Nişan üzüyü.

İllərin üstünə illər qalanır. Bu illər qalandıqca düşünürsən ki, geridə nə qədər gün buraxmısan, hərçənd ki, hər gün qalanıb, külə dönüb gedir, amma, izləri mütləq qalır. Xatirələr izn vermir ki, həyəcanla, maraqla keçmiş anlarımz undula. Nə yaxşı ki!

Ömür turunda çox işlərə imza atırıq. Belə imzalardan biri də insanları bir könüldən digərinə bağlayan yollardır və bu yolda pillə-pillə dayanacaqlar var. Belə dayanacaqlardan biri də nişan törənidir.
Biri digərini sevir, elçisini göndərir, “hə”-ni alır və sionra da haydi nişan, haydi toy! Söz ki, nişan mərasimindən düşdü, burda mütləq ki, söhbət üzükdən gedəcək. Elə mövzum da “nişan üzüyü” barəsindədir.

Üzük qədim zamanlardan indiyənədək nigah bağlamanın rəmzi hesab olunub (olunmaqda da davam edir). Bə nə üçün üzük? Niyə qolbaq və ya boyunbağı deyil də, məhz üzük? Bunu kim icad etdi? Bu hardan əmələ gəldi?

Bildiyimiz kimi üzük dairəvi haldadır. Buna görə də nigah bağlamanın rəmzi məhz üzük sayılır, çünki, üzük halqa şəklindədir. Bu dairənin başlanğıc və bitmə nöqtəsi olmadığı üçün zənn edilirdi ki, bu, sonsuzluğa işarədir və heç bir tərəfdən açıq yeri olmayan, qapalı dairəvi üzük əbədi sevginin və sədaqətin rəmzi hesab olunur.

Nigah kəsən şəxslər kimi danışmış olsam :) da yenə də qeyd edim ki, nişan üzüyü iki sevən şəxsin hər zaman bərabər olacağına, bir-birinə sevgi və hörmətlə yanaşacağına, kədərdə və qəmdə ayrılmayacağına belə zaminlik edir. Ancaq, şəxsən mənim düşüncəm belədir ki, fikir versək ki, nə qədər çox ailələr dağılır, boşanmaların sayı arta-arta gedir – bu zaman demək olar ki, nişan üzüyü artıq öz rəmziliyini itirib. Hər-halda hər bir ilə quran şəxs ayrılacağını düşünmür, bu səbəbdən də onlar izdivac bağlayarkən sevgi, sədaqət və bağlılıq rəmzi olaraq bu üzükləri taxmış olurlar.

Üzük nişan üzüyü kimi ilk dəfə qədim misirlilər tərəfdindən ərsəyə gətirilib. Məhz onlardır ki, qızıldan üzük düzəldib, bir-birlərinin barmaqlarına taxardılar. Belə ki, Miladdan 2800 il əvvəl misir əhalisi yuxarıda da qeyd elədiyim kimi yumru formada olan cisimlərin başlanğıc və son nöqtərələinin olmamasını nəzərə alaraq, inanırdılar ki, onlar sonsuzluğu təmsil edirlər. Biz nişan üzüyünü sol əlimizin sondan ikinci barmağımıza keçiririk. Bu adət də bizə məhz qədim misirlilərdən gəlib çatmışdır.

dsc_5070

O vaxtlarda misirlilər inanırdılar ki, əgər bu üzük sol əlin sondan ikinci barmağına taxılırsa, bu zaman bir-birlərinin qəlbində sevgini ömür boyu saxlaya bilərlər. Bu da ondan irəli gəlirdi ki, guya həmin barmaqdan vena keçir, hansı ki, bu, birbaşa ürəyə aparır.  Yəni guya ürəyə gedən ana damar məhaz bu barmaqdan başlayırmış. Təbii ki, indi texnika irəliləyib, müxtəlif növ tibbi avadanlıqlar var ki, indi insan anatomiyasını, orqanizminin hər hissəciyini ən xırda nöqtəsinəcən dəqiqliyi ilə öyrənməyə imkan yaradır və bu da qədim zamanlarda insanların həmin düşüncəsini indi darmadağın edir. Belə ki, o fikir yalnış sayılır. Hər halda yalnış da olsa, artıq bu bir ənənəyə çevrilib.
Amma, Rusiya və Avropa ölkələrində nişan üzüyünü sağ əlin adsız barmağına taxırlarmış. Əsas odur ki, sevgi təmiz olsun, bu zaman barmağın heç bir fərqi olmaz.

Bir çox inanclara görə nişan üzüyü taxılan barmaq əzəmətli, ecazkar barmaq hesab olunurdu və guya bu əzəməti barmağa məhz həmin üzük verirmiş.

Nəinki misirlilər, eləcə də, qədim yunan və romalılar da bu inanclara inanırdılar.Onlar, bu barmağı yanıqların, yaraların üstünə üstünə tutardılar; məhz bu barmaqla müalicəvi mazlar sürtərdlər. Onlar inanırdılar ki, illərlə nişan üzüyü taxılan bu barmaq azar-bezarı aradan götürür və müalicə edir.

Bizdə də belə bir inanc var ki, nişan üzüyünü gözdə çıxan itdirsəyinə sürtsək, o, tez bir zamanda yox olar. İspaniyada da bu günkü gündə də bəzi göz xəstəliklərini o suyla müalicə edirlər ki, hansı ki, nişan üzüyü ilə cövhərlənib.

Belə bir fikir də var ki, başqa metallar kimi, qızıl da özündə sahibi haqqında məlumatları saxlayır, xüsusən də əgər o üzük dəyərli qaşlarla bəzənibə Buna görə də nişan üzüyü ilə fala da baxdıranlar var. Amma, o halda ki, üzüyün sahibi nigahda xoşbəxtdirsə.
Fal demişkən, nişan üzüyündən istifadə edərək, Novruz bayramında bizim qızlar da fala baxırlar))). İndi yeniyetmə qızların bir-iki sirrini açıb tökürəm:

Xoşbəxt bir insanın üzüyü götürülür, üzüyə falına baxılan qızın saçının tükü bağlanılır və üzük içi təmiz su ilə doldurulmuş suya 3 dəfə salınıb, çıxarılır və sonra da dayanıb üzükdən düşən damcıları sayırsan; başqa bir halda da tük bağlanmış və stəkana sallanmış üzük stəkanın divarına neçə dəyərsə, deməli qız həmin yaşında ərə gedəcəkmiş.

Mən öz növbəmdə sizə barmağınıza taxdığınız üzüyün həqiqətən də ürəkdən taxılmasını diləyirəm. Sevginiz bu dairə kimi olsun – sonu olmayan! Xoşbəxt olun!

P.S. Bizdə də nişan üzükləri sadə, incə olsaydı əla olardı, elə deyilmi? Yoxsa bizdəki nişan üzükləri yekələ-yekələ gedir.

0 şərh