Aparıcının nitqi

Ara-sıra sizin də gördüyünüz kimi “Jurnalistikanın on qızıl qaydası” kitabından maraqlı saydığım yazılardan yerləşdirirdim. Bu dəfə isə isəyirəm Erik Fichteliusun sözlərindən, fikirlərindən yox, efirdə danışan aparıcılar haqqında öz fikrimi bildirmək istədim.

Bəzən aparıcılar efirə çıxdıqlarında mikrofon və ya kamera qarşısında danışdıqları zaman çox səhvlərə yol verirlər. Belə çıxır ki, özlərinə sadiq ola bilmirlər, halbuki olmalıdır. Fikir vermişəm ki, aparıcılar bəzən çox tez-tez kağıza baxır, elə olur ki, sən onun gözlərini düz-əməlli görə də bilmirəsən. Bu zaman düşünürsən ki, daha burda efirlik nə xəbər oldu ki? Axı dinləyici, yaxud tamaşaçı mətni kağızdan oxumaq yox, onun la danışmağa səy göstərmək lazımdır.

Və ya olur ki aparıcılar çox vaxt “ııııııı”, “eeeeee”, “mmmm” kimi və s. səslər çıxararaq fasilələrə yol açır, sonra yenidən davam edirlər. Məncə efir üçün belə hallar çox xoşagəlməzdir.

Bəzən isə artıq sözlərə yol verilir, bu da öz növbəsində tamaşaçını yorur. Bəzən də ki mətnlər çox solğunolur. Yəqin ki, insanın söz quyyusu dolu olmalıdır ki, insan danışan zaman səhvlrə yol açmasın, sinonimlərdən, əlavə sözlərdən istifadə edə bilsin. Ələlxüsus da ki aparıcı. Çünki yuxraıda qeyd olunan səhvləri adi insanlara keçmək olar, amma aparıcılar belə səhvlərə yol açdığı zaman bu çox pis qarşılanır. Buna görə də onlar daima öz üzərilərində işləməlidilər. Söz ehtiyatlarını artlrmalıdılar, danışıqlarına fikir verməlidilər ki, dilləri topuq vurmasın.

jurnalistika, mikrofon

Onun dilindən cümlələr yağ axib süzülməlidir ki, dinləyici və ya tamaşaçı da rahatlıqla dinləyə bilsin. Təəssüf ki bu gün bir çox televiziya aparıcılarında gördüyüm hallar çox xoşagəlməzdir. Mürəkkəb cümlələr, sərt danışıq tərzi, çaşmaq, fasilələr vermək, kağızdan oxumaq və s. Amma bəzən elələri də olur ki, onları böyük həvəslə dinləyirsən.

Bədahətən danışıq çox önəmlidir. “Sinə dəftər” ifadəsi tək meyxanaçılara aid deyil, aparıcıların da sinəsi sözlə dolu olmalıdır, danışığı səlis olmalıdır. Bunun üçünsə çalışmaq, hazırlaşmaq, oxumaq və söz ehtiyatlarını artırmaq lazımdır. Bu zamn inanıram ki, hər şeyu qaydasında olar.

 

2 şərh

Silen_ce
ANS-də «Xəbərçi»-yə yəqin ki baxırsınız. Oradakı aparıcıların dilləri nadir halllarda topuq vurmur.