Hansı bürc necə ana olur?

Qoç — Uşağını cəsarətləndirəcək, inam yaradacaq, motivasiya edəcək. Həyatda hər şeyi edə biləcəyini öyrədəcək. Qoç qadının sayəsində uşaq hər zaman güclü, özünə inanan, azad biri olacaq.
Buğa — Sahibləyici, qoruyucudur. Tez əsəbləşməməyi və səbrli olmağı buğa bürcü qadınından öyrənə bilərsiniz. Övladının sağlam qidalanması üçün əlindən gələni edəcək.
Əkizlər — Uşağın zehni inkişafının, əl qabiliyyətinin inkişafı üçün çalışacaq
Hansı bürc necə ana olur?
Xərçəng — Şəfqətli, həddindən artıq qoruyucu, ləzzətli yeməklər bişirən bir ana olacaq. Uşağına, ailəsinə bağlı…
Şir — Uşağının gözündə həmişə kraliça olmaq istəyir. Ona inamla dik durmağı aşılayan, qürurunun nə qədər önəmli olduğunu öyrədən ana olacaq.
Qız — Qabiliyyətli, bacarıqlı, bir o qədər də şübhəçi bir ana olacaq.
Tərəzi — Çox sakit təbiətə malikdir. Uşağına qarşı ədalətli, adil olmağı öyrədəcək.
Əqrəb — Prinsiplərindən asanlıqla imtina etməyən qadındır. Uşağına kiçik yaşlarından güclü olmağı, həyatın çətinlikləri ilə mübarizə aparmağı öyrədəcək.
Oxatan — İnancı qüvvətli, həyata həmişə müsbət tərəflərindən baxan, uşaqlarına güclü olmağı öyrədən, azadlığın hər şeydən önəmli olduğunu aşılayan ana olacaq.
Oğlaq — Güclü, sirrinizi paylaşa biləcəyiniz bir qadındır. Uşağına qayda-qanunu, düzgün həyat tərzini kiçik yaşlarından öyrədəcək.
Dolça — Uşağına humanizmi, insan hüquqlarının nə qədər önəmli olduğunu aşılayacaq. Sərbəst ruhlu uşaq yetişdirəcək.
Balıqlar — Fədakar, həssas, mərhəmətlidir. Uşağına ilk növbədə, mərhəmətli olmağın, başqalarına yardım etməyin önəmli olduğunu öyrədəcək.
 
 
 
Mənbə: testbook.az

0 şərh