Dil mədəniyyətini qorumalı

Dünya sənin səsinlə danışanda sən kim olduğunu bilməlisən. (Britt Edval)

Qəzetçilərə nəzərən radio – televiziya jurnalistləri öz materiallarının son versiyaları üzərində daha çox hakimiyyətə malikdirlər. Qəzetin redaktoru və ya məsul katibi bir və ya bir neçə abzası atmaqla, sərlövhəni dəyişməklə, öz mülahizəsinə uyğun şəkillər seçməklə bəzən jurnalistin məqaləsini tanınmaz hala sala bilər. Radio və televiziyada isə reportyorun efirdə səslənən nitqini dəyişdərmək mümkün deyil. Mətnin dinləyicilər və tamaşaçılar tərəfindən qavranılması və başa düşülməsi materialın necə təqdim olunmasından çox asılıdır.

Elektron vasitələrində yaxşı effect alınmasında səs mühüm rol oynayır. Səs və intonasiyanın köməyi ilə reportyor öz hisslərini verə bilir, öz mətninidə ən vacib olan şeyi nəzərə çarpdıra bilir. Radioda səs qrafikadır. Nitq və səs televiziyada da cox vacibdir. Səslənmənin özü, əlbəttə, məşq etməkdən və səsi cilalamaqdan asılıdır, ancaq reportyorun özünə inamı və peşəkar hazırlıq səviyyəsi heç də az əhəmiyyətli amillər deyildir. Bunu etiraf etmək nə qədər ağır olsa da, efirdə işə başlamaq həmişə çətindir. Gözəl, ürəyəyatan səs heç də müvəffəqiyyətin rəhni deyildir. 

aparıcı

Yeni başlayan jurnalisti səsindəki qorxudan və tonundakı inamsızlıqdan tanımaq mümkündür. Ancaq bu yolu keçməyin labüdlüyü barədə özünə hesabat verənlər əzablı prob və səhvlər dövrünu qısalda bilərlər.

Reportyor efirdə işləyəndə özünə sadiq olmalıdır, radio və televiziya jurnalistikasının ulduzlarını təqlid etməməyə çalışmamalıdır. Öz işini də mürəkkəbləşdirmək lazım deyil. Praktikada hər şey daha asandır - mikrofon qarşısında çıxış edən reportyor özündən nə qədər əmindirsə, efirdə bir o qədər yaxşı danışır.
Qəribədir ki, dünyanın müxtəlif radiostansiyalarının xəbərlər blokuna qulaq asanda, biz dili bilmədən də aparıcılardan hansının səsinin təbii olduğunu yanılmadan təyin edə bilirik. Bir qayda olaraq, xəbərlərin oxunuş stili haqqında hər dinləyicinin özünün müəyyən təsəvvürü var. Buna gorə də biz informasiya materialının ənənəvi təqdimat üsulu ilə fərdi iş stili arasında müvazinətə riayət etməli oluruq. Bəlkə də nə vaxtsa qoyulmuş qaydaları pozmağın vaxtı gəlib çatmışdır?

Son illərdə İsveç radiolarında yalnız dialektlə deyil, ləhcə ilə danışan reportyorları da eşitmək mümkündür, ancaq dinləyicilərin buna münasibəti birmənalı deyil. Radioda, yaxud televiziyada işləməyə hazırlaşan adamlar öz səsinə hakim olmağı bacarmalıdırlar. Bu məharəti yalnız dərsliklər vasitəsilə qazanmaq mümkun deyil.
Səs reportyorun alətidir, onun cilalanması üçün ciddi şəkildə işləmək və səsin bütün imkanlarından istifadə etmək lazımdır. Elə buna görə də başlanğıc mərhələsində peşəkarların köməyi yalnız vacib deyil, həm də zəruridir.

Erik Fichtelius — «Jurnalistikanın 10 qızıl qaydası» kitabından.
Tərcümə: Hacı Hacıyev, Ramiz Əsgər

 

0 şərh