Nahaqdan danışıb haqqı danmayaq

Hər cəmiyyətin öz qaydası, hər mədəniyyətin öz sözü! Amma, dəyişməz bir şey var ki, o da insanlıqdır. Bəzən otururam və düşünürəm. Bizi və digər xalqları tərəziyə qoyuram. Pisliklər və yaxşılıqları ölçürəm. Bundan sonra da düşünürəm ki, görəsən biz nahaq danışaraq çoxmu haqsızlıq törədirik?

Misal üçün götürək ailəni və valideyn-övlad münasibətlərini. Bəzən bu hadqa uzun-uzadı çox danışırıq və çox gileylənirik. Amma gərək yaxşını da deyək.
Azərbaycanda ailənin cəmiyyətdə rolu və yeri çox önəmlidir. Ana və ata öz övladına bioloji və psixoloji sarıdan dərin bir duyğu, dərin hisslə bağlı olurlar. Sadəcə olaraq bizdə və eləcə də bəzi türk xalqlarında ailə anlayışı, valideyn-övlad münasibəti tamam fərqldir.

Bizdə yaşımız nə qədər böyük olsa da anaya, ataya bağlılıq hissi daha möhkəmdir. Eləcə də valideynlərin övladına. Başqa xalqlarda olan münasibət ilə bizimkini müqaisə etsək çox fərqlər görərik. Bu da öz növbəsində təbiidir. Sadəcə olaraq bizdə qayğı, bağlılıq tamam başqadır. Bizdə valideyn övlad münasibəti müəyyən yaşa çatdıqdan sonra boşalmır, əksinə bütün ömrün boyu bu bağlılıq hökm sürür. Amerikalı və Yapon ailələr uşaqlarını fərqli şüurla böyüdürlər. Amerikalılar uşaqlarını müstəqil böyütməyə çalışır, rəqabətə dözümlü olmağı şlayırlar, Yaponlar isə əksinə ətrafı diqqətə alır, uşağı daha asıəlı vəziyyətdə böyüdürlər. Ruslar isə uşaqlarını həyata individual olaraq yetişdirirlər. Onlarda üstün hal budur ki, uşaq sosial cəmiyyətə daha tez uyğunlaşsın. Misal üçün övlad- istər qız, istər oğlan olsun – 17 yaşı keçdikdən sonra azaddır, eləcə də onların valideyni, bu yaşa çatdıqdan sonra uşaq öz həyatına, valideyn də öz həyatına baxır. Hər biri öz həyatını yaşamağa çalışır. Amma ortada bir məsələ var ki, adı keçən xalqlarda uşaqlara şəfqət, itaətkarlıq, fədakarlıq kimi hisslər aşıalnamır. Buna görə də zamanla onlar valideynlərinə qulaq asma, itaətetmə prinsiplərindən kənar olurlar.

İndi söhbət gedəcək ki, azadlıq, filan... Amma burda söhbət azadlıqdan yox, məhz ailə abu-havasından gedir. Şəxsən mənimçün bizim ailə dəyərlərimiz çox qiymətlidir. Böyüyün kiçiyin yeri, hörmət, sevgi, qayğı, birlik.

Bizdə küçədə biri yıxılsa belə ətrafda dayanan 10 nəfərdən 8-i mütləq yaxınlaşıb kömək edəcəkdir. Bəlkə də eşitmiş olarsınız, Rusiyada 17 yaşlı bir qız metropolitendə olarkən başı gicəllənmiş və ürəyi getmişdi. Bu vaxt o, dayanmış qatarın iki vaqonun arasına düşmüşdü. Sonra kameralardakı görüntülərdən məlum olur ki, o yıxılan vaxtda onun ətrafında olan iki nəfər onun yıxılmasına fikir verməyib  keçib getmişdilər. Qatar da hərəkət gəlmişdi. Qatar keçib getdikdən sonra həmin şəxslər gəlib baxdılar ki, görək qıza nə olub? Bu hansı insanlığa sığır ki?

Faciənin xəbəri və video görüntüsü

Mən demirəm ki, o millətlərdə hamı belədir, amma bizdə insanlara olan yaxınlıq, istilik başqa yerdə yoxdur. Bizdə qonşu münasibətləri də qohum münasibətləri kimi yaxındır.

Bəzən ourub düşünürəm ki, bizim fəxr ediləsi dəyərlərimiz çoxdur, amma təəssüflər olsun ki baş alıb gedən mənfiliklərin, savadsızlığın, mədəniyyətsizliyin, rüşvətxorluğun dəli dalğası bütün qalan dəyərlərimizi yuyub aparacaq. Onsuz da bir çoxlarımız bu gün sabaha naümid yanaşırıq. Otururq beləcə, danışırıq, danışırıq, danışırıq – amma nə fayda?! Elə bil ki, hər şeylə barışmışıq. Amma içimizdə küskünlük var. Azərbaycan bizdən küsüb, biz də Azərbaycandan.
Yox, biz bəzən nahaq danışmırıq!

 

2 şərh

səlahəddin
Xanım doğru deyirsiz. Xarici millətləri çox tərifləyirik. Amma onlarda soyuqluq,laqeydlik var.
Türkəl

Ola bilər mən də indi sizin fikrinizcə nahaq danışacam, amma kimsə yerdə yıxılanda, 10 nəfərdən 8-i ayaq saxlayarsa, onlardan yalnız 2-si kömək edəcək, qalanları isə sadəcə olaraq durub baxacaq, bununla da ətrafa əlavə adam da yığacaqlar və havasızlıq yaradaraq, yıxılanın vəziyyətini daha da pisləşdirəcəklər. Neçə dəfə özüm bunun şahidi olmuşam. Gizli kamera hər yerdə quraşdırılsaydı, hər gün həmin metrodakı faktların şahidi olardıq.