Zaman o zaman deyil

Bu gün tozları silərkən gözüm  video kasetlərə sataşdı. Üst-üstə düzülmüş bir sıra kaset, lent və s. Bu an video maqnitafona, DVD-yə, lentlərə və disklərə baxıb düşünməyə başladım ki, ehh..bunların da vaxtı vardı. Sanki bunlar da qocaldılar.

Köhnə video m.-zu hələ də xatırlayıram.
O bizdə peydah olan vaxt elə sevinmişdim ki.. Onu hələ də xatırlayıram, yekə idi və sol tərəfdən qarşısında hərəkət gətirmə işarələri var idi. Mən də maq.-nun kasset salınan yerinin  "knopka" sını basmağı çox sevərdim, bu mənə əyləncəli gəlirdi, çünki, onu basan zaman kasset yerinin qapağı yuxarıya doğru açılardı ki, kasset içinə salınsın.

Ehh..ondan sonra çox şey dəyişdi.. Daha rahat maqnitafonlar çıxdılar, indi isə DVD, hətta, bunun da vaxtı keçib artıq. O kassetlərə də uşaqlığımıza bir anlıq geri qayıtmaq namine qoyub baxırıq -"nostalji hisslər"- amma, çox maraqlı olur.

Video maq.-la, kassetlərlə yanaşı, başqa texniki alərtlər, əşyalar... ümumiyyətlə, geriyə baxdıqda hər şeyin necə dəyişildiyini addım-addım xatırlayanda insana elə maraqlı gəlir ki.. Bir vaxt bu əşyanı aldığın zaman keçirdiyin o hissləri xatırlayırsan və indiki zaman ilə qiyaslayanda, indi həmən o əşyaların lazımsız olduğunu görəndə...ehh.. nə bilim.

Televizorlar.. Köhnə bir televizorumuz var idi, hansi ki, hələ pultu yox idi))) Ayağa qalxmalı kanalları dəyişmək üçün olan o hissəni fırlatmalı və ya başqa bir televizorumuz var idi, onda isə kanallar knopka vasitəsilə dəyişilirdi. İlk dəfə evimizəə "pult" gətiriləndə isə bu mənim və eləcə də qardaşım üçün çox möcüzəvi bir şey idi. Elə bil ki, fokusdur, sehirdir. Uzaqdan oturursan və istədiyin kanala keçirisən. İnanılmaz idi..
Televizorun üstündə qurulan antennalar.. İndi bunlar yoxdur; indi Bakıya yuxarıdan baxsan "Göbələkli şəhər" adlandırmaq olar. Peyk antennalarının yaratdığı görüntü məni məcbur edir ki, binalara "göbələk" adı taxım.
İndi plazma televizorlar məşhurdular. Düzünü desəm mən bu plazmaları heç sevmirəm. İnsanları boydan balaca, enli göstərirlər.

Hələ audio maqnitafonları, audio kassetlərimizi demirəm.. Alfa maqnitafonumuz hələ də durur, heç atarıqmı??? Birdə ki, onun (lentləri) yumru kassetləri. Hansı ki, o lentlərdə bizim uşaqlıq səslərimiz yazılıb..İnternetdə o maqnitafonun şəklini tapa bilmədim, amma, buna bənzər bir şeydir:

Ehhh...daldım getdim bir anlığa.. Amma köhnə əşyaları tullamaq bəzən heç də xoş olmur.  Məncə bununla öz nostalji və uşaqsı anlarımızı, həyəcanlarımızı, xatirələrimizi də tapdalayırıq, atırıq gedir..

Ehhh...indi nələr yoxdur nələr?!!! İndi "flashka" dövrüdür, hələ bu da geriləyir... İndi hər şey var, amma həyəcan yoxdur, məncə, əvvəlki tək maraq yoxdur..İndiki maraqlar tamam başqadır və bu da hardasa təbiidir.

İndi gedib eşib, o köhnə audio maqnitafonu, lentlərini və atamın qədim akkordionunu da çıxardacam))))

 

2 şərh

Hagverdiyev
Əvvəllər bizim dünyadan xəbərimiz yox idi, özümüzü çox xoşbəxt sayırdıq. Düzünü deyim ki, heç imkanımız da lazımı səviyyədə deyildi. Biz uşaq vaxtı ala bilmədiyimiz oyuncaqları özümüz düzəldirdik, onlar bizə o qədər əziz olurdu ki, yatanda da onlarla yatırdıq. İndi hansı uşağa desən ki, taxtadan, ya məftildən oyuncaq düzəlt, məsələn, tapança, avtomat və ya maşın otur oyna adama gülərlər. Dükanlar «Kitayski iqruşkalarla» doludur.
bloqçu

Anamın da gəlinciklərlə bağlı gözəl xatirələri var. Deyir ki, onlar da taxtadan, düymələrdən istifadə edərək oyuncaqlar, gəlinciklər düzəldərdilər.


Bir üsul da var idi. Ayaqlarını bükər, dizlərinə şal örtər, ona göz, qaş, ağız, burun çəkərdilər və beləliklə öz dizlərindən gəlincik kimi istifadə edərdilər))


Həqiqətən də tərəziyə qoyanda görürsən ki, arada necə böyük fərqlər var.