Dinimizin musiqiyə münasibəti

Yadınızdadırsa keçənlərdə "musiqi canın dərmanıdır" deyə bir yazı yazıb, yerləşdirmişdim. Amma, bu dəfə də musiqi barəsində başqa bir məqama toxunmaq istərdim.

Görəsən islamın şənliklərə münasibəti necədir? Çünki bəzən eşidirəm ki, islama görə musiqi dinləmək, çağlı alətlərinin ifasına qulaq asmaq və ya çalmaq labüddür və ya əksinə..  Bu günah sayılıb-sayılmaması barəsində fərqli-fərqli fikirlər dolanır. Bir çox alimlər deyir ki haramdır, bəziləri şübhə ilə yanaşırlar. Elələri də var ki, bunun günah olmadığını iddia edirlər.

Çıxarılan nəticələrdən, deyilənlərdən, oxununanlardan yola çıxaraq deyərdim ki, dinimizə görə ifası cinsi arzular doğuran musiqilər, insanda mənfi coşğunluqlar yaradan rəqslər, ifalar, cinsi həyatı nəzərə tutan, qadını hər şeydən üstün sayaraq Allahı, Peyğəmbərini inkar edən şerlər, əsərlər haram hesab edilirmiş. Əgər belədirsə bu zaman biz insanlar nə qədər çox günaha batmış oluruq. Bu günkü günü musiqisiz təsəvvür etmirik, bu gün musiqi hər yerdədir. Hətta bu gün xəstəlikləri belə musiqi terapiyaları ilə sağaladırıqsa, bir tərəfdən də deyirlərsə ki, cavanların müxtəlif hissiyatlarını oyadan musiqi haramdır – adam bu işin içində çaşıb qalır.

musiqi

Deyirlər ki, mahnılar insan psixoloji təsir gücünə malikdir. Eləcə də musiqinin ifası altında oxunan sözlər. Buna görə də nəzərə alınır ki, bu təsir bir növ bir çağırışdır. Bu səbəbdən də insanlara çatıdırlır ki, mahnı dinlədiyinizdə, şer oxuduğunuz zaman diqqətli olasınız. Burdan yola çıxaraq demək olar ki, belə çıxır ki, dinimizdə mahnı dinləmək, şənlənmək haram deyil, sadəcə olaraq diqqətli olmaq lazımdır ki, dinlədiyimiz hər nədirsə bizi yolumuzdan azdırmasın. Amma görəsən düşünsəm ki, “bir otaq içərisində həayatlarını bölüşən ərlə arvad bu halda istisnaya çevrilir” – yanılmaramm ki?  Yəni onlarda mahnı müəyyən hisslər oyadarsa bu haram sayılarmı?

Bizim dinimiz bir qadağa, bir haram buyurursa bunu bizim üçün nəyisə çətinləşdirmək yox, asanlaşdırmaq üçün edir. Qorxutmaq üçün yox, tövsiyyə ilə haqq yoluna yönəltmək üçün göstərir. Bizim dinimiz əxlaq dinidir, elə deyilmi? Şənliklər günah sayılmır, o halda ki, orda alkoqolu içkilərdən istifadəı olunmasın, israfa yol verilməsin və s. Bir diskotekada da olan vaxt, əgər sən yuxarıda sadalananlardan uzaqsansa deməli bunda heç bir haram iş yoxdur. Əks halda isə sən təsir altına düşə və səhv işlər görə bilərsən. Rəqsindən tutmuş, davranışlarına kimi – bunu kənardan baxan gözlər özləri də müşahidə edir ki, sən bu qıza bir bax, bunun oynamağına bax və s. Beləliklə sən özündən əlavə insanlara da təsir edirsən. Buna görə də belə hallarda musiqilər şübhə altında qalır. Amma, çərçivədən çıxmadıqca niyə haram olsun ki?

disko rəqs

Hər halda islamda bu barədə  olan qayda-qanunlarla dərindən bir bilgim olmadığı üçün çox danışa bilmirəm. Sadəcə olaraq qısaca bildiklərimdən yola çıxaraq, bir fikir bildirirəm.

Əslində biz harda olur-olsun öz əxlaqımızı qoruya biliriksə, öz davranışlarımıza sahibiksə nə yaxşı... Elə yaşayaq ki, Yaradana da xoş olsun, bəndəyə də.

 

19 şərh

Fortuna
Əla maraqlı mövzudur. Ürəyim doludu 5 bu məqalə boyda şərh yazsam yenə boşalmaz. Çünki İslamda müxtəlif ekolların musiqiyə münasibəti fərqlidi.
Ancaq bir məsələni deyim ki, mən müsiqisiz yaşaya bilmərəm. Bu səbəbdən bu movzunu illər əvvəl araşdırmışdım. Musiqi qulaq narkotikidi və həzz verir. Ancaq müsaəlmanı Allah bədbəxt etmək üçün yaratmayıb ki nə həzz verir haram olsun. İçki içib başını itirib cinayət hadisəsi törətmək olar bu səbəbdən o haramdı. Ancaq musiqidən başını itirib cinayət törədən olmayıb. Bəzən roka qulaq asıb başını divara vurub özlərini öldürənləri misal gətirə bilərlər. Ancaq bu hal narkotik maddə qəbul edəndə baş verir belə məsələləri musiqinin boynuna yıxmaq olmaz. Elə sevgiyə görə intar edənlər də var haram deyil.
Bəziləri isə əsas gətirir ki Allah musiqi dinləyərkən yada düşmür. Bu səbəbdən yalnız Allahı xatırlatan dini musiqi dinlənməlidi. Bu da mənasız iddiadır. İnsanın gördüyü bütün işlərdə Allah yada düşür ki? Onda gərək insan nə işləsin nə də ailə həyatı qursun. Heç nədən həzz almasın oturub Allahı fikirləşsin.
Həm lazım olsaydı Quranın bir ayəsində bu haramlıq barədə konkret  danışılardı. Ayələrə olan mənasız şərhləri nəzərə almasaq heç bir ayədə belə haramlıqdan danışılmır. Sonda bu şer məncə maraqlı olar.


Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şerlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
Gözləri qibləyə açılan hasarlı binalar,
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar,
Ötürmüş sayəndə köksünü:
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna.
Çarparaq Çargahın divardan divara,
Yolçunu yolundan eyləmiş avara.
Çalxalanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr.
Oxu tar:
Fikrimdə oyansın,
Baharın, Seyidin qəzəli;
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!
Damağdan düşənlər,
Ürəyi şişənlər,
İlkbahar seyrinə çıxmayan,
Özünü dağların döşünə yıxmayan
Sinəsi dağlılar,
Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar,
Dəxilin olmuşlar,
Qapında təsəlli bulmuşlar.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”.
Onunçün Segahın danışır,
Pərişan, pərişan.
Səsini dinləmiş
Şahların, xanların sarayı;
Səninlə birlikdə inləmiş
Əsirlər alayı.
Bə’zən də simlərin qəmləri ovudar,
Olardın onların sirdaşı
Sən ey tar!…
Gülləri əməkçi barmaqlar qanından
Rəng alan xalçalar,
Xalçalar üstündə uzanmış
Dodağı qönçələr,
“- Hey, saqi, mədət qıl, soyudu şərabın,
İncitmə könlünü bu xanexərabın!”
Söyləyən tox sözlü şairlər,
Həvəsdən doymayan ac gözlü şairlər:
Nədimlər, Vaqiflər,
Gözəllik sirrinə vaqiflər
Hep səni dinləmiş;
Oxumuş, inləmiş.
İndi də bizimçin oxu, tar!
Səni kim unudar?
Sən qulluq etmədin məscidə, axunda,
Çalışdın, həyatı sevməyin uğrunda.
Çoxları üzünə durdular,
Könlünü qırdılar.
Nə deyim o yekəbaşlara?!
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər,
Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını.
Sən xalqa “gül!” dedin.
“Ey qüssə, öl!” dedin.
Başladı məsciddə mərsiyə.
Sarıqlı çıxınca ərsəyə
Qüssəmiz ölmədi,
Xalqımız gülmədi.
Ağladıq daima, ağladıq,
Ey qədim aşina, ağladıq,
Oxu, tar! Dəyişdi zamana,
Bax indi radio səsini
dağıdır cahana.
Ey tarçı, çal, oxu!
Könlümü al, oxu!
Vur sazı döşünə, ey aşıq!
Qalmamış nə əba, nə qaba, nə sarıq.
Oxu ,tar! Alovlu izlərin
Əcəba, neçə sıx dilbərin
Yasəmən üzünü pul kimi qızartmış?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əliylə
Devirə bilərəm!
Oxu, tar!
Fabrikdə, zavodda,
Traktor başında.
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mə’dənli Bakımın
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti
Alovlu sənəti.
Oxu, tar, oxu, tar!…
Səsindən ən lətif şe’rlər dinləyim.
Oxu, tar, bir qadar!…
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütləmin şirini, şərbəti,
Alovlu sənəti!..


Mikayıl Müşfiq



Elvin85
«Bir diskotekada da olan vaxt»
Day bu qədər də yox də. :) Orada oluban yuxarıda sadaladıqlarınızdan necə kənar qalmaq olar? Yəqin ki ancaq kar kor və iflic vəziyətində olmaqla. O tip yerlərin mahiyyətində artıq haram var, ordan sudan quru çıxmaq ehtimalı = 0.

Ümumən razıyam digər yazılanlarla.
Magicboy
Özüm də bilmirəm niyə, amma bu  məqalə bloqçunun oxuduğum ilk məqaləsidir :) Pis deyil. Keçək fikirlərimə:
«Amma, çərçivədən çıxmadıqca niyə haram olsun ki?» — Bir qoyduğun şəklə bax. Səncə içki içmədən o cür oynamaq olar? Əgər islamda qaydasında içmək haram deyilsə, səninlə razılaşmaq olar. Amma diskoteka və ya daha dəqiq gecə klubları, adamların içki içib rəqs etmələri üçün olan yerlərdir. Yəni içki içməsən oynamaq qeyri-mümkündür. Və ya narxozda keçmiş xanım müəlliməmin dediyi kimi, «diskoteka insanların streslərini atması üçün dövlətin marağında olan yerlərdir» :)
Musiqi dinləməklə rəqs etmək ayrı-ayrı şeylərdir. Bir çox dindar dostumun dediyinə görə, hicabsız qadın müsəlman sayıla bilməz. İslamdan uzaq sayılır guya həmin şəxs. Bir təsəvvür elə hicablı bir nəfər düşüb toyun ortasında vur çatlasın oynayır. Məncə yersiz çıxar… Elə ona görədir ki, mən bar-bar bağırıram ki, dində islahatlar aparmaq lazımdır :)))
Səhv eləmirəmsə, Yezidlə Hüseyn arasında olan dava da bu söhbətdən yaranıb. Yezid içki içmək, rəqs eləmək, musiqi dinləmək tərəfdarı imiş. Hüseyn isə əksinə. Ona görə də aralarında münaqişə yaranıb. Hər halda hadisəni təfərrüatı və ya dəqiqliyi ilə bilmirəm. Eşitdiyimi yazıram. Şayiə ola bilər. Bir şeyi isə dəqiq bilirəm ki, bizim millətin çoxu içməyin qaydasın bilmirlər. Elə ona görə də haram buyurulsa yaxşıdır :))) Yeri gəlmişkən, Darvin də sübut edib ki, musiqini xoşlamağımızın səbəbi onun cinsi əzalar və ya hüceyrələrə müəyyən qədər təsir göstərməsidir. Daha aydın ifadə edə bilmirəm fikrimi. Çoxdan oxumuşam ingilis dilində olan jurnaldan. Tapsam təfərrüatı ilə yazaram.Qeyd edim ki, həmin hüceyrələr insanın müxtəlif yerlərində, orqanlarında (beyindən tutmuş ayaqlara qədər) ola bilər. Fikrim yanlış anlaşılmasın.
bloqçu

Sizi başa düşürəm, amma vallah içki içmədiyi halda belə elə rəqs edənlər var ki, içənlər onların yanında qələt eləyər.


Bəli musiqi dinləməklə rəqs eləmək başqa başqa şeylərdir, amma sən ya bu musiqinin təsiindən, ya içkinin təsirindən ya da nə bilim hər nəyinsə təsirindən edirsən də bu rəqsi. Bu halda isə həmin "çərçivə məsələsi" meydana çıxır. (burda içgi istisnadır) Əslində çox şey insanın özünü necə aparmasından, ağlından, düşüncəsindən asılıdır. Ağlı olan öz rəftarına da, hərəkətinə də, rəqsinə də fikir verəcək.


Hər halda maraqlı fikirlərdir, hamınıza bölüşdüyünüz üçün minnətdaram, çünki bu məsələ mənim özümə də qaranlıqdır və bu haqda insanların fikrini bilmək və ən əsası da dərin bilgilərə sahib olmaq istərdim. Mənə qaranlıq qalan mövzulartda mənim də yalnışım ola bilər. Bunalara görə də yazılarımda, fikirlərimdə bir yalnışım, bir səhvim olarsa qüsuruma baxmayın.

Fortuna
Bir dəfə rəfiqəmin qardaşının toyunda idim. Təbii ki, kollektiv hamısı dostlar idi. Hətta bəyə surpriz edib onun üçün xüsusi müğənni də gətirmişdik ki, Hadisənin mahnisini oxusun. Nədənsə onun mahnılarını istəmişdi. Adətən toyda diskateka olanda yerimdə otururam. Ancaq bu dəfə heç cürə alınmadı. Kənarda dayanıb bu mahnını oynaya bilməyən bir dostumla əl çalıb oynayanları yola verirdik ki, bu zaman qəribə bir məqam ilə rastlaşdıq bir hicablı qız bu musiqini elə oynayır elə oynayır dəhşət. Qızın geyimi çox kamil idi. Yəni bəzək filan heç nə yox idi. Hicab filan tam ölçülərində idi.  Bilirəm ki, İslamda naməhrəmin yanında oynamaq haramdı. İçki məclisində də oturmaq haramdı. Düzdü bu qız başından bəri toyda oturmuşdu mənə qəribə gəlməmişdi hətta Azərbaycan mahnılarini oynamışdı o da qəribə gəlməmişdi. Ancaq Hadisənin mahnısına oynamağı elə gülməli görsənirdiki çək ver verlişə baxıb gülsünlər yəni. Məncə İslamı belə oyuncağa çevirmək olmaz kimsə Hicab taxırsa gərək heç olmasa geyiminə fikir verib özünü gülüş hədəfinə çevirməsin. Axı heç olmasa güllü bəzəkli nə bilim Hade usulu və sairə formada hicab taxsaydı və geyimi bir  balaca qısa olsaydı keçmək olardı ki tam İslamda deyil. Bu tamami ilə mükəmməl geyinmişdi. Ancaq elə oynayırdı ki, elə bil əməlli başlı işki də içib. İçki məsələsini Yalan deyərəm ancaq kənardan elə təəsurat yaranırdı.  
Ay hörmətli hicab taxanlar, «Ya göründüyünüz kimi olun, ya da olduğunuz kimi görünün».
Elvin85
Onu evdən məcbur geyindiribmişlər, daxili ilə xarici çulğaşmır. :)
Elşən
Qizi məcburi geyindirməyiblər. Ailəsi hicab taxmağına razı deyil. Toyda mən də var idim. Bəziləri bu maraqlı rəqsi telefona çəkirdi.

Ancaq mənim üçün əsas şok hicablı ilə əlaqədar olmadı müğənni ilə əlaqədar oldu. Bir iş mənə dərs oldu ki, bəy olmur kim olur olsun kiminsə istəyini həyata keçirəndə gərək istəyə baxasan. Nə olsun ki, bəy istəyib bizim ağlımız harada idi ki, toya elə müğənni gətirmişdik. Hicablının vəziyyəti bizim vəziyyətimizdən pis deyildi məncə. Utandım yerə girdim.
Fortuna
Olacaq qalmaqalı nəzərə aldığım üçün yerimdə otura bilmədim. Artıq o mahnıdan təxminən 1saat əvvəl belə halın yaşanacağı sənə bilmirəm ancaq mənə məlum idi. Bu səbəbdən müğnninin mini diski məsələsində bəyin bacısı ilə problem yaratdıq ki, disk oxutmağa yer yoxdu. Aramızdan hansısa ağıllı daha bir surpriz edib taksi ilə evə gedib DVD gətirdi. Sadəcə o musiqi rəqs qalmaqal üçün münbit şərait yaratdı. Unanıb yerə girən təkcə sen deyildin. Mən o toyda olanlardan sonra 1 ay depresiyadan çıxa bilmədim. Ancaq bunun mövzuya aidiyyatı yoxdu. Bunun günahı musiqidə deyildi. İçkidə və müəğənninin geyimində idi. O toydan sonra içki olan Toya tamami ilə qarşıyam.
tutmos
Hansı müğənnini deyirsiz? Hadisənin Dum tek-tek mahnısını hansı azərbaycanlı oxuyur?
Elşən
Fortunanın sözlərindən sonra adını deməyim düz çıxmır. Efirdə bu mahnının Azərbaycanlı tərəfindən oxunub oxunmadığını deyə bilmərəm ancaq həmin mahnının məhşur vaxtlarında təlabat olduğu üçün hələ üstəlik sifariş olduğu üçün oxunub.
Westsider
«Tam İslamda deyil». Hahaha))))) «Yalnız Azərbaycanda» silsiləsindən…
Bilici

gic-gic hərəkətlər, striptiz, qışqır-bağır başqa MUSİQİ, İNCƏSƏNƏT başqa bir şeydi


Birdə ki İslamın Əsas məsələlərini, hamı tərəfindən şəksiz bəyənilən tərəflərini bir qırağa qoyub bu cür bölünməyə səbəb olan mövzuları niyə açdığınızı anlamıram


İslamdakı bölünməyə səbəb də bölünməyə yön verən bu cür mövzulardır

Fortuna
Bu məsələlər ixtilaf yaradan məsələ olmamalıdı İslamda.  Sadəcə bəzi «islam alimlərinin» təhrifləri nəticəsində belə bir hal yaranıb. Məsələn yadımdadı bir neçə qadın bir məclisdə dava saldı ki, müğənni tək oxuyur haramdı. Qrup şəklində oxumalıymış. Maraqlıdı ki, belə qanunu haradan çıxarıblar bilmirəm. Sonra deyirlər ki, İslamda hər şeyin məntiqi əsası var. İndi bir başqa dinin nümayəndəsi bunu insanın üzünə vuranda nə deyəsən necə haqq qazandırasan ki, tək oxumaq olmaz gərək duet oxuyasan.
Yenə deyirəm Qurana əsasən getməlidilər hədisi Quran təsdiqləmirsə o hədislə hərəkət etmək dində aləmi qatıb bir birinə. Hədislərin hansı saxtadı hansı səhihdi hər bir firqənin qəraqı fərlidi.
Belə ixtilaflar var biz danışmasaq da mövcuddu. Ən azından danışıb insanları maarifləndirə bilərik ki, özlərindən mənasız fikirlər çıxarmasınlar. Və yaxud artıq mövcud mənasız fikirlərə uymasınlar.
Elvin85
Sözünə qüvvət bir dindar tanışım var idi, onun da bir mövhumatçı dindar dostu. Evlərində görüb ki, qolunun altında bir yastıqlıq tük var dostunun, deyib a kişi qolunun altını təmizlə də, bu nədir yayın günündə? Dostu da əla cavab vermişdi: Məhərrəmlikdir, olmaz, haramdır. :)
səlahəddin
Dindar olmayan insanlarda bundan da pis hallar olur.Gərək onların hamısını qeyd edək? Bir nəfərə görə bütün müsəlmanlara bunu aid etmək olmaz.Peyğəmbərimiz (s.ə.v)təmizliyi,səliqəni buyurur.
Silen_ce
ONLAR bir nəfər deyil, bütün ölkəni bürüyüblər
şərh silinmişdir
Westsider
Açığı 7 il İslam təmayüllü liseydə oxuduğum zaman bir dəfə də olsun musiqinin haram olduğunu eşitməmişəm… Vallah bilmirəm, bəlkə qulaqlarım kar olub…

Şəxsən mən diskotekalara getmirəm, konsertdə sonuncu dəfə 2 il əvvəl yarım saatlıq olmuşam, ondan əvvəl isə hardasa 2000-ci ildə… Musiqiyə də 2007-dən normal qulaq asmağa başlamışam…

Haram nə ola bilər, hələ də başa düşmürəm…

Onda, məni bağışlayın, Azərbaycan himnini çalmaq, oxumaq olmaz da… Haramdır!!!
Wizard
Musiqi haram yox, sadəcə olaraq bəyənilmir. Yəni haram deyil. İndi Saz havası haramdı? Siine və Sinezenler musiqi şeklinde deyilir, amma haram sayılmır.