraxmır. Qara isə əksinə. Demə bizim rəngə qarşı olan emosionla reaksiyamız çox güclüdür. Dizayn üzrə Nyu-York universitetinin direktoru və eləcə də rənglərin praktikası və teoriyası üzrə kurslar keçən Brayd Uilen deyir ki, bizim rəngi necə qəbul etməyimiz bizim gözlərimizin fizioloji xüsusiyyətlərindən, əsəb sitemindən, həyat təcrübəsi və ətraf mühitdən asılıdır. Qadınlar və rənglər haqqında

Alimlər təsdiq edirlər ki, göz rəngi qəbul edir və yavaş-yavaş beyində proses baş verir, hansı ki, əsəb sisteminin periferiyasına gəlir. Məsələn isti rənglər sayılan – qırmızı, narıncı və sarı ən böyük dalğa uzunluğuna sahibdilər, hansı ki, qəbul etmə üçün yüksək sayda enerji tələb edir. Bu rənglər aktiv-hücum xarakterlidir, onlar beyinə stimul verici təsir bağışlayır, nəbzin və tənəffüsün təmizliyini artırırlar.

Soyuq rənglər sayılan yaşıl və göy isə əksinə. Bunlar qısadalğalıdılar və buna görə də rahatlıqla qəbul edilirlər. Onlar tərəfindən verilən rahatlıq isə metobolizmin ləngiməyi ilə əlaqədardır.

Rənglərin qəbul edilməsində bizim orqanizmimizin təbii reaksiyasından başqa həyat təcrübəsi də az rol oynamır. Məsələn, biz belə öyrənmişik ki, çəhrayı rəng körpə qız uşağı üçün, mavi isə oğlan, ağ paltar gəlinin təmizliyindən, onun paklığından, qırmızı isə məsələn yolda keçid zamanı hansısa işarəni bildirir. Və ya bir düşünsək, biznesdə insan özündən asılı olmayaraq hansı qadına etibar edərsən – tünd göy rəng kostyum geyinmiş qadınamı, yoxsa, gözəçarpan çəhrayı köynəkli olanamı?

rənglər

Geyimlərimizdəki rənglər də bizim əhvalımızla bağlıdır. Bəzən də əksinə, əhvalımız geyindiyimiz rəngdən dolayı hal dəyişir. Geyimimizin rəngi bizə güc, özünə əminlik də verə bilər və ya əksinə bizdə narahatlıq yarada bilər. “Pis” və ya “yaxşı” bir rəng yoxdur, söhbət sadəcə rəng növünün komunikasiyalarının seçim imkanlarından gedir. Bu tək rəng  sahəsinə yox, eləcə də, ev işlərində, reklamda, qrafikada, dizaynda və s. özünü göstərir.

Rəylər bunu göstərir ki, rəng  özünə çəkə də bilər, özündən kənar da edə bilər, rəng rahatlıq və komfort yaradar, eyni zamanda da narahatlıq da verər. Belə ki, gündəlik həyatımızda rəng seçiminə elə də ciddi yanaşmırıq. Bizlər ilk olaraq zövqümüzü gözdən keçirdir, bəyəndiyimizi seçirik .  Halbuki, müxtəlif dizayn sistemlərində buna çox ciddi yanaşanlar, rənglərin mənasını həqiqətən də önəmsəyənlər və öz tərzlərini buna görə ayıranlar da az deyil. Kimlər buna inanır, önəmsiyir, ciddiyə alır, kimlərsə yox.  Bizim millətdə ola bilsin ki, ciddiyə almayanlar üstünlük təşkil edir. Hər nə isə. Əsas odur ki, həyatımız rənarəng keçsin! Monoton tonlarda ilişib qalmayaq!

P.S. Əgər rənglər insana belə təsir edirsə niyə də bundan istifadə olunmasın? Məsələn, müdir maaşı və ya vəzifəni artırsın)))

Həmçinin bax: Qırmızı rəngin möcüzəsi

5 şərh

2ral
Vaxtilə Marketinqin rəngi adlı post çox marağa səbəb olmuşdu.
Rənglərin təsiri haqqında photoshop-az.com saytında maraqlı bir yazı var:

Mavi-vücudumuzda boğaz bölgəsini əks etdirən rəngdir.Mavi rəng göy üzünüz, geniş üfüqün və dənizin işarəsidir.Sonsuzluğu və geniş görməni izah edər.Rahatlığı təmsil edir və sakitləşdirir.ərəblər mavi rəngin qan axışını yavaşlatdığına inanır və buna görə də göz muncuğu göy rəngdədir.Qərbdə intiharlar azaltmaq üçün körpünün giriş və çıxış hissələrini mavi rəngə boyayırlar.Divarları mavi rəng olan məktəbdə şagirdlərin daha az dəcəllik etdikləri məlum olmuşdur.Dizaynda buzu, soyuğu, suyu, sərinliyi və.s ifadə etmək üçün istifadə olunur. Olduqca ciddi rəngdir, buna görə də iş paltarlarının çoxsu mavi rəngdədir.çox və ya səhv istifadə olunmuş mavi rəng depresiyaya yol aça bilər.

Qırmızı — bu rəng canlılıq və dinamikliklə əlaqədar bir rəngdir.Xoşbəxtliyi təmsil edir.Qırmızı rəng, dinamikliyi, bir işi sona çatdırma əzmi və qərarlılığı ifadə edər.Eyni zamanda qırmızı rəng iştah açır.Bunun üçündə bir çox qida firmaları logosunda qırmızı rəngi istifadə edirlər.Qırmızı rəng təzyiqi qaldırır, qan axışını isə sürətləndirir.Yalnış bir bilgi vardır ki, buğalar qırmızı rəngə hücum edir.əslində buğalar rəng korudurlar.Onlar qırmızıya deyildə, onlara tərəfə yellədilən tünd rənkli parçaya hücum edirlər.

Yaşıl-Bizə ən çox təsir edən orqanımız olan ürəyin bu rəngin yaydığı enerji sahəsində olduğu düşünülür.Təbiətin və baharın rəngidir.Güvən verən rəngdir.Bunun üçündə bankların logolarında hakim rəngdir.Yaşıl rəng yaradıcılığı ifadə edir, bunun üçündə bir çox restoranlarda bu rəngdən istifadə olunur.Xəstəxanalarda isə yaşıl rəngdən rahatlatmaq üçün istifadə olunur.Yaşıl rəngli sahədə insanların daha az mədə problemi olduğu müəyyən edilmişdir.
Ardı
Admin 2010-05-24 19:29:49 redakte edib
bloqçu
Düzünü desəm hər bir rəng haqqında da ayrı-ayrılıqda yazılar hazırlayıram. Samballı, dolğun bir hala salım, inşallah mən də yerləşdirərəm.
Əliyev
Qadınlar arasında aparılan araşdırmada zərif cinsin nümayəndələrinə orta səviyyədə cazibədar olan kişilərin şəkilləri göstərilib. Kişilər şəkillərdə müxtəlif rəngli köynəklərdə və fərqli rəngli fonlarda olublar. Qadınların böyük əksəriyyəti bu zaman qırmızı geyinən, qırmızı fonda olan kişilərə üstünlük veriblər. Onların fikrincə qırmızı insanı daha cəlbedici və arzuedilən göstərir.
telebe

Kişilər qırmızı geyinməyə başlasın?
Ferbara
Baxır qırmızıya. İkinci şəkildəki qırmızı rəng pisdi. Mənim amma çəhrayı köynək xoşuma gəlir. Kişilərə, əsas da cavan oğlanlara çox yaraşır.