Bürclər və 2010 modası

Maraqlıdır, 2011-ci ildə bürclərin ən dəbli rəngləri hansı olacaq? Və yaxud, hansı bürc sahibinə hansı rəng yaraşacaq.
Astroloqlar tanınmış modelyer və dizaynerlərlə bir araya gəlib,  bürclərin yeni il üçün dəbli rəng sırasını belə düzüb qoşublar.
1. Qoç. Onların əsas dəbli rəngi bəyaz olacaq. Bənövşəyi, narıncı, həm də bu rənglərin müxtəlif çalarları onlara yeni ildə yaraşıq gətirəcək.
2. Buğa. Qoçun rəngləri qismən onlara da düşərli olacaq. Ancaq buğanın əsas rəngi göy və mavi rənglər olacaq.
3. Əkizlər. Əkizləri tamam ayrı rəng çalarları gözləyir. Əsas rəngləri yaşıl olsa da, qismən qırmızı rəng də onların ömrünə bir naxış gətirəcək.
4. Şir. Əsas rəngləri göy, qızılı və narıncıdır. Əlbəttə ki, bu rənglərin müxtəlif çalarları da onlara əlavə bir yaraşıq gətirə bilər.
5. Qız. Başqa bürclərdən fərqli olaraq, qız bürcünün yeni ildə əsas rəngi olmayacaq. Üç rəngin birgə çaları  onların ömrünü rövnəqləndirəcək. Bu rənglər qırmızı, yaşıl və mavidir. Bu üçünün birgə çalarını özünüz  təsəvvür  edin.
6. Tərəzi. Çox qəribə bir məsləhət  görür dizayner-astroloqlar bu bürc üçün. Dəqiq rənginiz yoxdur. Məkana, şəraitə və intuisiyanıza güvənib, istədiyiniz rəngi seçə bilərsiniz.
7. Əqrəb. Dəqiq və əsas rənginiz ağ olacaq. Ancaq unutmayın ki, ağ rəng bir çox başqa dəbli rənglər üçün baza rolunu oynaya bilər.
8. Oxatan. Diqqətli olun: mavi rəng və onun saysız-hesabsız çalarları yeni ildə ömür yolunuza hakim kəsiləcək.
9. Oğlaq. Yaşıla  bürünəcəksiniz. Onun müxtəlif çalarlarından isə, zövgünüzə uyğun istifadə edə bilərsiniz.
10.  Dolça. Sarı və narıncı rənglərin qammasının aurasına bürünəcəksiniz.
11. Balıqlar. Ağ rəng sizə çox yaraşacaq. Sarımtıl rənglər də məsləhət  görülür.

Yeni  ilə yeni dəbli rənglərlə.  Arzu edirik ki, bu rənglər sizə yeni ildə dəb xoşbəxtliyi gətirsin.

 

1 şərh

bahar
Məlumata görə çox sağolun.Çox qəribədir ki,yeni ildə 2 köynək almışam 1-i ağ ,digəri sarımtıldı.