Yağ dostumuzdur, ya düşmənimiz?

Sizi üzmədən kəsə deyim: bitki yağları heyvan yağlarından üstündür. Heyvan yağlarından yalnız kərə yağı (duz vurmadan) az miqdarda istifadə etmək məsləhətlidir – gün ərzində bir çay qaşığı. Sutkada bir xörək qaşığı qaymaq yemək olar.

Təbii yağlar qoz-fındığın və tumların (təkcə günəbaxan tumunun deyil, digər tumların da) tərkibində kifayət qədərdir. Bunlarda tez həzm olunan miqdar və tənasübdə zülal, yağ, karbohidrat, vitaminlər, mikroelementlər və günəş enerjisi cəmləşib. Lakin yağla zəngin ola bu qidaları çox qəbul etmək pis nəticə verə bilər.

Əgər siz qoz-meyvə dietası saxlamaq istəyirsinizsə, onda qozu və tumu 100 qramdan artıq yeməyin. Əgər bunları qatıq, balıq, ət, yumurta, kəsmik ilə bərabər yeyərsinizsə, onda qozu azaltmaq və ya rasiondan çıxartmaq lazımdır.
Evdar qadınlara ən başlıca məsləhətim budur ki, zəhmət çəkib qoz-fındığı, püstəni, badamı və s. maşından keçirməsinlər, süfrəni bəzəmək və özünü kulinriya bilicisi kimi göstərmək naminə onlardan şirniyyat bişirməsinlər.

Öz zəhmətlərinə və ailə büdcəsinə hayıfları gəlsin. Qida süfrədə gözəllik və harınlıq əhval-ruhiyyəsi yaratmaq üçün deyil. Qadınların böyük əzabla bişirdiyi tortlar, kekslər, piroqlar, paxlava, şəkərbura, və digər şirniyyatlar, nə onların özünə, nə övladlarına,  nə də əziz qonaqlara fayda verə bilər. Zərəri isə hədsizdir.Qoz-fındığı, püstə-badamı, kişmişi və digər quru meyvələri elə çiy şəkildə süfrəyə düzün və nuş edin...

Müəllif: Ərşad Əzimzadə
Mənbə: Möcüzəsiz Möcüzə

***

Bunları Ə. Əzimzadə yapon alimi K.Nişinin araşdırmalarına, tələblərinə dayanaraq yazıb. Amma, mən paxlavanı, elə tək mən də yox xalqımız paxlava, şəkərbura, qozlu-mozlu şeylər çox sevir axıı.... )) Deyilənə görə qoz-fındığı çəkib-bişirmək ziyan imiş. Bunların ziyanı haqda ilk dəfə idi ki oxuyurdum. Bu haqda dəqiq məlumatlanmaq istərdim. Amma çətin ki bizlər təamlarımızdan üz döndərə bilək. Ələlxüsus da ki onlar bizim bayram təamlarımız sırasındadılarsa.

 
 

0 şərh