Xərçəng (22 iyun-22 iyul)

Su işarəsidir. Ayın himayəsi altındadır. Açıq xasiyyətlidir, xəyalpərəstdir. XƏRÇƏNG bütün Zodiak işarələri içərisində ən müəmmalı işarədir, çünki Ayın hökmranlığı altındadır. Ay onun hissiyyatını o dərəcədə kəskinləşdirir və mənəvi aləminə o dərəcədə təsir edir ki, XƏRÇƏNG ətrafdakılara qəribə və anlaşılmaz görünür. İncə əsəb sisteminə və yaxşı inkişaf elmi intuisiyaya malikdir.KİŞİ-XƏRÇƏNG çox vaxt hipnozçu və ya həkim olur. Yalnız özünə bəlli olan qanunlar əsasında yaşayır. Məntiq ona yabançıdır. Başqaları üçün cüzi, əhəmiyyətsiz olan bir şey ondan ötrü böyüyüb faciəyə çevrilir. Buna görə də XƏRÇƏNG işarəsi altında dünyaya gələn adamlar çox zaman başqalarını qıcıqlandırır və münaqişəyə girirlər. Lakin adamlar belələrinə hamilik etməyi xoşlayırlar. XƏRÇƏNGİN uşaqlıq xüsusiyyətlərini qoruyub saxlaması, real həyatdan ayrı düşməsi adamlarda mərhəmət hissi oyadır. Üstəlik, bu işarə altında dünyaya gələn adamlar çox vaxt abırlı adamlardır, vəfalı dostlar, maraqlı müsahiblərdir. XƏRÇƏNG təbiəti sevir. Xarakteri ucbatından bəzən işdə çətinliklərlə rastlaşır. Lakin gözəl keyfiyyətlərə, incə intuisiyaya malikdir, səbirli və özünə qarşı tələbkardır. Mütəfəkkir, ağıllı alim, musiqiçi, vicdanlı qulluqçu tipidir.
QADIN-XƏRÇƏNG. Bu işarə altında dünyaya gələn kişilər haqqında deyilənləri eynilə qadınlar haqqında da demək olar. Bu qadınlarda həssaslığa, kövrəkliyə və fədakarlığa meyl vardır. Onlar vəfalı ömür-gün yoldaşları və gözəl analardır. Vicdani borc hissini hər şeydən üstün tuturlar. Tez-tez qəhrəman və ya çox şıltaqçı olurlar.

İşarələrin qarşılıqlı münasibətləri:
BUĞA, ƏQRƏB və BALIQLAR ilə ittifaq xüsusilə uğurludur. TƏRƏZİ və OĞLAQ ilə ittifaq uğursuzdur. QOÇ ilə fikir ayrılıqları və dünyagörüşündə ziddiyyətlər, ideya müxtəlifliyi vardır. QOÇ çox tez qızışdığı üçün XƏRÇƏNGİNKİ onunla tutmaz. Lakin güclü sevgi ola bilər. İttifaqın parçalanmaması üçün hər ikisi öz tərsliyini nəzarət altına almalıdır. ƏKİZLƏRLƏ ruhən dostluq vardır. ŞİR qüvvətli olması ilə XƏRÇƏNGİ cəzb edir. Onların arasında əməkdaşlıq, dostluq və uğurlu nikah ola bilər. OĞLAQ XƏRÇƏNGİ cəzb edir, lakin onlar elə bil başqa-başqa dünyalarda yaşayırlar. ƏQRƏBLƏ qarşılıqlı cazibə vardır. OXATAN müstəqilliyi həddən çox xoşlayır. XƏRÇƏNG bundan inciyir. DOLÇA ilə dostluq və hörmət vardır. BALIQLARLA dostluğa və məhəbbətə əsaslanan uğurlu ittifaq bağlayır.
 

0 şərh