Рейтинг
+33.49

Bürclər və onların xüsusiyyətləri

22 üzv, 73 topik

Ulduz falı

Fransız bir astroloq, astrologiyanın dəqiqliyini yoxlamaq məqsədiylə verdiyi ünvana anadan olduğu yeri və tarixi göndərənlərin bürclərinə görə pulsuz xarakter təhlillərini edəcəyini bildirən elan verir. Ona yazan 150 nəfərin hər birinə eyni “bürcə görə xarakter təhlilini” və təhlilin nə qədər doğru olduğunu bildirmələri üçün bir anket göndərir. Respondentlərin 94%-i analizin onları müxtəlif dərəcələrdə xarakterizə etdiyini bildirirlər. Əslində bu təhlil qatil Dr. Petiotun xarakter təhlilidir. Bir ulduz falçısı müştəriləri ilə görüşmədiyi halda bu qədər irəli gedə bilirsə, detallara diqqət edə bilən təcrübəli bir falçının müştərilərini hansı dərəcəyə qədər təsiri altına alacağını düşününmək çətin deyil.

Davamı →

Öküz ili bürclərə nə vəd edir?

Astronomik düşünməyi öyrənmək, enerjiləri qəbul edib kanallaşdırmaq 2021-ci ilin kredosudur! 2021-ci ildə hara investisiya qoyacaqsınız? Əlbəttə ki, yeniliklərə və biliklərə!
Məşhur astroloq, metafizik, taroloq, Feng Şui üzrə mütəxəssis Məryəm Teymur 2021-ci il üçün bürclərin astroloji proqnozu verib:
Bu il kimə çətin olacaq və kimə rahatlıq gətirəcək? Yalnız şəxsi doğuş cədvəlinə əsasən, yeni ildə istiqamətlərinizi və imkanlarınızı dəqiq bilə bilərsiniz. Yeri gəlmişkən, 2021 Öküz ili üzərində təhvil olunur. Gəlin əvvəlcə Öküz ilinin xüsusiyyətləri ilə tanış olaq.

Davamı →

Hansı bürc necə ata olur

Qoç
Qoç bürcü kişiləri liderlik etməyi, yol göstərməyi sevirlər. Bu səbəbdən də uşaqlarının həyatda yol göstərəni ola biləcək xasiyyətə sahibdirlər. Ancaq zaman-zaman bir az sabit fikirli ola bilərlər. İrəliləyən proseslərdə və yetkinlikdə uşağınız atasıyla bu xüsusiyyətləri səbəbindən ziddiyyət təşkil edə bilər.
Amma yenə də həm əyləncəli, həm komik, həm də yol göstərən olması səbəbindən yaxşı ata olacaqlar.

Davamı →

Hansı bürc necə ana olur?

Qoç — Uşağını cəsarətləndirəcək, inam yaradacaq, motivasiya edəcək. Həyatda hər şeyi edə biləcəyini öyrədəcək. Qoç qadının sayəsində uşaq hər zaman güclü, özünə inanan, azad biri olacaq.
Buğa — Sahibləyici, qoruyucudur. Tez əsəbləşməməyi və səbrli olmağı buğa bürcü qadınından öyrənə bilərsiniz. Övladının sağlam qidalanması üçün əlindən gələni edəcək.
Əkizlər — Uşağın zehni inkişafının, əl qabiliyyətinin inkişafı üçün çalışacaq

Davamı →

Bürclərə görə qadınlara necə kişilərdən xoşlanır?

Hər bir qadın ideal kişi ilə ailə qurmağa çalışır. Əlbəttə, hər kəsin ideal anlayışı tamamilə müxtəlifdir. Bəs qadınlar seçim edərkən nəyə əsaslanırlar? Siz təəccüblənəcəksiniz, amma bu seçim bürclərin xarakteristikasından çox asılıdır.
Astroloqlar bürclərə görə qadınlar kişilərdə axtardığı xüsusiyyətləri öyrənib.
Davamı →

Hansı bürcdən olan kişi daha sədaqətlidir?

Sədaqət dostluq və sevgi kimi münasibətlərdə önəmli yer tutur. Hər bir qadın da ömrünün sonuna kimi ona sadiq qalacağı və birgə yaşayacağı kişi arzusundadır.
Qadınların axtarışlarını asanlaşdırmaq üçün hansı bürcün kişilərinin daha etibarlı, sadiq olmasını araşdırdıq. Sədaqətlik şkala üzrə 1-3 rəqəmləri ilə qiymətləndirilib.

Davamı →

Hansı bürc nəyə nifrət edir?

Qoç
Qoçlardan hər hansı bir məsələ barədə xahiş etdikdə dərhal özündən çıxırlar. Bu, onları lap dəli eləyir, çünki Qoçlar hər dəqiqəni və maraqlarını qiymətləndirirlər. Bu bürcün nümayəndələri sırtıq insanlara qarşı dözümlü deyil. Əgər siz Qoçlara israr etməkdə davam etsəniz, ən yaxşı halda söyüş qasırğasına hazırlıqlı olun.

Buğa
Əgər nə vaxtsa, haradasa «Bəsdir, ürəyimi üzdün» ifadəsini eşitsəniz, əmin olun ki, o sözlərin sahibi Buğalardır. Bu bürcün nümayəndələri ətrafında dayanmadan vurnuxan adam gördükdə, onları tələsdirdirdikdə, yaxud da yersiz göstəriş və məsləhətlərlə onları bezdirdikdə əsəbiləşməyə başlayır. Buğanın xətrinə dəymək istəmirsinizsə, onda ona nəyi, necə etməli olduğunu göstərmək lazım deyil.
Davamı →

Zodiaka görə münasibətləri uzunömürlü etməyin yolları

Astroloqlar və psixoloqlar hər bürcün xarakterinə görə nikahı qorumağın yollarını araşdırıb.

Qoç
Siz sadəcə olaraq çoxdan yerinə yetirməli olduğunuz düzəlişlər və radikal dəyişikliklər etməlisiniz. Bilməlisiniz ki, münasibətlər həmişə yuxarı doğru qalxır və siz ən yüksək zirvəyə nail olmalısınız! Hər şey dözülməz olmağa başlayanda kəskin dəyişikliklər həqiqətən də yerinə düşür.
Davamı →

Hansı bürclər cinayətkarlığa meyillidir?

Bürclər insanların ən çox oxuduğu, amma heç vaxt tam mənada inanmadığı bir mövzudur. Buna rəğmən bir çox insan günün planını qurarkən məhz bürclərin istiqamətini nəzərə alır. Qısqanc, ən çox sevilən, liderlik edən və s. xarakterli bürclər haqqında çox oxumusunuz.

Bəs özünüzün cinayətkar ruhu barədə necə, oxumusunuzmu?

Elə isə bu yazıya diqqət edin. ABŞ-da astroloqlarının cinayətkarlığa meyilli olan bürclər haqqında apardığı maraqlı araşdırma Federal Tədqiqatlar Bürosundan alınan siyahıya əsasında aparılıb.

Davamı →

Bürclərin gizli silahları

Qoç
Qoç bürcünün adamları ən seksual adamlar hesab edilir. Onlar ətrafdakıları asanlıqla özlərinıə cəlb edə bilirlər. Qoçların xüsusi xarizmaları olur ki, bu da onları daha cazibdar edir. Təbiətlərinə görə ətrafdakəların hamısı onlara heyran olur.

Buğa
Bu bürcün ən güclü tərəfləri xeyirxah olmalarıdır. Buğa bürcünün insanları konfliktlərdən, davalardan və bütün pisliklərdən uzaq olur. Onlar mübahisələri sülh yolu ilə həll etməyə çalışırlar. Onların yanında ən davakar adam belə sakit dayana bilir.

Əkizlər
Çoxları bu bürcün nümayəndələrinə həsəd aparır. Onların həyatda hər işləri asan başa gəlir.Optimist olurlar və 90% hallarda müvəffəqiyyət qazanırlar.
Davamı →