Bazar siyasəti

Ya təzə üsul meydana gəlib, yada mən bundan yeni xəbər tutmuşam. Deməli, getmişdim bazara və orda gördüm ki, tərəvəzlərin üstündəki kağızlarda qeyd olunub ki, 3 kilosu və ya 4 kilosu 1 manata. Yaxınlaşıb baxıram, yaxşı görünürlər. Pomidor da, kartoflar da normal vəziyyətdədilər. Dedim ki, “nə yaxşı, onda bunlardan alım!”. Elə bu yerdə yoldaşdan bir “paket” istəmişdim ki, yoldaş mənə sərt-sərt baxıb, qışqıra-qışqıra deyir ki, “seçmək olmaz, özümüz yığırıq, bəyənmirsiniz almayın...” Necə yəni olmaz? Bəlkə mən özüm yığmaq istəyirəm.

Əslində, bəlkə də burda elə də qabardılacaq bir məsələ yoxdur, bəlkə də mən çürüdürəm,  sadəcə olaraq adam bir anlığa düşünür ki, mən burda kimdənsə kartof və ya pomidor dilənmirəm ki, o durub məni pulunu verib almaq istədiyimi seçmək imkanından məhrum edə, ən əsası da ki üstümə qışqıra. Bax bu adamı incidir. Məndə də hayasızlıq yox, susub baxıram – yığsın da!

Utanıram, çox utanıram ki, bizim millətimizdə (bəzilərində) belə pis xüsusiyyətlər var. İnsanla elə rəftar edirlər ki, elə bil mənim ona borcum var, elə bil mən ona yalvarıram. Bunu sən bu qiymətə satırsan, mən də alıram. Sənə yalvarmıram ki, bunun 3 kilosunu mənə 1 manata ver. Özün belə satırsan da, üstümə niyə qışqırırsan?!

Bəzən düşünürəm ki, bəlkə yorğundular, əsəbidilər, onlar gün ərzində nə qədər insanla qarşılaşırlar, ola bilsin ki, o an əsəbləri korlanmış olur. Amma belə də olmaz axı... Buna görə də gərək gedəsən, bahalı-bahalı alasan, istədiyin kimi seçəsən, rahatca da qayıdasan. Vəssəlam!

Həmçinin oxu: Bazar(bardak) iqtisadiyyatı şəraitində:

0 şərh