Artıq "uje" demirəm!
Savadsızlıq baş alıb gedir. Buna sübut lazım deyil, elə, küçələr, divarlar, pəncərələr bundan bar-bar bağırır. Maariflənmə mütləqdir, mütləq. Yoxsa dilimizin aqibəti necə olacaq bilmirəm. Özü də çoxlarımız buna öyrəşirik, çoxlarımızı qınamalı deyil, çünki, evdə belə eşidirik və belə də danışırıq, bu da ondan irəli gəlir ki, Azərbaycan Sovetin tərkibində olub və bu da insanlara dil baxımından az təsir etməyib. Bunun nəticəsini də müxtəlif qüsurlara məruz qalaraq dilimiz çəkir. Amma, bunu düzəltmək, dilimizdə olan bu xəstəliyi sağaltmaq bizim əlimizdədir. Lakin, çoxlarımız üçün təəssüf bu önəm daşımır və bu xəstə dil zamanla axı ölə də bilər. Dilimizdə rus sözlərini çox işlədirik, özü də gülməlidirmi deyim, ağlamalıdırmı, bilmirəm — çoxunu da səhv işlədirik, bərbad! Bəlkə çalışaq ki, öz sözlərimizdən istifadə edək, bizdə «uje» əvəzinə «artıq» sözü vərdişə çevrilsin və bunun kimi başqa sözlər də.
Ay başına dönüm, taxta sexi, şüşə sexi əvəzinə bir Azərbaycan sözü tapmaq çox çətindir?! Bilirəm ki, “цех” sözü Azərbaycan dilinin orfoqrafiq lüğətində də sex kimi çevrilir. Amma, bu heç xoşuma gəlmir, bunun davasını da edə bilmərəm… Allah bilir xaricilər bu sözləri oxuduqca nə düşünürlər? Ziddiyyətli fikirlərə sahib biri kimi onu da deyə bilərəm ki, bir tərəfdən də “kimin dilində bu söz nə məna verir versin, onun bizə nə dəxli var ki, elə deyilmi? Ona görə də özümdə bu haqda bir söz demək haqqı görmürəm, nə qədər xoşlamasam da.
“Aftamoyka”, “pıraşka satılır”, “nasqı satılır” ...- vallah bunlara gülmürəm, yazığım gəlir. Hər tin, bucaq belə sözlərlə doludur. Daha çox da səhv-sühv yazılmış rus sözləri və s… Dövlət bunları görmür, niyə səliqə-sahman üçün müxtəlif qadağalar qoyulmur? Tutaq ki, bu sahibin savadı yoxdur, onda elə belə də qalsın? Niyə o kağızı ordan cırıb, o taxtanı ordan qoparıb düz-əməlli elan vurulmur. Ümumiyyətlə, bu işlərə kim baxır?
Bəzən düşünürəm ki, belə boş-boş danışmaqdansa harda kağızda belə yazılmış elanlar görsəm, onun əvəzinə doğrusunu düzəldəcəm və əvəz edəcəm. Bilmirəm məni öldürəcəklər, söyəcəklər və ya qovacaqlar, amma, cəhd eləmək lazımdır. Elə deyə-deyə də qalmışam.
Mən bu hala yanıram, savadsızlıq daha haraya kimi? Tutaq ki, insanlar savadsızdır, oxumayıblar, bilmirlər, nə edək, bəzilərini qınamalı deyil. Əsas bu işə baxanlar bir əncam çəksinlər, bir yerdə dayanmasınlar. Hərçənd ki, yuxarıdakı şəkillərdə bir aksiya bəhrəsidir, amma, daha da işləmək lazımdır...
Çöldən, bayırdan, cəmiyyətdən əlavə virtual aləmdə də öz dilimidə yazmağa, öz dilimizin qaydalarına əməl etməyə təmbəlliklə yanaşırıq. Halbuki, nə gözəl və heç kimə xas olmayan hərflərimiz var. İnternet aləmində dolaşanlar ola bilsin ki, xəbərdarlar olarlar ki, biz (bəzi bloqçular) keçən illərdə «Düzgün yaz» deyə bir aksiya keçirtdik. O aksiyaya qoşulanlar yad hərflərdən istifadə etmir və aksiyanın şərtlərinə görə də bloqa yad hərflərlə yazılan şərhlər silinirdi. Bu səbəbdən dolayı o qədər şərh silmişəm. Amma, o qədər bloqçular var idi ki, klaviaturda xarici hərflərə öyrəşdiklərindən onlar üçün birdən-birə bizim hərflərlə yazmaq çətin idi və lakin sevindirici hal o oldu ki, onlar da zamanla buna öyrəşib öz hərflərimizlə yazdılar. Təəssüf ki, həmin o aksiya iştirakçısı olan bloqçular indi hərəsi bir yerə dağılışıb, yoxsa bu aksiyanı davam etdirəcək və genişləndirəcəkdik.
Əgər kiminsə kompüterində Azərbaycan dili qoşulmayıbsa, necə etməli? Bu çox sadədir:
İlk öncə Start-a basın və orda Settings/Control Panel. Control Panel-də Regional and Language Options-a iki dəfə tıkla pəncərə açılacaq. Orda Languages bölməsini açın və Details düyməsini basın. Bundan sonra yeni bir pəncərə açılacaq və orda Add düyməsini basın və dillər sırasından Azərbaycan dilini tapıb, əlavə edin. Sonra Apply düyməsini basın ki, dəyişiklik kompyuterinizdə saxlanılsın.
Bundan əlavə bir proqram da var, hansı ki, bu proqramda istədiyiniz hərfi (işarəni) sizə çətin olan yerdən götürüb, rahat olanla əvəz edərək, onun yerinə qoya bilərsiniz.
Məsələn, mən, azərbaycan hərfləri ilə yazıram və tez-tez @- bu işarədən istifadə edirəm. Bunun üçün də mən gərək dili hər o işarə lazım olanda ingilis dilinə çevirəm. Amma, bu proqram vasitəsilə onun yerini dəyişib № işarəsi ilə əvəz etdim və rahatca işləyirəm.
Eləcə də"ə" hərfini«j» hərfinin yeri ilə əvəz etmək olar. Yənin "ə" nin yerində «j» olsa daha rahatdır. Çünki, dilimizdə j hərfindən çox ə hərfi işlənir.
AzeriKeyboard proqramı ilə bunu asanlıqla edə bilərsiniz, burdan yükləyin:
http://www.unicode.az/az/azkeyboard_nt.htm
Əzizlərim «bu dil şirinlikdə şərbət kimidir»; gəlin bəhanələr gətirməyək, gəlin öz dilimizdə yazıb, öz dilimizdə danışaq!
P.S. Son dediyim proqram haqda digər bloqlarımda da qeyd aparmışdım, belə ki, məni təkrarda günahlandıra bilərsiniz. Sadəcə bu proqram faydalı olduğu üçün burda da qeyd etmək istədim.
69 şərh
...Vətən, Vətən, Vətən; dil, dil, dil; millət, millət, millət!
Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyala cumuram, özümdən soruşuram ki:
— Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
— Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.
— Dilim nə dilidir?
— Azərbaycan dilidir.
-Yəni vətənim haradır?
— Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan viayətidir...
C. Məmmədquluzadə -«Azərbaycan» məqaləsi.
Çox təəssüflə dediklərinizə qatılıram.
Mənə dizayn sahəsində işləyən əziz biri danışır ki, onlara sifariş üçün hər cür insanlar gəlir. Onların içində xaricilər -amerikanlar, ingiləslər də var. Hansı ki, onlar Azərbaycan dilində danışır və öz sifarişlərini də Azərbaycan dilində deyirlər. Deyir ki, çox maraqlı bir aksent alınır, amma, qulağa o qədər xoş gəlir ki… O qədər təmiz, dəqiq danışmağa çalışırlar. Bunları eşidəndə həm sevinir, həm də üzülürəm. Xarici gəlib mənim elimdə mənim dilimdə danışır, özümüzünkü isə öz elimdə öz obamda yad dildə danışır. Dil bilmək pis deyil, hətta, çox yaxşıdır, amma, öz dilini də qiymətləndirməlisən.
Mənim ən yaralı yerlərimdən biri. Mövzuda qeyd olunan məqam rus sözlərindən istifadə etməyimizdir və bu, dəhşətli bir şeydir, dilimiz məhv olur getdikcə. Amma elə öz dilimizdə istifadə olunan sözlər də səhv yazılır çox vaxt. Tam əminliklə deyə bilərəm ki, əhalimizin əksər hissəsi ana dilimizdəki sözlərin bir hissəsinin düzgün yazılışını bilmir. Orfoqrafik səhvlər hər yeri bürüyüb.. Nəinki şəkilləri yuxarıda qeyd olunmuş məqamlarda yazılır həmin səhvlər, həm də mediada, hüquqi sənədlərdə və digər yerlədə də çox rast gəlmək olar. Biabırçılıqdı!
Mövzudan kənarlaşdığıma görə üzr istəyirəm, amma ürəyim dözmədi və yazmaya bilmədim. Hesab edirəm toxunduğum məqam sizlər üçündə vacibdi və qəbahət kimi qəbul etməzsiniz. Başqa bir mövzu da yoxdu bununla bağlı ki, ürəyimi boşaldam. Məncə, əlaqəlidi həm də. Axı sözün istənilən formada səhv yazılışı qəbahətdi
İstərdim bir məqamı qeyd edəm ki, «məktəb» və «məişət» başlıqlı şəkillərin özündə səhvlər var. «məktəb»-də tabaşir sözü səhv olaraq təbaşir yazılıb. Digər şəkildə isə «onsuz da» yerinə səhvən «onsuzda» yazılıb. Əgər maarifləndirmə məqsədi güdürsə həmin şəkil, onda şəkil müəllifi düzəlişləri etsin mütləq.
Bir çox savadlılarımız, intellektlilərimiz da orfoqrafik səhvlərə yol verir. Savadlı deyəndə filoloqları nəzərdə tutmuram, çünki filoloq o cür səhv edirsə, deməli savadsızdı. Digər sahələrdə təhsil alanlarımızın içərisində öz sahələri, ixtisasları üzrə savadlı olub, lakin dilimizdəki sözlərin düzgün yazılışını bilməyənlər az deyil.
Mən hər kəsdən dilimizin qrammatikasını əzbər bilməyi gözləmirəm, bir çox qrammatik səhvləri keçnək olar. Axı hər kəs filoloq deyil. Amma heç olmasa sözlərimizin düzgün yazılışını bilək. Bu çox vacib amildi. Görəsən, əhalimizin neçə faizi alğı-satqı sözünün yazılışını səhvən alqı-satqı kimi bilir?
Həə, heç o «onsuz da» sözünə fikir verməmişdim. Belədir dəə, hər işdə mütləq bir səhv buraxmalıyıq. Amma, əslində belə işlərə imza atılırsa bunu dəqiqliyi ilə etmək lazımdır. Əgər nədənsə əmin deyilsənsə yoxlamaq lazımdır, çünki, bunu cməyyət qarşısına qoyuruq.
Mən özüm də yazılarıma fikir verəndə görürəm ki, bəzən çox səhvlər burxıram. Amma, bu daha çox diqqətsizliyimdən irəli gəlir, hansı ki, buna görə özümü çox qınayıram. Hər-halda çalışıram ki, sözlərdən düzgün istifadə edəm.
Əvvəllər mənim danışığım beləydi. Misal üçün: Davay zavtra gedək gəzməyə… və s. Bir cümlədə sözün yarısını rusca, yarısını azəricə deyirdim. Özü də ki, mən nə rus bölməsində oxumuşam, nə də ki, rusam. Amma, insan ünsiyyətdə olduqca buna öyrəşir. Sonralar isə özümü düzəltməyə başladım. Ya o dildə danış, ya bu dildə. Daha doğrusu öz dilində. İndi də nitqimdə bəzən səhvlər buraxıram, amma, çalışıram, çalışıram ki, buna yol verməyim. Elə yazının adını da özümdən götürdüm: Artıq «uje» demirəm.
Yazılarımda da səhvlərim olsa bəri başdan üzr istəyirəm.
Mənim özüm bu «uje» kəlməsini tərgidə bilmirəm :) Yalan nə deyim, dost-tanışlarla, ailədə danışanda istər-istəməz istifadə edirəm. Amma çalışıram az istifadə edim. Qohumlar arasında və ailədə isə ləhcəmizlə danışıram. Ləhcəmizdə danışanda da nadir halda olar ki, orfoepik qayda pozulmasın :) Digər hallarda isə qaydalara riayət edərək danışıram və yazıram
Mövzuya görə təşəkkür etməyi unutmuşdum. Təşəkkürlər
squşonnı-qatılaşmış süd
tvoroq-kəsmik
smetan-xama
və s.
Uşaqlıqdan bir söz işlədirdik, yastığa pətöşkə deyirdik)) Sonra bir az böyüyüb, ağlım kəsəndə və rus dilini də başa düşməyə başlayanda bilmişəm ki, bu pətöşkə demə «poduşka»ymış.
Bir də məndə maraq doğuran söz bu olub: qarabaşaq (qreçka)
vorotnik — yaxalıq
Ən çox istifadə edilən və ana dilimizdə istifadə edə bilməyəcəyimiz qorxusu olan sözlərdən ikisi :)
Əvvəla, «sale» — «endirim» demək deyil, endirim «discount» və ya rusca «skidkadır», «sale» sözü azərbaycan dilinə heç bir sözlə tərcümə alınır, rusca isə «rasprodajadır».
İndi keçək sözlərin yazılışına:
veşlika — veşalka
atdel — otdel
pesoq — pesok
kaşlyok — koşelyok
daska — doska
svetafor — svetofor
astanovka — ostanovka
zdaçi — sdaçi
və s.
Bunu düzgün yaza bilməyən insan kiməsə düzgün deyilişi öyrətmək istəyir? Ayıb olsun eee.
Satirik xarakterli olduğu üçün müəyyən qədər bəraət qazandırmaq olar. Amma öz sözlərimizdə edilən səhvlər, həqiqətən, bağışlanmazdır. O ki, qaldı sale sözünə, mənası nə olursa olsun faktiki olaraq xeyli mağazada onun endirim mənasında yazıldığının şahidi olmuşam. Müəllif də həmin məqamı tənqid edib ki, düz yazsınlar. Sale, yaxud sales yazmasınlar.
Ümumiyyətlə, bu cür maarifləndirmə tədbirləri həyata keçirəndə çox diqqətli və həssas yanaşmaq lazımdı məsələyə. Axı sənin səhvin başqasını da səhvə yönləndirəcək.
Əslində şpilka (шпилька) qadınların saçlarına keçirtdikləri sancağa deyilir. El arasında «yaba»)))
Paltar asılan isə rus dilində prişepka (прищепка) adlanır. Bildiyim qədəri ilə bu söz dilimizə ümumilikdə «sıxac» kimi tərcümə olunur. Amma paltar asılan mənasında isə buna «paltar sancan» deyirlər.
P.S. sizin xətrinizə klaviaturanın dilini Azərbaycan dilinə dəyişdim ))
P.P.S. Məncə bizim dilimizdə bu cümlə səhvdir: «daha da işləmək lazımdır». «daha da» bu Osmanlı türklərinin işlətdiyi ifadədir səhv etmirəmsə. Siz dilimizə bu qədər önəm verdiyiniz üçün deyirəm. :)
Sizinlə razıyam ki, əcnəbi sözləri işlətməkdənsə osmanlı sözləri işlətmək yaxşıdır, amma açığı, son zamanlar gənclərimizin yerli-yersiz türk sözləri işlətməyinə də müsbət baxmıram… Russkoyazicnilar az idilər başımıza, indi turkoyazicnilar çoxalıb. ))
Keçən dəfə kayzen-də hansısa məqaləni türk dilindən ala-yarımçıq tərcümə ediblər, bunların «kocacığım» sözünü bizim dilə "ərciyim" kimi tərcümə ediblər. Bu qədər də yox da… )))
«daha da» qüvvətləndirici ədatdır, yəni ki, dilimizdə mövcuddur. Orada səhvlik başqa məqamdadır. «daha da işləmək» ifadəsi səhvdir. Mənadan görünür ki, «daha da çox işləmək lazımdır» olmalı imiş. Bu cür xırda nüansları ürəyinizə salmayın :)
O ki qaldı o biri məsələyə, o daha ciddi məsələdir. Əvvəllər yerli kanalların sayı az idi, azlıqdan əlavə baxılası bir intellektual veriliş olmurdu (indiki kimi), maraqlı kinolar verilmirdi. Çoxumuz ОРТ, РТР, НТВ kanallarına baxırdıq. Maraqlı verilişlər də, kinolar da bu kanallardan gedirdi, həmyaşıdlarım daha yaxşı başa düşər məni :) Ona görə də o dövrün insanları rus dilinə meylli böyüdülər. Sonra həmin kanalların yayımını dayandırdılar, camaat da məcbur olub peyk antenalarından istifadəyə keçdi, istiqaməti də Türkiyəyə tərəf tutdular. Kabel televiziyası peyda olmasaydı, tam dominantlıq türk dilində olacaqdı.
Hər şeyi korlayan, millətin beynini zəhərləyən seriallardır. O vaxtlar rus kanallarından gedən Latın Amerika serialları, indi də türk kanallarından gedən türk seriallarıdır. Onların fəsadları haqda danışdıqca bitməz, evkalipt ağacı kimi uzandıqca uzanacaq. Dil barədə çox şeyin səbəbkarı məhz seriallardır.
Dilimizdə hansısa maraqlı, intellektual, ürəkaçan veriliş varmı? Olsa da baxan olacaqmı? Heç dilimizə tərcümə olunmuş kinolara da baxan yoxdu. Hamı ya rus tərcüməsi, ya da türk tərcüməsinə üstünlük verir. Bir çox səbəbləri var bunun. Biri və ən əasası da keyfiyyətsiz, emosiyasız tərcümə olunmasıdır filmlərin. Adicə futbol şərhçilərimizi də dinləmək istəmir camaat :) Futbola НТВ+ Футбол kanalından Utkindi, Qusevdi kimdi bilmirəm, xüsusi olaraq onun tərcümə sədası altında, yaxud bir qism də türk şərhçilərin tərcüməsi sədası altında baxmağa üstünlük verirlər.
Həmişə deyirəm qısa yazım, amma uzanır fikrim :) Qalanları qalsın, bircə onu deyim ki, məni ən çox yandıran mediadakı biabırçılıqlardı. TV kanallarımız lap ağını çıxardıblar, yoldan keçənə jurnalist vəsiqəsi verib studiyaya buraxırlar. Efirdə də ağızlarına gələni yazırlar. Xəbərləri dinləyəndə çalışıram gözüyumulu dinləyim ki, əsəblərim korlanmasın, onda da danışıq tərzləri qıcıqlandırır :)
Ərciyimee özü də ))))))
Yumor hissi gözəl şeydir. :)
Bu yazımın sizin hansı yazınızın təkrarı olduğunu tapmaqda çətinlik çəkirəm. Köməklik etsəniz, sevinərəm.
Bu şərhinizə + verəni də başa düşmədim. Mövzu ilə yazı tərzinizin birbaşa əlaqəsi var. :)
"«daha da» qüvvətləndirici ədatdır, yəni ki, dilimizdə mövcuddur. Orada səhvlik başqa məqamdadır. «daha da işləmək» ifadəsi səhvdir." tenqo
Başqa bir sualınız olsa çəkinməyin soruşun. )))
Bir də ki, «Mövzu ilə yazı tərzinizin birbaşa əlaqəsi var» deməklə nəyi nəzərdə tutdunuz, anlamadım..
Yazıma müsbət verənə gəldikdə isə, siz niyə bunu ürəyinizə salırsınız, bilmək olar? ))
Deyəsən burda aləm bir-birinə qarışıb, çaşdım lap. Məncə saytda bu budaq-budaq olan şərh sistemini yığışdırsalar əla olar. Hamı sadəcə olaraq şərh vasitəsilə kimə nə demək istəsə adını çəksin və desin, yoxsa belə adam çaşır. 2010-cu ilin ardınca 2011-in şərhi ardınca da yenə 2010-da kiminsə qeyd elədiyi başqa bir şərh...və beləcə uzanaraq davam edir; insanı bir az çaşdırır və gözü yorur.
P.S. Birincisi, Rene məndən nə üçün üzr istəyirsiniz? İkincisi də cavabında isə Cavid yazır ki «problem deyil» ))))))
Ay camaaat burda nə baş verir?
Təəssüflər olsun ki sizinlə razılaşa bilmirəm çünki budaqlanma əslində şərh və onlara cavab yazmaq üçün idealdır, yəni əgər siz nə isə yazırsınızsa ona cavab yazmaq üçün «cavab vermək» düyməsini basmaqla sizin şərhə cavab yazmaq olur, yaxud ümumi yazmaq nə isə yazmaq üçün isə "şərh əlavə et" düyməsindən istifadə etmək lazımdır, məsələn, siz mənim yazdığıma cavab yazmaq üçün sonda deyil elə burda yazsaniz yeni bir budaq alinacaq)
Yeri gəlmişkən bu mövzu UJE çox məşhurlaşıb))
c hərfi yazdım cünki digər düymə işləmir))))))
Bloqcu, eynile tenqonun dediyi kimidir. Men bu meqaleni sagda oxuyanda axirinci werh yazan Cavid idi. Men de meqaleni oxuyub qurtarandan sonra nece olubsa sizin adinizi gormemiwem, ya fikir vermemiwem. Werhimin evvelinde Cavid yazmiwam ve ancaq werhimi yazandan sonra fikir verdim. :) Ona gore sizden uzr istedim. Cavid niye «problem deyil» yazib, bunu hec men de bawa duwmedim :)