Mütləq qəbul olmalısan

Ali və orta ixtisas təhsil ocaqlarına sənədlər verilib və imtahanlar da yaxınlaşmaqdadır. Sənəd verənlərimiz də çoxdur. Təsəvvür edirəm ki, indi uşaqlar necə hazırlaşırlar. Yəqin ki, çində hazırlaşmayanlar da var. Amma söhbət bunda deyil. Mənim yazımda söhbət hərlənib, fırlnıb valideyn övlad məsələsinə gəlib çıxır. Bu yerdə isə məsələ lap da dərindir. Belə ki, insan psixologiyası pozularsa insan heç bir yerdə uğur qazana bilmir. 

Valideyn övladını imtahana yolayaraq deyir: “Yaxşı, get sənə uğurlar, baxaa, orda fikrivi yayındırma, cavabların hamısını düzgün yaz, mütləq qəbul olmalısan, sənə illər ərzində nə qədər pul tökmüşük, müəllimlər tutmuşuq, bu əziyyəti yerə vurma , bizi el içində rüsvay eləmə! Onun-bunun uşaqları universitetə girə, sən girməyəsən, elə şey olar? Ürəyim partlayar. Bax aaa, qəbul olmasan sənə sərf olunan pullar, əziyyətlər hamısı haram olar, sən gərək qəbul olasan.. Qəbul olmasan demək ki, il boyu oxumamısan, fikrin başqa yerlərdə olub, əgər girməsən sənin canıvı alaram! Bir dənə də səhv cavab yazma haa, di get, xoş xəbərlərlə gəl!” 

qəbul imtahanı

Bu da valideynin övladına dilədiyi uğurlar. Uşaq da gedir imtahan verməyə. Bu düşüncələrlə imtahan verməyə gedən şəxs heç qəbul olarmı? Əlbəttə ki, övladda məsuliyyət hissi olmalıdır, amma, biz övladı borclu vəziyyətinə salmamlıyıq.

Valideynlər görmüşəm ki, qızlarını saçlarından sürüyüb, oğlanlarını da döyüblər ki, nədi-nədi onlar universitetə qəbul olmayıblar. Hər şey bir yana, uşaqların boyu valideynlərin boylarına çatıb da keçir, onu necə döymək olar? Döymək, ümumiyyətlə, bir nəticə vermir, daha doğrusu veriree, sadəcə xeyirli bir nəticə vermir. Nə bilim heç başa düşə bilmirəm, heç.

Elələri də var ki, övladı düşündüklərindən deyil, özlərini düşündükləri üçün, qonum-qonşu nə deyər, hamının balası girdi, bir mənimkindən başqa, vay-vay-vay deyərək, uşağı da incidirlər. Onun bunun düşüncsi mənim övladımdan əzizdirmi? Alınmadı, gələn il inşallah qəbul olar.

Dildən şirinlik yağmalıdır, əməl, nəticəsi də şirin olsun.

Valideyn “əziz balam, sənə bol-bol şans, uğurlar!, Narahat olma, hər şey yaxşı keçəcək, canıvı üzmə. İnşallah yaxşı olar. ” və s. bu kimi ifadələr işlətsə necə də yaxşı olar. Övlad da rahatlıqla gedib, imtahanını verər. Əks halda isə nəinki yaxşı imtahan nəticələri, o övladdan heç sağlam psixika da gözləmək yersizdir. Hələ bu səbəbdən imtahandan sonrası evə gələ bilməyənlər, canlarına qəsd etməyə çalışanlar da var.

Abituriyentlərin yaşadığı bu yaş dövrləri elə dövrlərdir ki, orqanizmdə dəyişikliklər, stressə daha tez qapılma halları, bəzilərində özünə əminsizlik baş qaldırır. Bir sözlə bu yaş dövründə uşaqlarla daha da diqqətli davranmaq lazımdır. Təbii ki, diqqət hər yaşdakı insana lazım olan bir şeydir. Eləcə də bu yaş dövründəkilərə. Valideynlərin hədəsindən, tənqidindən əlavə o gənclər bunlarsız da stressə qapılıb, narahatlıq keçirə bilərlər. Hətta, Rusiyada son vaxtlar imtahan sistemi bizimki kimi keçirilir və eşitdiyimə görə bundan da qorxuya düşən abituriyentlər var ki, heç imtahan olmamışdan artıq psixikalarını bu qorxuyla pozmuş və özlərinə qəsd etmişdilər. Kimi damarlarını kəsir, kimi hər şeyi atıb qaçır və s.

Bir çox ölkələrdə ailələrdə və təhsil ocaqlarında abituriyentlər üçün psixoloji məşqlər də keçirlir ki, onlar rahat olsunlar, imtahan qabağı və vaxtı həyəcanlanmasınlar; onlara bu yolla dəstək olunur. Bizdə isə özümüz övladın əlinə həyəcan veririk. Onlar onsuz da həyəcanlıdılar, qorxurlar, narahatdılar. Hər halda burda qorxulası nə var ki? İmtahandırdaa, narahatlıığa heç bir ehtiyac yoxdur. Əgər onlarda bir sıxıntı varsa valideynlər onları rahatlatlatmalıdılar. Onları daha da stress vəziyyətinə salmamalıdılar. Bəlkə də çoxumuz bunu istəmədən edirik, başa düşmürük, amma, yalnışdır yalnış! 

Bütün abituriyentlərə uğurlar arzulayıram, inşallah qəbul olaralar. Olmasanız da üzülməyin, oxumaq heç vaxt gec deyil, inşallah gələn il qəbul olarsınız. Canınızı sıxmayın ki, imtahanda fikrləinizi lazımı yerdə cəmləyə biləsiniz. Bir daha uğurlar!

Həmçinin oxu: Uşağın uğurlu ixtisas seçimində valideyn rolu

 

1 şərh

Shabnam_Ilham
Mənim başıma da gəlib bu cür hallar. Təbii ki, valideyni də qınamaq olmaz. Onlar da qazandıqlarının çoxusunu övladlarına xərcləyir ki, uşağı oxusun ali təhsil alsın. Yəni bir növ pullarının puça çıxmağından qorxurlar. Mən sənə bu qədər pul tökdüm, sən də əvəzində ali məktəbə qəbul ol. Həm də bizim cəmiyyətdə belə bir fikir var ki, uşaq mütləq ali təhsil alsın. Uşağın həvəsi nəyədir demək olar ki heç onunla maraqlanmırlar. Bəlkə uşaq ali məktəbdə yox elə hər hansı peşə məktəbində oxumaq istəyir. Təəssüf ki, bir çox gənclərin hər hansısa peşəyə yiyələnməsində elə məhz valideyn böyük rol oynayır. Məncə hər kim olursa olsun həyatda istədiyi, sevdiyi işlə məşğul olsa daha yaxşı olar. Ən azından sevdiyin işlə məşğul olsan həm özünü həm də başqalarını xoşbəxt edə bilərsən.