Xarıbülbül

xarıbülbül haqqında

Xarıbülbül. Bu çiçək haqqında yəqin ki hamımız eşitmişik və bu təbiidir, çünki, bu gözəl çiçək Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın diri rəmzidir. Bəli, hamımız eşitmişik, lakin adından başqa, bu gül haqqında nə bilirik? Deyilənə görə bu gül yalnız Şuşada bitir. Lakin, mən onun Laçında, Gədəbəydə, Xızı dağlarında da bitdiyini eşitmişəm, Şamaxı rayonunun Pirqulu qəsəbəsində isə onu öz gözümlə görmüşəm. Onda Xarıbülbülü ilk dəfə idi ki görürdüm. O zaman mənə bu gül haqqında gözəl bir əfsanə danışdılar:

“Biri varmış biri yoxmuş, bir dənə bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Günlərin bir günündə bir arı gülü görür və onun şirəsini dadmaq istəyir. Həmən an bülbül arının gülə doğru uçmağını görüb, sinəsini qabağa verib, tez arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, onun sevgisi və cəsarəti onu, sancdığı arıyla birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir”.

xarıbülbül

Başqa bir əfsanə də var ki, Qarabağ xanı öz qızını İran şahına ərə veribmiş. Xan qızı İranda darıxır, sıxılır və şah onun ürəyini açmaq üçün sarayda “Vətən bağının” salınmasını əmr edir. Bağ salınır və Qarabağda bitən bütün güllər, bitkilər gətizdirilib, bu bağda əkilir. Bu bitkilərin hamısı kök vurub, gül açır, bircə Xarıbülbül yad torpaqda bitmir, solur.

Xarıbülbülün digər adı da var – Qafqaz Qaş Səhləbi. O, toxumla çoxalan çoxillik bitkidir. Xarıbülbül Orxideyalar (Orchidaceae lat.) fəsiləsinə, Ofris (Ophrys lat.) cinsinə aiddir. Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində və ümumiyyətlə Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir.

Xarıbülbül adlandırdığımız bitki latınca – Ophrys Caucasica və ya Ophrys Mammosa adlanır, lakin mən təxmin edirəm ki, Ofris cinsinə aid olan və Azərbaycanda bitən bütün növlərə el arasında Xarıbülbül deyilir. Ophrys – yunan mənşəli sözdür, mənası “qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı “baxmağını” eyham ediblər.

Ofrislər bir çox orxideyalar kimi, kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lüzum olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur – onlar məhv olur. Ofrislərin tozlanması zarqanadlı (eşşəkarısı və başqaları) həşəratların köməyi ilə baş verir və onların çiçəkləri həmən həşəratların formasını və görünüşünü təkrarlayaraq, həşəratları özünə cəlb edir. Ofrislərin çiçəkləri şirə ixrac eləmir, ətri isə demək olar ki yoxdur. Lakin, bəzi növlərinin gülləri, müəyyən növ həşəratların dişi fərdlərinə xas olan və erkək fərdlərini cəlb edən feromonun iyinə oxşar ətir qoxuya bilər. Təbii ki, həşəratları Ofrislərin xüsusi görünüşü ilə bərabər bu qoxu da cəlb edir. Bu görünüşə və bəzən də qoxuya, maraq göstərən həşərat, bir güldən digərinə uçur və beləliklə, tozlanma prosesi baş verir. Göbələklərdən və müəyyən növ həşəratlardan asılı olması Ofrisləri ətraf mühitin dəyişilməsinə çox həssas edir. Buna görə də bu bitkilər nadir bitkilər hesab olunurlar. Onlar dövlət tərəfindən qorunurlar.Xarıbülbül (Ophrys Caucasica) və Ofrislərin bir çox başqa növləri isə hətta Qırmızı kitabda qeydə alınıblar


Bu, həqiqətən də gözəl bir gülü görüb və onun haqqında belə maraqlı əfsanələr eşidəndə mən onunla maraqlanmağa və ordan-burdan, qırıq-qırıq məlumat yığmağa başladım. Öyrəndiklərimi hamıyla bölüşmək istəyirəm.

Bəli, Xarıbülbül yox olma təhlükəsi altındadır. Hörmətli oxucular, buna görə də, əgər bu gözəl gülü, hardasa görsəniz, xahiş edirəm onu dərməyin. Yaxınlarınıza aparıb göstərmək istəsəniz isə, yaxşısı – onun şəklini çəkib aparın ki, bu gözəl güllər itməsin, daima bizim gözümüzü oxşasın və bizdən sonrakı nəsillər də onları canlı görə bilsin. Bir də ki, dostlar, əgər sizin də Xarıbülbül haqqında hər hansı bir məlumatınız varsa xahiş edirəm şərh vasitəsiylə siz də biliklərinizi hamımızla paylaşasınız.

Həsənəlizadə Ramin

 

10 şərh

IDEAL
Bübül və gül barədə əfsanə maraqlı idi. Əslində hər birimiz yunan mifləri barədə az çox məlumatımız olsada öz xalqımızın əfsanələrindən xəbədar deyilik. Başqa xalqlar öz miflərinə aid qalaq-qalaq kitablar yazdıqları halda, bizim alimlər bu mifləri normal şəkildə araşdırmırlar. Təəsüf ki, belə əfsanələri sistemli şəklə salıb izahlarını verən heç bir kitaba rast gəlməmişəm.
bloqçu
Təəssüf ki… İş bizim özümüzə qalır. Yəni yazının müəllifi Ramin kimi özümüz gərək araşdırıb, tapıb öyrənək…
Nailə_Rzayeva
Mən demək olar ki, gülün özünü də birinci dəfədir burada görürəm. Maraqlıdır…
Ferbara

Hamı eyni şeyi edir.


bloxoo


Forumda da var.


Link yerləşdirən də var. Deyəsən bu bizim Leyladı.


və s.


 

bloqçu

Hörmətli Ferbera,
birincisi yazının sonunda Həsənəlizadə Ramin yazaraq  müəllifin bloquna keçid vermişəm, sizin bunu etməyuiniz vallah artıqdır. Yazıya sonuna kimi diqqət yetrsəydiniz bunu görərdiniz.

İkincisi qeyd etdiyiniz forumda ümumiyyətlə müəllif hüququ pozulub..Sabah şəxsən özüm o foruma üzv olub, orda bunun bərpasını tələb edəcəm. Özümdə buna haqq görürəm. Çünki, yazınınn müəllifi mənə yad deyil, əksinə mənə ən yaxın olan şəxsdir.

Üçüncüsü də ki, ola bilsin ki, sizin xəbəriniz yoxdur, agah edim ki, shebnem.canlı.az bloqunun sahibi mən özüməm. Demək ki, burdakı yazılarımın da müəllifi mənəm. Mən bunu bu saytda artıq qeyd eləmişdim.

Dördüncüsü də budur ki, HTML-nəzərinə çatdırım ki, əgər adminstrasiyadan qadağa yoxdursa, demək ki, mən müəllif olaraq öz yazılarımı harda istəsəm orda da yerləşdirə bilərəm. 

Beşincisi də ki, indi gecdir, inşallah sabah yazılarımı burdan silərəm. Beləliklə, bir çoxlarının da reytinq söhbəti bağlanar.

Di gecəniz xeyirə qalsın.

Ferbara

Birincisi sizə haqq qazandırmır.


Üçüncüsü bir məqaləni iki yerdə yerləşdirməyin nə mənası. Ondansa, öz profilinizdə qeyd etdiyiniz saytın ünvanını göstərib «buyurun, bu da mənim» deyin, bilək.


Xeyrə qarşı.

HTML
bloqçu,yəni siz elə fikirləşirsiniz ki,söhbət reytinqdədir? Sizi bu qədər dar düşüncəli bilməzdim.
Mənim reytinq heç vecimə də deyil. İstəsəniz bir dənə bilərəkdən elə mövzu qoyum ki,minus 10 olum.Mənim üçün problem deyil.
Təbii ki,bu işə administrasiya baxır,özünüz bilərsiniz. İstəyirsiz lap hər şeyi silin,mənə aidiyyatı yoxdur,çünki həmin bloqlarda nəsə komment yazmamışam.Qoy kimin şərhləri itəcəksə onlar özlərinə qarşı bu hörmətsizliyə cavab versin.
Mən istəyirəm ki,saytda hər şeyin ən yaxşısı,ən mükəmməli olsun.eləcə də Ferbara. Düzünü desəm sizin bloqlarınız maraqlıdır,amma mənim xoşuma gəlmir ki,saytda copy-paste olsun.Burada variantlar budur ki:
1.ya həmin postlar yalnız canlida olsun
2.ya yalnız kayzendə olsun
Əgər sayt istifadəçiləri fikirləşirsə ki,mən nəyisə səhv deyirəm,desinlər.bəlkə onların daha yaxşı təklifi var.
Kaka
haştımel sənə haladı. Ləzzət eləd söhbətin. Bu kayzeni gəlin birlikdə qoruyaq. Doğrudan da orijinal məqalələr olmalıdır ki, sayt başqalarından seçilsin. Yoxsa bu qədər əməyimizin nə faydası…
lala2002i

qeseng guldu hec gormemisem insallah gorerem...:))))))))))))))):XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX ELA MƏTNDİR