Dönər qurbanı..

Mən dönəri çox sevirəm! Əl-əxsus da ağ-yumşaq xəmirlə dolanmış olan şavermadan (şaurma) ötrü canım gedir.  Onun xüsusi souzu da var ki, bunu daha çox bəyənirəm.

Amma, dönər sevməyimə baxmayaraq çox zaman bundan imtina etməli oluram. Səbəb isə sağlamlıq dərdi, xəstəlik, natəmizlik – bunlar məni dönər almaqdan çəkindirir. Ümumiyyətlə, dönərin xeyri yoxdur ki, ziyanı var!

Bəzi yerləri çıxmaq şərtilə, bir çox dönər hazırlanan yerlərə, əllərə güvənim yoxdur.  Yer necə yerdir, təmizliyə riayət olunurmu, tərəvəzlər yuyulurmu, ət hardan gəlib, hacanın ətidir, o ətin bişmə dərəcəsi və neçə saat saxlanma müddəti var ki, bu müddət heç bir gün belə deyil - bunlara riayət olunurmu?!

Bir çox dönərxanalar da düz yolun üstündə, orda maşınlar, insanlar hərəkətedir, toz-torpaq və s. Əslində çöldə-bayırda yerləşən dönərxanalardan dönər almaq, ümumiyyətlə, düzgün deyil. Çünki, dönəri hazırlayan da və onun pulunu alan da eyni adamdır. Yəni pul çox mikroblu bir şeydir, dönərçi isə hər alıcını yola salandan sonra əllərini yumur. Yəni belələri çoxluq təşkil edir.

Amma, bütün bunlara baxmayaraq bəzən elə olur ki, harasa gedəndə acından ölürsən və məcbur olub hansı kafe olur-olsun ya da dönərxanaya üz tutub  dönər alırsan və birbaşa mədəyə..

Yəni bəzən bir çox şübhələri bir kənara atıb, dönər və ya başqa pişkinti məhsullarından ala biirsən. Elə bu anda bir xəbər gəlir ki, yenidən o şübhələrə dalıb, bir daha təmizliyindən, düzgünlüyündən əmin olmadığın yerdən dönər almayacağına qərar verirsən.

Məsələn elə xəbərlərdən biri: 2009-cu ilin noyabr ayıın 23-ü Yasamal rayonunda yerləşən dönərxananın dönərçisi özü hazırladığı dönərdən zəhərlənərək xəstanaya qaldırılıb və təəssüf ki həyatını xilas etmək mümkün olmayıb. Necə də qorxunc bir hadisə.  Orda nə qədər insan yaşayır, o yana, bu yana o qədər insan hərəkət edir ki, o qədər ac olan olur ki – gör nə qədər itki vermək olardı.

doner1

Onsuz da insanlara ziyan olan şey hər zaman nəticəsini o an baş verən ölümlə nöqtələmir. Yəni xarab, natəmiz bir şey hər birimizə təbii ki, ziyan vurur. Bunun  nəticəsi  isə özünü o an olmasa belə, zamanla biruzə verəcəkdir. Cana hansısa bir xəstəlik, hansısa bir mikrob qədəm qoyur vəssalam! Gəlin, təmizliyindən, düzgünlüyündən əmin olmadığımız yerlərdən dönər və başqa pişkinti məhsulları almayaq. Sağlamlığımızı zəhər, xəstəlik, mikrob oxuna tuşlamayaq, onu qoruyaq!

0 şərh