Oxatan bürcü

Oxatanla tanış olan zaman ilk söhbəti heyvanlar haqqında başlasanız yaxşı olar. Oxatan evində it saxlamasa da, onlar haqqında çox maraqlanır. Cəngəllik qanununun cəmiyyətdə işləməsini, yırtıcılarla zəiflərin təması məsələsini açıqlayın. İlk görüşü açıq havada təyin etsəniz yaxşı olar.
oxatan bürcü latınca adı SagittariusOxatanlar hədiyyə almağı çox sevir. Bunun üçün çox pul xərcləmək lazım deyil. Bu bürcün sahibləri elə insanlardır ki, hədiyyənin bahalı və ucuz olması yox, sizin ona diqqətiniz üçün vacibdir.
Oxatanlar çox ünsiyyətcildirlər. Onların dünya görüşü çox geniş olduğundan, hər barədə söhbət etmək olur. Lakin laqeyd və passiv həmsöhbətdən tez bezirlər.
Qadın Oxatanlar evlilik təklifinə o saat cavab verməyə tələsmirlər.
Kişi Oxatanlar isə o dəqiqə cavab gözləyirlər. Cavabın uzadılması onun aqressiyasına səbəb olur.
Oxatanlar çox sentimentaldırlar. Onlar sevgilisi ilə ilk görüşü ömrünün axırına kimi unutmur, tez-tez xatırlayırlar. Hətta başqası ilə ailə həyatı qursa da, ilk öpüşü yada salır, ya da müqayisə edir.
Bu bürcün sahibləri çox ailəcanlı şəxslərdir. Əgər sizin həyat yoldaşınız Oxatandırsa, onda əmin olun ki, mağazadan ağır zənbilləri daşımaq, məişət problemlərini həll etmək onun öhdəsinə düşəcək.
Amma Oxatanlara əsla göstəriş verməyin, bu onu qıcıqlandırır. Onlar uşaqları çox sevir. Uşaqlarının bütün ehtiyaclarını özü ödəyir. Onlardan heç vaxt ciddi valideyn olmur. Ona görə də, uşaqların tərbiyəsi ilə özünüz məşğul olsanız yaxşıdır. Oxatanlar uşaqlarının heç bir sözünü yerə salınırlar. Ona görə də, çox vaxt uşaqlar ərköyün böyüyür. Bunu da nəzərə alın ki, çox vaxt ailədə mübahisə uşaqların tərbiyəsi ilə əlaqədar meydana çıxır.

Kişi Oxatanın başqa bürclərlə uyğunluğu

 
  1. Oxatan — Qoç. Bir-birinə uyğun şəxslərdir. Aralarında problem olsa belə, tez barışa bilirlər. Hər ikisinin ünsürü od olduğundan oxşar cəhətləri çoxdur. Bir-biri ilə vaxt keçirməyi xoşlayırlar. Hər cür münasibətlər mümkündür. Ailə uğurludur.
  2. Oxatan — Buğa. Oxatan Buğanın dedikləri ilə oturub-durmağı sevmir. Buğa daha çox evə bağlıdır, Oxatansa səyahəti, gəzib-dolaşmağı sevir. Uzunmüddətli münasibətlər haqqında danışmaq qeyri-mümkündür. Ailə uğursuzdur.
  3. Oxatan – Əkizlər. Hər iki bürc sahiblərinin oxşar cəhətləri vardır. Hər ikisi hər şeyin yaxşı olmasına inanır. Yeni tanışları, yeni məkanı çox sevirlər. Əsas problem Əkizlərin ailədə lider olmaq istəyidir. Bu da Oxatanların xoşuna gəlməyəcək. Güzəşt olmazsa, ailə uğursuzdur.
  4. Oxatan — Xərçəng. Bir-birindən kəskin fərqlənən iki bürc. Xərçəng sabitliyi, sakitliyi sevir, Oxatan isə həmişə yenilik sorağındadır. Dostluq münasibətləri mümkündür. Ailədə bir çox problemlərin yaranması halları ola bilər. Ailə çox vaxt uğursuzdur.
  5. Oxatan — Şir. Bu iki bürcün münasibəti hər ikisinə xoş təsir bağışlayacaq. Oxatan məsləhətə qulaq asır, Şir isə yox, buna görə də yaranan münasibətdə Şir Oxatanın üzərində liderlik edəcək. Onlar bir-birini çox gözəl başa düşürlər. Hər ikisinin oxşar cəhətləri ailənin uğurlu olmasına zəmanət verir.
  6. Oxatan — Qız. Bu bürc sahiblərinin münasibəti çox vaxt anlaşılmazlıqlarla nəticələnir. Oxatanın problemlərə laqeyd yanaşması Qızları özündən çıxaracaq. Münasibət çətin alınır. Çox vaxt Qız küsüb gedir, Oxatan tək qalır. Ailə uğursuzdur.
  7. Oxatan — Tərəzi. Tərəzinin dözümlülüyü Oxatanın ürəyincədir. Tərəzi də Oxatanın qeyri-adi ekstravaqant hərəkətlərini bəyənir. Hər ikisinə ünsiyyət yaratmaq xoşdur. Dava-dalaş üçün, dedikcə az səbəb olacaq. Münasibətlər yaxşıdır. Ailə uğurludur.
  8. Oxatan — Əqrəb. Oxatan səmimi, Əqrəb sirlidir. Oxatan münasibətlərində daimi deyil, Əqrəb qətidir. Oxatan azadlığı sevir, Əqrəb sabitqədəmdir. Oxatan tez küsüb, tez də barışır. Əqrəb isə illərlə küsülü qala bilər. Münasibətlər çətin alınır. ailə uğursuzdur.
  9. Oxatan — Oxatan. Bu bürc sahibləri bir-birinə çox oxşayırlar. Bəzən bu oxşarlıq yalnız müsbət xüsusiyyətlərə deyil, mənfi xüsusiyyətlərə də aiddir. Hər ikisi lider olmağa can atır. Ailədə tərəflərdən biri güzəştə getməyi bacarsa, uğurlu münasibət alına bilər.
  10. Oxatan — Oğlaq. Oğlağın hərəkətlərində ehtiyatlıq var. Oxatan isə çox vaxt riskə getməyi sevir. Oğlaq Oxatana qarşı çox tələbkardır. Bu isə Oxatanı yorur. Onlar bu münasibətlərdən tez bezirlər. Ailə çox vaxt problemlidir. Od ilə Torpaq ünsürlərinin bir evdə olması çox çətindir.
  11. Oxatan — Dolça. Hər ikisi qısqanc, əyləncəni sevən filosof, işgüzardırlar. Oxşar cəhətlərinə baxmayaraq, çox vaxt münasibətlərdə problemlərlə üzləşirlər. Dostluq və işgüzarlıq münasibətləri mümkündür. Böyük sevgi olmasa, ailə çox vaxt uğursuzdur.
  12. Oxatan — Balıqlar. Bir-birindən çox fərqlənirlər. Heç biri güzəştə getməyi bacarmır. Balıqları başa düşmək Oxatana çətin gəlir. Bir-birini sevsələr də, ailədə problemlər yox deyil. Çox vaxt münasibətlər uğursuzluğa gətirib çıxarır.
 
Qədim türkcə — Yay; Latınca — Sagittarius;
Farsca — Keman; Ərəbcə — Qövs, Ram;
Qədim yunanca — Texotes;    Rusca — Стрелец

Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından
 

7 şərh

ayxansevda
mən nə qədər oxatan tanıyıram, heç biri heyvanları sevmirlər, birdə ki ucuz hədiyyəni də xoşlamırlar. sınamışam. yalandan deyirlər "əsas diqqətdi", boş şeydi.
doYwanka

oxatanam ve heyvanlarida sevirem. en cox dovwanlari ))
ama taniwliqda ilk sobhet heyvan haqqda hec kes istemez kecsin mence.. ve hediyyenin ucuzu bahasi olmaz. esas insanin diqqetidi.

pascal
bəzi məqamlar mənim tanıdığım oxatanlarla uyğun gəldi, çoxu yox. Biri xüsusiyyəti deyim, çox da ünsiyyətcil deyillər. Kəlbətinlə söz qoparmaq olur onlardan. :) Ciddi valideyn olan oxatanlar da çoxdur, hərgah burda əksi yazılsa da. Yaxşısı budur, oxatan istifadəçilər öz fikirlərin bildirsinlər. Mən oxatan deyiləm, yanıla bilərəm. :)
Ferbara
Hə, çox danışmaqla araları yoxdu. :))
_BUMERANQ_
Tipik oxatan olmasam da oxatanların bəzi xüsusiyyətlərini daşıyıram. 
Xarakterimə daha çox ilim və yüksələnim təsir edib.
Dəhşət romantik və çoxdanışan oxatan da tanıyıram, təmkinli oxatan da.
Kiminsə bürcü onun haqqında konkret heç nə demir, mənə görə.  
Ferbara
Yüksələn bürcü hələ də anlaya bilmirəm. Əsasən türk saytlarında buna rast gəlirəm.
_BUMERANQ_
Yüksələn insanın doğulduğu saata görə bürcüdü. Məsələn, mənim yüksələnim oğlaqdı.