Körpəmizdən nə xəbər?!

Zaman addımlayır, irəliləyir və keçdiyi yollarda yeni-yeni toxumlar səpərək yeni-yeni bitkilər yetişdirir. Çox şey ərsəyə gəlir, çox şey yaranır. Texnika genişlənir, müasir avadanlıqlar qurulur və s.

İndi müasir avadınlıqlar yaradılıb, istifadəyə verilib ki, biz insanlar onlardan yararlana bilək. Bü gün xəstəxanalara üz tutduğumuz vaxt tibbi avadanlıqlar olmadan düz-əməllib bir müayinədən söz belə gedə bilməz.

Belə müayinələrədən biri də ultrasəs müayinə adlanır - USM.
Qısaca məlumat verim ki, hamiləlik dövründə dölün inkişafının vəziyyətinin araşdırılması yolunda görülən müayinə üsuludur ki, bu da prepatal diaqnostika adlanır və bir də ki, prepatal skrininq adlanan bir müayinə kompleksi də var ki, bu da hamiləlik vaxtı ağırlaşma hallarının, dölün hansısa patologiyasının aşkara çıxarılması üçün nəzərdə tutulur. Bax bu ultrasəs müayinəsi də həmin prepatal skrinqinin ən vacib hissəsi sayılır.

Mən yuxarıda hamiləlikdən, döldən qısaca bəhs etdim, amma, USM tək hamiləlik dövrünə xas olan müayinə metodu deyil. Ultrasəs müayinə orqanların strukturu haqqında məlumat verməyə qadir olan tibbi görüntüləmə üsuludur.

(USM) Ultrasəs müayinə aparatı

Ultrasəs müayinə üsulu ilk dəfə olaraq 1958-ci ildə D.Donald tətbiq etmişdir və o gündən bu yana bu sahədə davamlılıq göstərilir, təkmilləşdirmə işləri görülür və geniş işlənərək, istifadə olunur. Ultrasəs müayinəsi çox önəmli bir müayinə üsuludur.

Qayıdıram yenə də hamiləliyə. Hamiləlik öncəsi və hamiləlik zamanı qadınlar üçün dölün vəziyyətinin araşdırılması önəmli olduğu üçün USM aparatlarından geniş istifadə olunur.

Hər halda bunda da bir sərhəd var. Azı xeyirlidir, çoxu xeyirsiz. İstər – istəməz bu aparatlardan çox istifadə etmək özü də xeyirli deyil, dölə ziyan vura bilər. Buna görə də Ümumdünya Səh iyyə Təşkilatı ekspertlərdən sonra aldığı nəticələrdən dolayı hamilə qadınlara tövsiyyə edir ki, bu müayinə hamiləlik müddətində cəmi 4 dəfə aparılsın.

Ultrasəs müayinə

Bütün qadınları və kişilərin arzusu budur ki, dünayya sapsağlam bir körpə gətirsinlər. Buna görə də çalışmaq lazımdır ki, ciddi işlərə daha diqqətlə yanaşasan, mənfi hallardan qaça biləsən. Hamiləlik dövrü qadın üçün çox həyəcanlı, çox sevincli bir dövr olsa gərək. Ancaq qadınlar dedim, amma kişilər də bəlkə də bu anı həyəcanla yaşayırlar və körpələrini dörd gözlə gözləyirlər. Arzum budur ki, bütün qadınlara bu dövrü yaşamaq, özü ilə brabər yoldaşına da bu hissi yaşatmaq və ikisinə də bu dövrün ləzzətli, gözəl bəhrəsindən dadmaq nəsib olsun.

0 şərh