Uğurlar!

Nəhayət ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının günləri açıqlandı.

III qrup - 4 iyul
I qrup - 11 iyul
IV qrup - 17 iyul
V qrup - 23 iyul

Hələ vaxt var, sadəcə içimdən uğur diləmək gəldi. Bizim də bir çox tanışlarımız, qohumlarımız var ki, bu il ali məktəblərə sənəd veriblər. Bütün abituriyentlərə uğurlar arzulayıram. Ümid edirəm ki, hər şey yaxşı olacaq və hər kəs biliyinə görə haqqı olan yerə də nail olacaqdır.
Mən özüm xatırlayıram ki, imtahan vaxtı həyəcandan tir-tir əsirdim. Bəlkə də nəbzimi yoxlasaydılar döyüntülərimdən yer-göy dilə gələrdi. Amma, nəyə lazım o həyəcan?! Əbəsdir və gərəksizdir. Axı burda nə var ki?! O həyəcan çox şeyə mane olur, insan bildiklərini də unudur.

Abuturiyentlərə məsləhət görərdim ki, narahat olmasınlar və qorxmasınlar, burda qorxulası heç nə yoxdur; canlarını sıxıb, həyəcanlanmasınlar. Hər şey yağ kimi gedəcək. Bol-bol şans..
 

0 şərh