Gil ilə terapiya və kosmetik gillər haqqında

Təxminən 2 il bundan öncə Piterdə olanda belə bir xəbər aldıq ki, gil terapiyası keçirilir. Bizə çox maraqlı idi. Həm də ki, pulsuzdur, niyə də getməyək?! Biz də qızlarla həmin gün durduq, getdik ora ki, görək bu nədir, nə edirlər. O terapiya keçirilən binaya daxil olduq və içəri girəndə gördük ki, hardasa 35-40 nəfər insan yığılıb və 3-4 nəfər də bu terapiyanı keçirən şəxslər. Bu insanlar arasında müxtəlif yaşda adamlara rast gəlmək olardı. Hətta, eləsi ər-arvad gəlmişdilər.

Gil terapiyasında mənim düzəltdiyim)))

Шаби-глина


Otaq boyunca kənarlarda stullar düzülmşüdü, belə ki, əvvəlcə, hamımız oturduq bu stullarda və bu işən baxan xanımlardan biri hər birimizə bir-bir müraciət edərək, tanış olmağı, özümüz barədə məlumat verməyi xahiş edirdi və tanış olma mərasimi keçəndən sonra, 2 qrupa ayrıldıq. Hər qrupun başında da bu işlə vəzifələnən məsul şəxs dayanmışdı. Maqnitafona da çox həzin, sakit bir musiqi qoyulmuşdu, hansı ki, dənizin, quşların səsi ilə müşaiət olunurdu. Belə ki, hamımız otururuq masalarda və sonra bir-bir keçirik stolun başına, gözümüz də bir parça ilə bağlanır ki, heç nəyi görməyək. Qabağımıza isə bir qabda gil və su qoyulub.
Bizdən tələb olunur ki, özümüzü boş buraxaq, heç nə düşünməyək, gözümüz bağlı halda gil ilə oynayaq. Ürəyimizdən, fikrimizdən nə keçirsə gil ilə onu da edək. Amma, biz gil ilə oynadığımız müddətdə xanım bizə sualar verir: nə hiss edirsən, nə düşünürsən, sən indi hardasan, nə görürsən və s.. Və biz də öz növbəmizdə ona hiss etdiklərimizi deyirik, bir tərəfdən də gildə nəsə edirik.

Sizə onu da deyim ki, bu terapiya zamanı, hətta, ağlayanlar da oldu. Həqiqətən də gil ilə oynadığın vaxt bu səni elə rahatladır, elə hala salır ki, elə bil ki sən bu dünyadan ayrılıb, hər şeyi unudub, tamamilə başqa bir yerə gedirsən, elə bil ki, yuxudasn və yuxu görürsən və çox rahatlayırsan. Eləsi qala düzəltdi, eləsi qəfəs, eləsi yol... Hər biri də keçirdiyi hissləri danışırdı və çox maraqlı idi.

Keçənlərdə “Svoy dom” adlı bir elan qəzetində kosmetik gil barəsində yazı oxudum, sözün düzü məhz elə bu yazı mənə o terapiyanı xatırlatdı, yoxsa, hardan yadıma düşərdi.

Gil və onun xeyri.

Gil, dəriyə qulluqda ən etibarlı müttəfiqdir. Onda balteriyalar yoxdur, o, toksinləri, qoxunu və qazları udur, zərərli bakteriyaları məhv edir və ən yaxşı təmizləyici xassələrə malikdir, bəzi elementlər əlavə edildikdə həm də qidalandırıcıdır.

Təbiətdə kosmetik gilin müxtəlif növləri mövcuddur. Onlar mineral tərkiblərindən asılı olan rəngləri iləfərqlənirlər.Gilin tərkibi isə onları yerləşdiyi yerdən asılıdır. Gil ağ, mavi, yaşıl, qırmızı, sarı və boz rəng ola bilər.Gilin hər bir növünün özünəməxsus spesifik xüsusiyyətləri var ki, bu da gili tibbi və kosmetoloji məqsədlərdə müxtəlif məqsədlər üçün istifadə etməyə imkan verir.Təbii kosmetik gili apteklərdən və ya kosmetika mağazalarından əldə etmək olar.

Kosmetik ağ gil.

Ağ gil həm də kaolin adlanır. Kaolinin faydaları hələ e.ə. IV əsrdə hippokrat tərəfindən qeyd olunmuşdur. Məlumdur ki, ağ gil bütün zamanlarda gözəllərin kosmetik maskalarının tərkibinə daxil olub. Kaolin silisium oksidi, sink və maqnezium ilə zəngindir, saçların tökülməsinin qarşısını alır, nazik və zəif saçları möhkəmləndirir, regenerasiya xüsusiyyətinə malikdir, əla antiseptikdir. Ağ gil nazik və süst dəri üçün uyğundur.

Ağ gildən mütəmadi istifadə dərinizi daha elastik və məxmər kimi edəcək. Üz dərisi yaxşılaşacaq və gümrahlaşacaq.
Gilin rəngi nə qədər tünddürsə, o, dərinin yağlılığı, sızanaq və cizvələrlə daha yaxşı mübarizə aparır. Amma, çəhrayı cizvələr zamanı gildən istifadə etmək məsləhət deyil.

Boz kosmetik gil

Boz gil dənizin dərin qatlarından çıxarılır. Nəmləndirici və tonizəedici effektə malikdir. Əksər hallarda çox quru dəri üçün istifadə olunur. O dəridə və bütün orqanizmdə dərin detoksikasiyaedici xassəyə malikdir.

Yaşıl kosmetik gil
Yaşıl gil tərkibindəki dəmir oksidə görə bu rəngə malikdir.  Karxanadan yığılan bu gil nəm tünd-yaşıl tərkibli olur. Bu gil kosmetikada geniş tətbiq sahəsi tapıb. O həm əsas maska, həm də maska tərkibi, bükülmə və kompreslərdə istifadə olunur. Tərkibindəki bol mikroelementlər dərinin hidrobalansını bərpa etməyə imkan verir, həmçinin əla absorbsiya (sorulma) xüsusiyyətinə malikdir. Yaşıl gil dərini yumşaldır və təmizləyir. Qıcıqlanmanı aradan qaldırır, quruducu effektə malikdir.

Yaşıl gil kapilyarların qan dövranını yaxşılaşdırır, dərini dartıb hamarlayır. Bu gildən maskalar dəridəki məsamələri əla təmizləyir, yağlı parıltını aradan qaldırır. Ev şəraitində yaşıl gili başqa növ gil ilə qarışdırıb işlətmək olar.

Qırmızı kosmetik gil
Bu gil tərkibindəki dəmir və mis oksidi birləşməsinə görə bu rəngə malikdir.Qırmızı gil həssas, alergiyalara meylli və tz reksiya verən dəri üçündür; qızarmağa meylli olan dəridə daha yararlıdır.

Sarı kosmetik gil
Sarı gilin tərkibində böyük miqdarda kalium və dəmir var. O dərini oksigenlə təchiz edir. Müxtəlif iltihabi proseslər zamanı toksinlərin kənarlaşdırılması üçün istifadə olunur.  Canlandırıcı effektə malikdir. Bu gil ən çox yağlı, qarışıq (quru-yağlı), solğun, qocalmaqda olandəri üçün daha uyğundur. Üz dərisinin rəngini yaxşılaşdırır.

Qara kosmetik gil
Qara gilin tərkibində stronsium, kvars, dəmir, mqnezium və kalsium var. O üz dərisini çox yaxşı təmizləyir. Bu gil növü zərərli toksinləri və dəri çirklənməsini özünə yaşı çəkir.Üzdəki məsamələrin yığılmasına (büzülməsinə) təsir göstərir. Normal, yağlı və qarışıq üz dərisi üçün yararlıdır.

Mavi kosmetik gil
Mavi gil iltihabəleyhi xüsusiyyətə malikdir, onun tərkibinə bizə gərək olan mineral duzlar və mikroelementlər daxildir. Adətən mavi gildən yağlı üz dərisi olan xanımlar istifadə edirlər. O sızanaq və cizvələrin əmələ gəlməsinin qarşısını alır, dəridəki yaraların sağalmasını effektiv sürətləndirir. Bu gil üz dərisinin təmizlənməsində, rənginin yaxşılaşdırılmasında kmək edir. Mavi gildən adətən mimikadan yaranmış qırışların hamarlanmasında istifadə  olunur. Dərini cavanlaşdırır, onu elastik və möhkəm edir. Mavi gil həm də çil və piqment ləkələrinin rəngini açır.

Mütəmadi  istifadə problemli dərisi onlara əla kömək edir. O dərini dezinfeksiya edir, onu hamarlandırır, sızanaqlardan təmizləyir. Bu gil dəri hüceyrələrində maddələr mübadiləsi prosesini və qan dövranını aktivləşdirir.

Bundan başqa xalq təbabətində mavi gildən keçəlləşmədə xüsusilə effektiv vasitə kimi istifadə olunur.

Oxşar məqalələr

 

3 şərh

mr13
«O, yaratdığı hər şeyi gözəl yaratmışdır və insanın yaradılışına palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif, dəyərsiz sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz Ruhundan üfürdü (həyat verdi). Sizin üçün göz, qulaq və ürək verdi, halbuki, çox az şükr edirsiniz!» («Səcdə» surəsi, ayə 7-9)

«Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasanız deyə (yaşadan) Odur. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə (ALLAHın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir» («Ğafir» surəsi, ayə 67).


Bəzi təfsirlərə, incilə və tövrata görə tanrı insanı gildən yaradıb.


P.S. Bir də gilin bu qədər rəngdə olduğunu heç bilmirdim.

Dior
Şəbi birinci şəkil sənin əl işindi? İndi o nədi,heykəldi,yoxsa üz üçün maska?)))
bloqçu
Həə o şəkildəki mənəm, başımı kəsib atmışam)))
Sənət əsərim isə nə heykəldi, nə də maska… Günəşimdi günəşim..)))