Mənfəət qurbanları.

«Animal Planet». Bu kanaldakı maraq dolu verlişləri izləməyə dəyər. Canlı aləm, heyvanların dünyası obyektivlərdə o qədər dəqiq, təmiz əks olunub ki, insan bəzən gözünü çəkə bilmir.  Amma bəzən gördüyün haqsızlıqlar da insanın canını yandırır. Düşünürsən ki, biz insanlar öz mənfəətimiz uğurunda çox səhv işlər görür, çox qanlar axıdırıq. Bəlkə də bu təbiətin qanunlarından biridir, belə ki, heyvanlar da, insanlar da- hər kəs nə tapırsa, onunla qidalanır, bunun sayəsində yaşayır. Amma düşünəndə görürsən ki, biz insanlar lap ağını çıxardırıq. Heyvanlardan hər sahədə istifadə edib, pul qazanır və bununla da haqsızlığa yol açırıq.

heyvanlar bizim dostumuzdur

Uşaq vaxtı sirkə getməyi çox sevirdim, indi də baxanda maraqlıdır. Amma bəzən içimdə bir hiss baş qaldırır: onlar orda tullanıb, düşsünlər deyə əhliləşdirirlər, bunun üçünsə onları ac saxlayırlar; bunun nəyinə maraq bəsləyirsən?!
Sirklər bir yana, bəs zoopark?! Yəqin ki, bizim zooparkda olmusunuz; bərbad haldadır, bəzi qəfəslərin yanından keçmək mümkün deyil, elə iy gəlir ki; heyvana baxırsan- ayaq üstə canı çıxır, bap-balaca qəfəsin içində saatlarla o yana bu yana dolanır və hər gün küçən gün kimi təkrar olunur. Bizlər də bunlara seyr edirik, “nə yaxşı, zooparka gəlmişik” — park ki, nə park — həbsxana! Bu da bir pul qazanma sistemi.

Hayıf deyilmi, qoruqlar?! Buraxaq heyvanları təbiətin qoynunda yaşasınlar, axı, onların evi 4 tərəfi «setkaya» alınmış balaca bir qəfəs deyil, ora onlar üçün türmədir. Onların yuvası təbiətdir, meşədir, dağdır, dərədir, havadır-hava! 

Əslində mən heyvanlara göstərilən zülmlər haqqında çox danışardım, amma indi istəyirəm atlardan söz açım.
Mən atları çox sevirəm və onların çəkdiyi acı məni yandırır. Başa düşə bilmirəm, biz insanlar niyə bu qədər azmışıq, biz insanlar maraqlarımız, kaprizlərimiz, mənfəətimiz uğruna necə də bu canlıların canlarına düşmən kəsilirik?! Adı da odur ki, guya, biz onları çox sevirik.

at muraddır

Yəqin bilirsiniz ki, atın cilovunu, yəni istifadəsini əlimizdə saxlamaq üçün, onun ağzına yüyən taxılır ki,biz o yüyənin ipini çəkəndə,ona “dur” dediyimiz zaman dursun. Bəs, heç düşünürükmü ki, yüyəni çəkəndə at nə üçün dayanır. 2 il bundan öncə bir sənədli filmdə izlədiyim görüntülər (filmin anonsundan parça) elə bil ki, gözümü açmışdı.

Professionalca, dəqiq tərzdə bilməsəm də, başa düşdüyüm kimi yazacam. O yüyəni atın ağzına keçirtmək üçün atın bəzi dişlərini çıxarırlar. Bundan sonra yüyən taxılır atın ağzına və biz hər dəfə yüyəni dartdıqda atına ağzında (dəqiq bilmirəm hansı hisəsində) dözülməz bir acı baş verir və at məcbur olub dayanır. Dayanır ki, acı dinsin. Amma hara...hər dəfəsində bu təkrar olunur. Qalanını özünüz düşünün.

Onlar yüyənin ağızlarında çəkdirdiyi ağrıdan əlavə məhz bu yüyənə görə başlarını da qabağa və arxaya doğru kəskin hərəkət etdirirlər və bu onların boyunlarına da ziyan vurur. Beləliklə, bu, zamanla atın orqanizmini tam çökdürür. Bununla da onlar həyata daha tez vida edirlər. Halbuki, daha çox yaşaya bilərlər. Bioloji, tibbi tərəfini tam açıq şəkildə, dəqiq yaza bilmədiyim üçün xahiş edirəm üzürlü sayın. Amma məncə sizə də hər şey aydındır.

 

atlara əzab verməyin,onlar dostumuzdur!

At yarışlarına da nifrət edirəm. Biz deyirik ki, heyvanları sevirik, amma vallah, sevgi bu deyil. Onları yarışlarda istifadə etmək üçün bəsləmək sevgi deyil. Biz qalib olduğumuz zaman, ata müraciətlə “ey, dostum, biz qalibik, uraa!” dediyimiz, atı tərfilədiyimiz zaman, qalibiyyət sevincindən dolayı, atın saçlarına bir sığal çəkdiyimiz zaman, atın içi qan ağlayır. Bəlkə də dili olsaydı, “utanın insafsızlar” deyərdi, bizi lənətləyərdi də. Yarışlar zamanı o atları elə bəzəyirik ki, elə bil…. bəs, onlara çəkdirilən acı vicdanları sızlatmırmı??? Yəqin ki, yox! 
Atlardan beləcə istifadə edib, pul qazanırıq və zamanla da çəkdikləri iztirablara görə atların canını azar bürüyür və bir gün ölüb gedirlər. Onları elə harda gəldi də basdırırıq. TV-də izləmişdim: at yarışı keçirilən cıdır düzündən bir az aralıda, arxa tərəfində yerləşən bir sahədə yekə maşınla kran vasitəsilə torpaqdan ölmüş bir at çıxardırdılar. Çox xoşagəlməz bir görüntü idi və bunun kimi neçə-neçə atlar var, səssiz-soraqsız ölüb-gedən.

Əslində, bizim vicdanımızdır ölən, vicdanımız!!!

at muraddır


 

23 şərh

Leyla
Bir bloqda bu lətifəni görmüşdüm:
Gənc dəvə anasından soruşur:
-Ana, niyə bizim ayaqlarımız belə böyükdür?
Ana cavab verir:
-Səhrada quma batmasın deyə.
Gənc dəvə yenə soruşur:
-Yaxşı, kirpiklərimiz niyə bu qədər gurdur?
Anası cavab verir:
-Səhrada qum fırtınası zamanı gözümüzə qum dolmasın deyə.
Maraqlı gənc dəvə bir sual da verir:
-Bizim niyə hörgüclərimiz var?
Ana dəvə bu suala da səbirlə cavab verir:
-Səhrada uzun müddət qida qəbul etmədən yaşaya bilmək üçün. Qidaları hörgüclərimizdə ehtiyat olaraq saxlayırıq.
Nəhayət, dözə bilməyən gənc dəvə soruşur:
-Ana,bəs bizim bu zooparkda nə işimiz var???
Nailə_Rzayeva
Düzü atlar haqqında bu yazılanları heç bilmirdi, çox pis oldum.
girl_moon

Atlar haqqında oxuyanda təsirlənməmək mümkün deyildi, atları çox sevirəm, at sürməkdən isə həmişə xüsusi zövq almışam, yadımdadı mənə deyəndə ki, at  sürməyi bacarmazsan, ayaqlarının ağrısından yata bilməyəcəksən ,mən bunu o qədər həvəslə öyrənmişdim ki,  ayaqlarımın ağrıdığını heç vaxt xatırlamıram. Amma yazdıqlarınızla razılaşmaya bilmərəm, çünki özüm atın nallanmasına baxa bilməmişdim.


Təşəkkürlər.

tenqo

Atlar barədə yazılan fakt məmimçün yenilik oldu. Ola bilər ki, atı əhliləşdirərkən ilkin vaxtlarda ağrı hiss etsin, amma uzun müddətdən sonra alışqanlıq yaranacaq atda və ağrı olmayacaq. Məncə, bu ağrı məsəsləsi araşdırılmalıdı. Əhliləşmiş atı yüyənsiz də idarə etmək olar, sadəcə səslərlə. Atı yüyənsiz az sürməmişəm, ona görə də dəqiq bilirəm bunu.


Nalvurma prosesini isə dəfələrlə görmüşəm. Nalbənd xam olanda atı çox incidir. Ustalar isə nalı elə gözəl vururlar ki, atın heç ruhu da incimir. Atın dırnağı qalındı və nalsız olanda kələ-kötürlü olur. Nal vurmazdan əvvəl hamarlayır nalbənd onu, amma müəyyən yerə qədər, çünki çox hamarlasa dırnağı da keçib gedə bilər. Sonra da nalı vuranda mıxları elə nöqtələrə vurmaq lazımdır ki, dırnağın içindən keçib elə dırnaqdan da kənara çıxsın. Əyri vurulsa, mıx gedib ətə girəcək. Bax buna baxmaq ürəkağrısıdır.

bloqçu
Mən atlar haqqında bu dediklərimi 2 il bundan qabaq bir rus kanalında sırf atlara həsr olunmuş sənədli filmdə izlədim. Çox təsirlənmişdim, amma, orda deyilməmişdi ki, onlar buna öyrəşirlər. Əksinə onlar bu acıyla da tez ölürlər -deyə bildirildi.  Əgər elə olsaydı o zaman onlar sahibinə bəlkə də itaət etməzdilər, yüyən onu incidir ki, o da dayanır və ya hərəkət edir.

Hər-halda düz deyirsiniz ki, bu araşdırılsa yaxşı olar və hər şey daha da aydın olar.

O ki qaldı nal məsələsinə, atın dırnaqları həssasdır və əgər atı yola vurursansa bu atın özü üçün gərəklidir, bu da biz insanların ixtirasıdır, amma, siz demişkən əgər nal düzgün vurlursa və bu sırf atın özünə görədirsə o zaman olsun.
tenqo

Əgər sənədlə filmdə o cür faktı izləmisinizsə, deməli düz hesab etmək olar. Mənimçün bu fakt yenilik idi. Razılaşıram ki, onda atı əhliləşdirmək üçün ilkin olaraq bu cür ağrılı metodlardan istifadə olunur, amma itaətə düşəndən sonra at yiyəsinə çox sadiq olur və heç nəsiz də tabe olur. Bəlkə də o ağrının acısı damağında qalıb deyə qorxur ki, itaət etməsə, yenə incidəcəklər. Zavallı atlar.


Mən bildiyimə görə atın dırnaqlarının korlanmaması üçün vururlar nalı. Çünki daşlı-kəsəkli yollar dırnaqları bərbad hala salır

bloqçu
Əslində rusların bəzi nümayəndələrinin rəylərinə fikir versək bu sənədli filmi hazırlayan Nevrozova inanmır və deyirlər ki, guya o bu işi piar üçün edir. Yəni o atlarla məşğul olduğundan özünü reklam edir. Amma, mən filmdə deyilənlərin hamısına inanır və haqq qazandırıram. Hər-halda düz iki ilə hazırlanan bu filmdə ata verilən zülmdən söhbət gedirdi. Tutaq ki, özünü reklam etsə də bu adam ki düz deyir.
youtube saytda A.Nevzorov, atlar yazın və nəticələrdə çıxan sənədli filmin fraqmentlərinə baxın.
tenqo
1-2 çarxa baxdım. Həqiqətən, adamın yazığı gəlir. Yüyəni çəkdikcə atın gözlərinin necə bərəldiyini görəndə pis olur adam
girl_moon
bloqçu, yaxşısı budur mən baxmayım ,çünki istirahətə getməyə hazırlaşıram, yoxsa at sürmək istəməyəcəm. Mən ona zülm etməyəcəm, yaxşıca qulluq edəcəm, həm də tez-tez çimizdirəcəm:)
tenqo
Çalışın yüyənsiz sürün
Mehri
Bu sənədli filmi məndə izləmişəm o qədər üzülmüşdüm o qədər ağlamşıdım ki,lap ürəyim parçalandı izləyəndə. İnsafsıdır bu insanlar axı onlarında canı var yəni düşünə bilmirlər ki, o atların canı yanır?
tenqo
Düşünə bilirlər, sadəcə yazıqları gəlmir
bloqçu
O qədər incinirlər ki, ayy, canlarım mənim… biz çox vicdansızıq.
zhalanajafova
Salam Şəbnəm, xahiş edirəm bu yazını 600 sözlük edəsən. Çünki 612 söz var. Müsabiqənin qaydalarına görə isə 600 söz olmalıdır. Bugün elə çünki son tarix bugün saat 23:00-dır

Uğurlar :)
Sualın olsa yazyay(at)gmail.com göndər :)

2ral
Mənim fikrimcə atları ən çox sevən millət yəhudilərdir:)Türkiyə baş nazirinin atdan yıxılması səhnəsi İsrail mediasının sevimli mövzualarındandır:


kissik
ayıb olsun sənə. utan gir yerə
kissik

sil bu videonu burdan, ay admin

bankir
Böyük ehtimalla Ərdoğanda bu zərbədən sonra cinsi problemlər yaranıb:-)
kissik
ayıb olsun sene. get agzuvu yaxalar. Ərdoğan kimi başnazirün olsun elə sənin. o varisi-yektadır
kissik
get agzuvu yaxalar. Ərdoğan kimi başnazirün olsun elə sənin. o varisi-yektadır
kissik
saytda texniki problemlər var
səlahəddin
Ərdoğan heç olmasa ata minir. İsraildəki siyasətçilərdən biri o ata minə bilsə danışar.Kişinin başına iş gələr.Bir müsəlmanın atdan düşməsinə sevinən yəhudilər və yəhudilərin dostları olar.
kissik
ay sağol. bizim gö*əgirənlərdidə onun bu cür vəziyyətini reklam edir. Kim bilir özlərini başına hər gecə nə iş gəlir.