Xərçəng bürcü

Xərçənglə ilk söhbətə başlamaq üçün, öncə ona məsləhət almaq məqsədilə müraciət edin. Xərçəng ürəklə, canbaşla cavab verəcək. Amma nəbadə söhbətə «mən sizi haradasa görmüşəm» — ilə başlayasız. Onların çox gözəl yaddaşları var.
Həmsöhbətiniz qadın Xərçəngdirsə uşaqlar haqqında danışın, onlar uşaqları çox sevirlər. Əgər kişi Xərçəngdirsə, onda siyasət, incəsənət və ümumi tanışlardan söhbət açın.
Xərçənglərlə səmimi söhbət zamanı onun şəxsi problemləri haqqında danışmayın. Bir anlıq onlar sizə bütün problemləri, sirləri haqqında danışa bilər. Çox keçmədən, yeni tanışla bu qədər səmimi danışdığı üçün peşman olacaq. Onun münasibəti dəyişə, o hətta sizdən yan gəzə də bilər. Etibarım qazanmalısız. Bu söhbəti çoxdan unutduğunuzu ona göstərin.
İlk görüşü teatra və ya konsertə təyin edin. Xərçənglər romantik musiqiyə çox həssasdırlar. Əgər Xərçənglərə hədiyyə almaq istəsəniz, onda evdə istifadəyə lazım gələn əşyaları seçsəniz yaxşı olar. Çərçivəli şəkillər, mətbəx ləvazimatları və s.
xərçəng bürcüXərçənglər kolleksiya toplamağı xoşlayır. Hansı əşyaların çatışmadığım bilib, məhz ondan alsanız, Xərçəngin ürəyincə olar, ona dünyanı bağışlamış olarsız. Marka, kibrit qabı onlar üçün qızıl qədər qiymətlidir. Gümüş-zinət əşyalarım sevirlər. Mücrü də alıb hədiyyə etsəniz, siz onların ürəyini valeh etmiş olarsınız. Kişi Xərçənglər analarına qarşı çox mehriban olduğundan, siz də onlara xüsusi diqqət və ehtiram göstərin. Xərçənglərlə münasibətdə bunu da unutmayın ki, onlar laqeydliyi, diqqətsizliyi sevmirlər.
Kişi Xərçəngin başqa bürclərlə uyğunluğu
Xərçəng — Qoç. İlk görüşdən onlar bir-birini çox sevirlər. Amma müəyyən müddətdən sonra bu bağlılıq soyumağa başlayır. Səbəbi isə bürclərin uyğunsuzluğudur, od ilə su tutmur. Bütün münasibətlər çətindir. Ailə uğursuzdur.
Xərçəng — Buğa. Xərçəng bu münasibətə hissiyyat və sentimentallıq, Buğa isə sabitlik və ehtiyatlıq gətirir. Buğa Xərçəngin dəyişkən əhval-ruhiyyəsini başa düşür və onların həll olunmasına kömək edir. Hər ikisi keçmişə, ənənəyə bağlı konservatordur və ailəyə, evə xüsusi gözəl münasibətləri var. Bir-birilə yaxşı münasibətdədirlər, ailə uğurludur.
Xərçəng — Əkizlər. Əkizlərin narahatlığı və özünə inamsızlığı Xərçənglərlə münasibəti çətinləşdirəcək. Əkizlər əylənməyi sevir, Xərçənglər isə evdə oturmağı üstün tuturlar. Çox emosional münasibətdir. Bir çox problemlərin yaranmasına baxmayaraq, uzun müddətli əlaqələr mümkündür.
Xərçəng — Xərçəng. Bir-birinə çox bənzəyirlər. Bu da onların xoşbəxt olmasına maneədir. Hər ikisinin də çox həssas olması emosional problemlərin yaranmasına gətirib çıxarır. Ailə problemlidir, ona görə də, hər iki tərəfdən bir-birini basa düşmə və güzəşt tələb olunur.
Xərçəng — Şir. Bunlar arasında güclü dostluq və işgüzarlıq əlaqələri yarana bilər. Amma ailə münasibətləri nadir hallarda uğurlu olur, çünki onların dünya görüşü, fikirləri, ünsürləri bir-birindən kəskin fərqlənir.
Xərçəng — Qız. Bu münasibətdə Qız bürcündən olanlar aktivlik üçün müəyyən rol oynayır. Xərçəng daha emosionaldır. Fərqli xüsusiyyətlərin olmasına baxmayaraq, bir-birinə bağlılıqları vardır. Yaxşı münasibətlərdir. Ailə də uğurlu sayıla bilər.
Xərçəng — Tərəzi Xərçəngin dəyişkən xüsusiyyəti Tərəzini əsəbiləşdirir. Xərçəngin tez-tez küsməsi problemləri daha da artırır. Münasibətlər mümkündür, amma ailədə bir çox problemlər sıxa bilər.
Xərçəng — Əqrəb. Əqrəbin Xərçəngi qoruması, onun qeydinə qalması münasibətlərin daha səmimi olmasına imkan verir. Əqrəblər qısqancdırlar, elə bunun üzündən də narazılıqlar yaranır. Ailə uğurludur, bir-birinə uyğundurlar.
Xərçəng — Oxatan. Bir-birinə əks olan bürclərdir. Oxatan sərbəstliyi sevən, Xərçəngin dediyi ilə oturub-durmayandır. Xərçəng dünənlə, Oxatan hazırkı günlə yaşayır. Əlaqələr problemli, ailə uğursuzdur.
Xərçəng — Oğlaq. Oğlaq xərçəngin özünə qarşı olan tələbkarlığına və bağlılığına cavab verə bilmir. Onun başqalarından fərqlənən özünəməxsus fikirləri var. Əlaqələr daimi deyil. Ailə qeyri-sabitdir. Münasibətlərdə problemlər var.
Xərçəng — Dolça. Ailə münasibətləri uğurlu deyil. Xərçəngin söz-söhbəti Dolçanı bezikdirir. Burada hörmət və ya sevgi heç bir rol oynamır. Dostluq və işgüzarlıq əlaqələri tez bir zamanda pozulur. Münasibətləri alınmır.
Xərçəng — Balıqlar. Çətin vaxtda bir-birinə dayaq ola bilirlər. Bu münasibətdə Xərçənglər liderdir, çünki Balıqlar sevgi barədə bir qədər passivdirlər. Ailə uğurludur.

Qədim türkcə — Qucuk; Latınca — Cancer;
Farsca — Xərçeng; Ərəbcə — Sərətan;
Qədim yunanca — Karkinos  Rusca — Rak

Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından
Həmçinin bax: Xərçəng bürcü haqqında astroloji məlumatXərçəng bürcünün xüsusiyyətləri
loading...

2 şərh

şərh silinmişdir
Melisa-erdem1
Xerçeng bürcü ilə qoç  büründen olub alə quran varsa yazsın,xoşbəxt ailə heç cür alınmır?