Qırmızı rəng.

“Qoy güclü yaşasın!” –Bu, qırmızı rəngin şüarıdır.

Qırmızı aqressiv rəng hesab edilir. Qırmızı rəng orqanizmdə adrenalini qaldırır; bədənin hərarətinə təsir edir (yüksəldir); əzələləri elastikləşdirir, oynaqları isə hərəkətə gətirir. Bu rəng seksual əlaqələri də yönləndirir, bu sahədə çox güclü təsirə malikdir. Müsbət olaraq ehtirasa, mənfi olaraq isə hədsiz pozğunluğa işarədir.

Qan, hirs, ocaq, hiss, müharibə, ölüm, hədə, ehtiras, uğur, güc və sağlamlığın rəmzi sayılır. Maraqlıdır bu xüsusiyyətləri bir yerdə necə toplamaq olar?! Kimyadan, psixologiyadan başqa, bəlkə də rəng çalarlarının və hər bir ölkənin inamının, əfsaənələrinin nəticəsi olsa gərək - hər yerin özünəməxsus inam, əfsanə və rəmzləri var deyə belə fərqli və bəzən də bir-birinə əks xüsusiyyətlər meydana çıxır.Məsələn, Yunan əfsanələrində qəddarlıq baxışından qırmızı rəng müharibə allahı”nın rəngi sayılırdı. Qədim Vavilonda isə ölüm allahının.

Misirdə qırmızı şanagüllə (göldə bitir) qan rəmzi və hərbçilərin rəngi sayılırdı. Qırmızı həm də sevgi rəmzi də sayılır.

QİRR

Afrikada qırmızı rənglə ancaq, çarlar, padşahlar, başçılar geyinə bilərdilər. Ancaq onlar ölüm hökmü verə bilərdilər.

Qədim xristian incəsənətində də qırmızı rəng ilahi sevgi və mərhəmətin rəmzi hesab olunurdu. Bir tərəfdən də xristianlıqda qırmızı rəng bəzən inam yolunda zülm çəkmişləri də xatırladır. Xristianlıqda al-qırmızı isə füsunkarlığın və eyni zamanda da qan axıtmanın  simvolu sayılırdı. Qədim tayfalarda ölən şəxsin cəsədini qırmızı rənglə boyayırdılar – bu isə ölümdən sonrakı aktivliyə işarə idi.

Qırmızı utancaqlıq mənasını da verir. Ədəbsiz yuvalar yerləşən küçələr bir çox yerlərdə “qırmızı fənərlə küçəsi” də adlandırılır.

Avropalı və amerikanlar üçün qırmızı rəng təhlükə mənasını verir; işıqforda qadağa siqnalını bildirir və eləcə də məşhur “qırmızı kart”.
Çində bu rəng sevinc və bayram rəngidir. Yaponiyada isə hirs, əsəb. Orta Şərqdə isə, zülm və qüsur rəngi kimi tanınır.

Olimpia bayrağındakı qırmızı rəng isə Amerikanın rəmzidir.

Belə çıxır ki, Çindən başqa heç bir yerdə qırmızı sevinc, uğur rəmzi hesab edilmir. Orda gəlin xanımlar qırmızı geyinirlər. Bundan əlavə orda yeni doğulmuş körpələi də qırmızı yumurtalarla qarşılayırlar. Əksinə təhlükə, aqressiya kimi tanınır.

reng

O həm də istilik hissi yaradır. Hətta, qırmızı fincanda soyuq kofe olsa belə insan elə zənn edir ki, kofe istidir. Qırmızı diqqət çəkən bir rəngdir. O başqa rənglərdən fərqli olaraq, daha da gözə batandır. Onun əsəb sistemində möhkəm təsür gücü malik olduğundandır ki, o imkan yaradır ki, insan qərarsız və yorulmayan birinə çevrilir. Kazino sahiblərinin izləmələrinə əsasən onlar fikir veriblər ki, qırmızı rəngdə insanlar daha çox və riskli oynayırlar və buna görə də onlar da böyük məbləğlər oynanılan yerlərdə qırmızı rəngdən istifadə edirlər.

Evdə, iş otaqlarında isə qırmızı rəng məsləhət görülmür. Belə ki, fen-şui sistemində qırmızı rəng yuxu gətici rəng hesab edildiyi üçün ondan evdə yalnız ya uşaq otağında ya da dəhlizdə (az istifadə olunan) istifadə olunmağı məsləhətdir.

Bir teoriya da var ki, guya qırmızı rəng tüpürcək vəzilərini də aktiv edir, hansı ki, aclıq hissi yaradır, gözləri də doydurmur, hansı ki, bizi çox yeməyə məcbur edir. Elə bu səbəbdəndir ki, bir çox restoranların, kafelərin dizaynında qırmızı rəng üstünlük təşkil edir.

Bu rəng hər şeydə aktiv olmağa məcbur edir, başlanmış işin davamı üçün həvəsləndirir və güc verir; özündə qələbəni daşıyır.

Qırmızı özündə qüdrəti təcəssüm etdirir. O hər zaman istədiyinə nail olur (təbii ki, bu rəng çalarlarından asılıdır). O hər zaman hərəkətdədir, həmişə enerjinin mənbəyidir. Qırmızı rəng birinci olmağı sevir, amma, həmişə birinci ola bilmir- bu isə dağıdıcı xüsusiyyətlərindən irəli gəlir.

Oxşar məqalələr

 

0 şərh