Sevgi naminə dini dəyişmək..

Din ağlı olan insanları öz arzuları ilə dünyada və axirətdə yaxşılığa və xoşbəxtliyə çatdıran ilahi bir qanunur... İslamın gətirdiyi hökmlər insanları xoşbəxt etməyi qarşısına məqsəd qoymaqdadır. Bu hökmlərə uyğun hərəkət edənlər həm dünya, həm də axirətdə xoşbəxt olacaqdır.Hökmlər: iman, əməl və əxlaq.  ("Əsas dini biliklər" kitabından)

Çoxları zənn edəcək ki, mən islamdan, dindən danışacam, amma belə deyil. Daha doğrusu din mövzumun bir hissədir, amma mövzu sırf islamla bağlı deyil. Qısacası, bir qızla aramızda baş verən söhbətdən irəli gələrək, bu yazını yazmaq istədim. Qız deyir ki, “mən əgər birini sevərsəm və şəxs mənim dinimdən deyilsə, mən ona görə  dinimi də dəyişə bilərəm. Mən onu həqiqətən sevirəmsə, onun dinini də sevirəm deməkdir. Buna görə də bu işdə bir qəbahət görmürəm..”

Amma, mən isə əksini deyirəm. Şəxsən mənim bütün dinlərə hörmətim var, insanların fikrinə, seçiminə də - o qıza da qarışa bilmərəm, mənim nəyimə gərək, özü bilər, Allah bilər, sadəcə olaraq bu haqda öz fikrimi bildirmək istədim. Yer üzündə müxtəlif dinlər var və bu dinlərə mənsub olan insanlar. Bəlkə də bu məsələninböyüyüb, şişirdilməsinə heç ehtiyac yoxdur, amma mən yenə də sevgi anlayışını tam aça bilmirəm. Ya mən səhv başa düşürəm, ya da başqaları səhv edir. Buna görə də daim suallar içində qalıram..

Şəxsən özümdən danışsam, mən heç vaxt kiməsə görə dinimi dəyişmərəm deyə düşünürəm. Çünki, mən müəlmanam, mən dinimi sevirəm, mənim üçün hər kəsdən və hər şeydən öncə Allahdır. İnsan necə inancından, imanından, etiqadından dönə bilər ki? Düşünürəm, düşünürəm və bir nəticəyə gəlirəm ki, deməli bu insanın imanı, inancı sağlam və möhkəm deyil. Əks halda o heç vaxt öz arzusu, istəyi ilə dinini dəyişməz. İbadətlə məşğul oluruq, dualar edirik və bu zaman deyirik: “Allah təkdir, o doğmayıb, doğulmayıb”. Sabah isə dinimi dəyişib, misal üçün oluram xristian və İsanı da “Allahın oğlu” adlandırıram.. Bir-birinə tamamən zidd olan bir vəziyyətdir, elə deyilmi? 

Heç söhbət islamdan da getmir. Olsun başqa dinlər. Mövzumda əsas məsələ inancının dəyişdiyini, fikirlərinin başqalaşdığını anlayıb, bu səbədən  dinini dəyişmək yox, bu dini kiməsə görə dəyişməkdədir.

Hansı din olursa-olsun, yenə də fərq etməz. İnsan özünü hansısa bir dinə aid edirsə və bu dində qalmaq istəyirsə qalacaq. Əgər dəyişirsə, o zaman o kəs mənə deməsin ki, mən dinimi kiməsə görə dəyişirəm, çünki məncə bu belə deyil. Mən dinimi dəyişirəmsə deməli həmin dinə inamım zəifdir. Deməli mən özüm başqa dinə mənsub olmaq istəyirəm. Məncə sevginin buna dəxli yoxdur. Sevgi bunu tələb etmir. Məncə iki bir-birini sevən şəxs başqa dinlərdən olsalar belə istəsələr yenə də xoşbəxt ola bilərlər.

Bir-birlərinə, seçimlərinə hörmət edirlərsə niyə də olmasın? Yox, əgər kimsə məndən onun sevgisinə qarşılıq dinimi dəyişməyimi istəyəcəksə, tələb edəcəksə...bu düzgün deyil.

Şou-biznesdən yazıb, danışmağı heç sevmirəm, amma bu yerdə qeyd edim ki, sənət adamları içində də əks cinsə qarşı olan sevgi naminə dinlərini dəyişənlər var.

 

6 şərh

2ral
Əsli-Kərəm söhbəti?
Magicboy

Bəsdirin də xristianlıq əleyhinə təbliğat apardınız. Bir dini digər dini pisləməklə sevdirmək olmaz, arkadaş. İçinizdəki üç həriflini atın artıq. Sünnilərin də çoxu qızlarını şiə tərəfinə vermir. Onda gərək bütün sünniləri yıxıb sürüyək burda...

bloqçu

Kim burda xristianlıq əleyhinə təbliğat aparır ki? Rəyiniz mənim ünvaımadırsa, o zaman qeyd edim ki, mən yazı da yazmışam ki, söhbət islamdan və ya xristianlıqdan getmir (orda çəkdiyim sadəcə bir misal idi). Mənim mövzumun canı başqadır:


«Mövzumda əsas məsələ inancının dəyişdiyini, fikirlərinin başqalaşdığını anlayıb, bu səbədən dinini dəyişmək yox, bu dini kiməsə görə dəyişməkdədir.»

Dior
Bircə onu deyə bilərəmki,müsəlman qadının xristian kişi ilə ailə qurması düzgün deyil.
kissik
hə. xristiandan daha çox bir millətin başqa millətə verməsinə qarşıuam
Fianda
dini dəyişmək olar,başqa bir din barədə məlumat alıb,düşünüb,qərar vermək olar ki,hansı daha məntiqlidi.inandığın dini qəbul edə bilərsən.lakin sevdiyin insanın dinini onu sevdiyim üçün qəbul edirəm demək yalnız dinin adını qəbul etməkdir.əslində o insan heçbir dinə mənsub deyil,dinin nə olduğunu da dərk etmir.