Donuz əti niyə haram imiş?!

donuz haramdır

 

Şəklin keyfiyyətinə görə üzr istəyib, gözlərinizi ağrıtmamaq üçün, şəkildəki yazını nəql edirəm:

“Bildiyiniz kimi heyvanlar arasında ən qeyrətli xoruz hesab olunur. Misirin yeyinti sənayesinə aid labora-toriyaların birində təcrübə aparılmış, 9 toyuq və 1 xoruzdan ibarət hinə qıraq xoruzu buraxmaq istədikdə, hinin xoruzu qıraq xoruzu hinə buraxmır. Lakin, donuzun sümüyünü toz halına salaraq bir neçə ay xoruzun yeməyinə qatdıqdan sonra, həmən qeyrət sahibi olan xoruz, hininə digər xoruzu buraxır.

Yediyimiz qida məhsullarının tərkibinə fikir verək ki, Xanımlarımızın açıq saçıq və dar geyimlərinə laqeyid baxmayaq.”

Bu yazı 2010-cu ilə aid təqvim vərəqəsinin arxa hissəsində “Niyə Donuz əti haramdır?” adı altında yazılmış bir yazıdır.

 

14 şərh

Elsamir

hörmətli bloqçu əgər bir şey Allah tərəfindən haram buyurulubsa bunun müzakirəyə qoyulması məncə müsəlman olan adamın işi deyil


mənim fikrim belədir

fidan
Allah həm də buyurub ki,elm öyrənin. Eksperiment aparmağa islamda qadağa qoyulması haqda eşitməmişəm.
Elsamir
birdə ki başqalarını yox məhz niyə bu donuz əti və şərabı daha çox eksperimentə qoyurlar
IDEAL
Birdə ki nəyi eksperimentə qoysan ziyanlı məqamları mütləq tapılacaq. Məncə də bu məsələ belə həll olunmamalıdı. Məsələn siqaret və narkotik barədə Quranda məlumat yoxdursa bu o demək deyil ki bunlar halaldı. Bu onu göstərirki məsələyə başqa cür yanaşmaq lazımdı. Yəni Qurandakı qadağalar sırf ziyanlı olduğu üçün edilsəydi yəqinki narkotik və siqaretdə və s. ziyanlı digər məsələlərdə bu siyahıya əlavə olunardı.
ramzes
Fidanın fikiri ilə razıyam, İslamın düşməni olanlar Quranı öyrənmək üçün müsəlmanlardan çox oxuyur. Bir çox alimlər öz kəşflərini Qurandakı ayələrdən götürüblər, müsəlmanlara niyə olmasın ki? Beşikdən qəbirə qədər elm öyrən.
Elsamir

onda mənə Allahın vaxtilə nəyə görə israiloğullarına dəvə ətini haram buyurduğunu söyləyin


ama indi bizə halaldı

Samad
Elsamir,deve etinin ne vaxtsa onlara haram buyuruldugu yehudilerin uydurmasidi,Qurani kerim,Ali Imran suresi ,aye 93..hech zaman deve eti hech kim uchun haram buyurulmayib..indi yehudiler Qurana shubhe yaratmak uchun bu shaieden istifade edir...amma ele shey yoxdu..tesdiqi--Quran,Ali Imran 93
Zərrə
Elm öyrənmək bir müsəlmana nəinki lazımdı, hətta hədisin təsdiqiylə hər bir müsəlman kişiyə və qadına elm öyrənmək fərzdi. Yəni, düşünün namaz da fərzdi, oruc da fərzdi, zəkat da fərzdi elm öyrənmək də fərzdi. Amma o elmi Rəbbini daha yaxşı tanımaq üçün, insanlığa faydalı olmaq üçün öyrənəsən. Tanımadığını necə sevəsən ki? Namaz ünsiyətdi, tanımadığınla nə ünsiyət quracaqsan ki. Bəzilərinin «dua edə bilmirəm» ifadəsi yadıma düşdü. Tanımadınki danışasan, bilmədinki sevəsən. Bəs Allahı necə tanıyıb necə biləcəyik? Tanımadığımız bir sənətkarı əsərindən bilərik, sevərik. Allahın əsərləri nələrdir. Gözümüzün görüb, ağlımızın dərk edib, xəyalımızın təsvir edə biləcəyi hər şey.  Yəni bu kainat kitabı. Bəs bu kitabı necə oxuyacayıq? Bütün günü oxuduğumuz kimya, fizika, həndəsə, cəbr, bütün fənlər kainat kitabını bizə izah etmirmi? Hər bir fənn Allahın bir isminə dayanır, və bir ismini anlamağa kömək edir. Əlbəttə imanlı bir həkim, bir bioloq Rəbbimizin Xaliq( Yaradan) ismini adi, avam adamdan daha yaxşı anlayacaq, daha yaxşı tanıyacaq. Daha yaxşı tanıdığı üçün daha çox sevəcək, insan da sevdiyi üçün nələr eləməz ki?!  Quranın dili ilə desək" Bilənlə bilməyən bir deyil", «Allahdan haqqıyla qorxan yalnız alimlərdir».
Qanuni Sultan Süleymanın dövrünə kimi elmdə də yüksəldik, imanda da. Necə deyərlər iki qanadlı idik. O vaxta kimi fənn bilikləri ilə mənəvi biliklər paralel öyrədilirdi. Şərqdəki Nizamiyyə mədrəsələri və oralardan çıxan dahilər bunun sübutudu. Sarbona onlardan yüz il sonra quruldu. Amerika hələ kəşf olunmamışdı.
Elə ki dinin şəriət qanunları mədrəsədə, «təbiət» qanunları məktəbdə keçildi qanadımızın biri qırıldı. Tək qanadla da haraya qədər uçasan ki?! Fənlərin vasitəsiylə Kainat kitabını oxuya bilməyən müsəlman, o kitabın təfsiri olan Quranı da anlmaz oldu. Rəbbini haqqıyla bilmədi, Peyğəmbərini haqqıyla tanımadı. Din də getdi, dünya da.
İnsan bilmədiyi şeyi sevə bilməz. Sevmədiyi birisinə də itaət etməz. Sevdiyinin qulu olur.
IDEAL
Elsamiri yəqin qane etməyən məqam eksperimentin qeyri ciddiliyi və elmi əaslarının anlaşılmazlığıdı. Yəqin ki bioloqlar daha yaxşı izah edər. Yəqin ki Elsamir bir müsəlman kimi bunun təzadlı tərəflərini açıqlamaq istəmədiyi üçün belə yazıb. Mən isə açıqlamaq istərdim ancaq öz sahəmlə əlaqəli olmadığı üçün elmi açıqlama verəcək məsuliyyəti üzərimə götürə bilmərəm. Bir də bir məsələni demək istərdim əgər həqiqətəndə bu eksperiment ciddi deyilsə bunun İslama ziyandan başqa nə xeyri var ki? İnsanları elmdən çox mövhumata sürükləyər. Əgər hər hansı bir elmi əsaslarla açıqlaya biləcək biri varsa açıqlasın müzakirə bu istiqamətə yönəlsin. Fərqi yoxdu bu izah eksperimetin lehinə və ya əleyhinə olsun. Onsuzda yalanla özümüzü aldatmağa nə ehtiyac var ki?
Elsamir

bax elə ürəyimi oxudun


yəni Allah rizası üçün nəsə etmək istəyirsənsə düzəməlli bir şey elə

IDEAL
Niyə izah etmirsən ki? Bu faktı hansısa müsəlmanın digər din nümayəndəsinə deyib İslamın imecinə zərbə vurmağımı yaxşıdı?  Mənim biologiyadan başım çıxsada dediyim kimi elmi açıqlama verməyim doğru çıxmaz
Zərrə
Donuz əti ancaq Quranda görə deyil, İncildə və Tövratda da haram buyurulub. Əlbəttə Allahın bir əmrinin bəlkə də min hikməti var. Hər kəs də birini tapıb ortaya qoyar.
Bir videonu izləmişdim. Duzu səhv eləmirəmsə danışan xristian idi. Təqribən belə yadımdadı: Əti halal olan heyvanların həzm sistemi donuzun həzm sistemindən daha uzun və daha mükəmməldi. Əgər digər heyvanlarda bu proses  24 saatdısa( səhv eləmirəmsə inəkdə deyir), donuzda 4 saatdı. Donuzda adətən natəmiz şeylər olur. Həzm prosesi də sürətli olduğu üçün yediyi qidaların tərkibində toksinlər- zəhərli maddələr məhv olmur, qalır, bir neçə saat sonra donuzun ətinə keçir, bir neçə saat sonra da o ətdən süfrənizi bəzəyən qəşəng bir xörək bişirirlər… İslamda cana qəsd haramdı. Can da əmanətdi. O sistemi xəbərimiz də olmadan Allah o cür mükəmməl işlədir. Yemeək yemək kimi ən adi bir prosesin 100 faizindən biri bizim əlimizdədi. O da yeməyi ağzımıza aparmaq. Ondan sonrakı 99 faizi icra edən hər halda şüursuz hüceyrələr deyil. Onlar bir şüur sahibinin əmriylə işləyirlər. Əmanətə əmanət sahibinin istədiyi kimi davranarlar. 99 faiz bədənimizi idarə edən Allah, deyib kimi mənim əmanətimdən içəri donuz əti girməsin. Burda anlaşılmayacaq nə var ki? Azərbaycanın mülkiyət məcəlləsinə görə belə mülk sahibi kimdirsə istifadə haqqı da ona aiddi. Həm Allah qida olaraq saysız hesabsız nemətləri biz sevdiyi qullar üçün yaradıb. Düşünün bir üzümün bəlkə də yüzlərlə növü var. Halalından ye kef elə də.
Necə deyərlər " Halal dairə keyfə kafidi".
Zərrə
Çox üzr istəyirəm bir az vaxtımın darlığından sürətli yazas oldum. Donuzun həzm sistemi daha uzun deyil, daha uzun müddətlidir.
Zərrə
Səhvlərimə görə çox üzr istəyirəm. İnsan nə qədər çalışsa da qüsurlardan uzaq ola bilmir. Sürət artdıqca keyfiyət aşağı düşür. İki işi bir arada görmək istəyən insanının ya başı qarışacaq, ya işləri qarışdıracaq. Yeganə Rəbbimizdi ki, eyni zamanda inanılmaz sürətlə, inanılmaz asanlıqla zərrədən günəşə qədər hər şeyi mükəmməl idarə edir.
Subhanallah…