Qoç bürcü haqqında

Qoç bürcü altında doğulan şəxslər parlaq, canlı, məqsədyönlü, enerjili, idmançı olurlar. Qoç — Zodiakın ilk bürcü işə birinci başlayır və bir qayda olaraq hamıdan tez finişə gəlib çatır. Qoçların işi olanda hamıdan artıq xoşbəxtdirlər.
Bu bürc altında doğulanlar hər hansı bir iş haqqında azacıq fikirləşən kimi dərhal ona girişirlər. Başqaları üçün həddən artıq tələsik olan — Qoçlar üçün demək olar ki, adəti bir şeydir.
Qoç — çox qabiliyyətlidir və həmişə səliqəlidir. Onun qəlbi entuziazm (ruh coşqunluğu) ilə doludur. Bəzən qoçu təəccübləndirir ki, niyə başqaları onun etdiklərini bacarmırlar.
Qoç həyatı bədəni ilə hiss edir və məhz buna görə də həmişə ayaq üstə qalmağı və daima nə iləsə mə.ğul olmağı xoşlayırlar:fəal olduqca özünü yaxşı hiss edir.Xəstələnəndə isə özünü tamam bədbəxt hesab edir,çünki hər şeydən yüksək qiymətləndirdiyi bədəni lazımincə işləmir.
Xoşbəxtlikdən bu tez-tez olmur.Qoçun kifayət qədər həyat qüvvəsi var ki, kiçik xəstəlikləri dəf etsin. Belə xırda mərəzlərdən təkcə baş ağrısı, onun təbii enerjisi xarici şəraitdən asılı olaraq ləngiyəndə tez-tez əziyyət verir.
qoç bürcü (Aries)Başqa sözlə, çətinliklər yarananda da Qoç xüsusilə cani-dildən hərəkət etməyə cəhd göstərir, lakin heç nə almmayanda və heç bir ümid işıqı görünməyəndə onu baş ağrıları tutur. Qeyri bürclər altında doğulanlar geri çəkilib başqa bir işin qulpundan yapışardılar. O isə məqsədinə nail olana qədər gərgin işləməkdə davam edir. Qoçun gücü məhz bundadır, lakin onun hərdənbir çeviklik göstərməsi də pis olmazdı.

Qoç özünü fəal vəziyyətdə daha yaxşı hiss etdiyinə görə imkan düşən kimi yeni bir işə başlayır. Çox götür-qoy etməyi, ən yaxşı üsulu tapmağı o, vaxt itkisi hesab edərək dərhal işə girişməyə üstünlük verir. Qoç öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç düşünmür də və müəyyən dərəcədə rrıəhz buna görə çox vaxt müvəffəqiyyət qazanır; Qoç öz problemlərinin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onlarrn çoxusu sadəcə olaraq əriyib gedir.
Xoşbəxtlikdən Qoçun yaddaşı çox zəifdir. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər nə isə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır. Qoç hansısa bir uzaq gələcək üçün işləmir ki, nə vaxtsa onun bütün bugünkü səyləri mükafatlandırılsın (Oğlaq kimi). Burada və indi fəallıq göstərir, çünki yalnız hal-hazırda onu maraqlandıran məhz budur.
Rəmzləri: qoç, maral, qırmızı-sarı və yaşıl kvadratlar.
Rəngləri: al-qırmızı, narıncı, mavi, yasəməni, moruğu və bütün parlaq rənglər.
Rəngləri: almaz, yaqut, ametist, heliotrop, akvamarin, zümrüd.
Çiçəkləri: yemişan, akemon, ətirli noxud, bənövşə, peyğəmbərçiçəyi.
Metalları: dəmir, polad.
Anatomik emfazası: baş, üz.
Xoşbəxt rəqəmləri: 4, 7, 9 (və 9-a bölünən bütün ədədlər), 11.
Uğurlu günləri: çərşənbə axşamı, bazar.
Uğursuz günləri: cümə, şənbə.
Ölkələri: İngiltərə, Almaniya, Danimarka, Suriya, İtaliya, Kiçik Asiya.
21-31 mart arasında Marsın təsiri altında doğulanlar təbiətcə xüsusilə igid, təcavüzkar, möhkəm, güclü, intizamsız, mərd, ötkəm və məhəbbətdə çılğın olurlar qürurlu, alicənab, nəcib, cəsur, Komandanlıq meylli, şöhrətpərəst insanlardır. Onlar üçün məhəbbət — böyük bağlılıq deməkdir.Yaşın mühüm illəri: 15,19, 30, 35, 45, 57, 60, 76.
12-20 aprel arasında Veneranın təsiri altında doğuianlar — ehtiraslı və zərif, təşəbbüskar və çılğın, musiqini və incə sənətləri sevən insanlar olurlar.Yaşın mühüm illəri: 1 5, 30, 36, 40, 60, 66.

Qoç bürcü və sevgi


Kişi:
Əgər sizin dostunuz,sevgiliniz və ya əriniz Qoç bürcü altında doğulubsa,deməli,heç şübhəsiz ki,o,aqressiv,enerjili və yorulmazdır.O,lovğa və təkəbbürlüdür.Ola bilsin ki,qeyri-praktik və impulsivdir,lakin təxəyyülü var və dinamikdir.Bir yerdə otura bilmir.Əgər siz Qoç ilə küçəyə çıxmısınızsa,yəqin ki,heç vaxt qəti olaraq nəyin necə alınacağını bilməyəcəksiniz.
Hər halda bu,çox cəlbedicidir.Bilirsiniz ki,o indi səxavətli,gələn dəfə simic ola bilər.O sizi dəli edir,lakin bu,xoşunuza gəlir,çünki Qoç başdan-ayağa kimi seksdir. Onun güclü xarakteri var,qaydalara və şərtiliklərə qarşı dözülməzdir.
O,qısqancdır.O sizi tamam bütövlükdə istəyir.Kişi-Qoçun özü etibarsızdır,lakin sizdən vəfa və sədaqət gözləyir.
Qoç yataqda çox səbirsizdir.Özü qadını tez soyundurur ,ona unudulmaz gecə bəxş edir,ehtiras və ləzzətin sonu görünmür!
Qadın:
Qoç bürcünün qadınını başa düşmək çox çətindir.Qadın-Qoç uzaq,soyuq,laqey görünür və sizdə elə bir təəsürat yarana bilər ki,o ,kişiləri sevmir.
Lakin bu,yalnız bir oyundur.O qəsdən sizi özü haqqında düşünməyə məcbur edir.O, bənzərsiz aktrisadır,hər dəqiqə asanlıqla dəyişir,cazibədar və temperamentlidir.
Əgər siz onunla lazımi tempdə münasibət qura bilmirsinizsə,qəddarlıq və acıdilliklə üzləşməmək üçün uzaqlaşın Zəif iradəli,ürək tutmalaı olan kişilər Qoçla bacarmaz
Qoç bürcünün qadınları adətən idmana meyllidirlər.Onlar hər şeylə,o cümlədən sevgi ilə də ürəkdən məşğul olurlar; çılğın,sentimental və sadəqətlidirlər.Qadın -Qoçlar başqa bürcdəkilərdən daha çıx güzgüdə özlərinə baxmağı xoşlayırlar.Ancaq qeyri-adi kişilər belə qadını ələ keçirə bilirlər.Lakin Qadın-Qoçun münasibətlərdə,evdə,ailədə birinciliyi,başçılığı qəbul edilməlidir,əks təqdirdə bütün həıyatınız dava-dalaş və küsüşmə ilə keçə bilər
Qadın-Qoçlar nigahda çox da xoşbəxt olmurlar .Xoşagəlməz halların və qan-qaraldıcı vəziyyətlərin əsas səbəbi isə onların müstəqilliyi və pul xərcləmək adətlədirir.bu qadınlar əllərinə düşən pulu bədxərcliklə məsrəf edirlər.

Qoç bürcünün uyğunluğu


  1. Qoç-Qoç: Seksual münasibətlərdə qadın üstün olacaq. Kişi də tabe olmaq istəməyəcək; elə ona görə də dava-dalaş yaranacaq. Hər biri lider olmağa çalışdığına görə bu, yataqda disharmoniya əməiə gətirə bilər. Nikah əlaqələri üçün pis proqnozdur.
  2. Qoç-Buğa: Qoç hisslərin təsiri altında seks ilə məşğul olmaq istəyir. Nadir hallarda impulsiv hərəkət edən Buğanın sərhesablığı onu əsəbiləşdirəcək. İstənilən balans çətin əldə ediləcək. Əlaqə-ciddi problemlər yaradıb qarşılıqlı meylləri öldürə bilər.
  3. Qoç-Əkizlər: Bu əlaqə — hər ikisi yorulmaz, fəal,idraka meylli olduğuna görə heyranedici sevgi yaradır. Qoçun hökmranlığı Əkizlərin yaradıcılığı ilə məhdudlaşır. Əkizlərdə seksual zehniyyət yoxdur, lakin onların coşqun enerjiləri məmnunluq üçün başqa yollar tapa bilər. Nikahın uğurlu olacağı da mümkündür.
  4. Qoç-Xərcəng: Hər iki bürc üçün güclü seksual meyl adəti haldır. Lakin hisslər məsrəf olub qurtarandan sonra, xırda şeylərə görə didişmə başlaya bilər. Temperamentlərin uyğynsuzluğu yataqda ziddiyyətin yaranmasına gətirib çıxarır. Nikahda bu — fırtınalı dənizdir və yəqin ki, gəmi qəzasına səbəb ola bilər
  5. Qoç-Şir: Temperamentlərin aqressivliyinə görə üst-üstə düşürlər. Onların açıq seksuallığı tam uyğun gəiir., Əlaqələr birbaşa, müstəqimdir, lakin alovlana da bilərlər. Qoç Şirin fiziki potensiyasını həvəsləndirməlidir. Şir isə Qoçun anadangəlmə hökmranlığını məhdudlaşdırmaqla, onu çox da məyus etməməlidir.
  6. Qoç-Qız: Qoçun cəsarəti yəqin ki, Qızın təmkinli təxəyyülünü fəth edəcək. Lakin onların seksuaüığı o qədər müxtəlifdir ki, ahəngin yaranması üçün hər ikisindən çox dözüm tələb olunacaq. Qoç Qızın hövsələ və özünənəzarətinə heyran qalacaq. Qız isə Qoçun seksə əcaib üsullarla girməsindən narazı qala bilər. Əlaqə -uğurlu alınar, lakin xoşbəxt nikah şansı əlli-əlliyədir.
  7. Qoç-Tərəzi: Qısamüddətli əlaqə mümkündür. Aqressiv Qoç Tərəzi ilə yola getməyə bilər. Hər ikisi seksual həzz almaq həvəskarıdır. Lakin Qoç həddən artıq tez öz rnəqsədinə çatmaq istəyir. Tərəzi idealizmə meyllidir və öz illüziyalarını itirə bilər. Hər ikisi birlikdə hisslərinin incəliklərinə varmalıdırlar. Elə-belə müvəqqəti cinsi əlaqə üçün pis deyil, lakin nikaha yaramır.
  8. Qoç-Əqrəb: Seks onlar üçün ya stimul, ya da ki, faydasız ola bilər. Qoç və Əqrəbin hər ikisi böyük fiziki enerjiyə malikdirlər, fəal hərəkətə meyllidirlər. Lakin hər ikisi müstəqil olub nəzarəti sevmirlər. Uzun sürən ixtilaflar onların qeyri-adi ehtiraslarını bölüşdürmək və xoşbəxt qalmaq bacarıqlarını imtahana çəkəcək.
  9. Qoç-Oxatan: Hər ikisi konfliktə meyllidirlər, elə ona görə də seksual zəmində uyğunsuz görünürlər. Qoçun optimizmi və yaxşı yumor hissi Oxatanın ümidsizliyə meylini dəf edib məhəbbətə oyun xarakteri verə bilər. Yataqda əldə edilən qarşılıqlı anlaşma münasibətlər üçün xoş atmosferin yaranmasına imkan verər. Nikah — fiziki məmnunluq problemi ilə sıx əlaqədar olacaq.
  10. Qoç-Oğlaq: Qoç — narahat, gələcəyin həzzini xəyalən yaşayan bir eksperimentçidir. Oğlaq daha çox riyakardır. O, sevgi ilə məşğul olmaq üçün müəyyən şərait və vaxtı gözləyə bilər. Lakin Qoç Qğlaqın haqq-hesabını pozar, onda həvəs yaradar. Əgər bu, baş verərsə, onda nikaha girmək olar.
  11. Qoç-Dolça: Fiziki əlaqə coşqun olacaq və hər ikisinə çoxlu yeniliklər gətirəcək. Ola bilsin ki, Qoç Dolçanın xaraktercə passivliyinə görə üstünlük qazansın. Dolça məğlub olmaq istəməyəcək, lakin Qoçun nəzakəti sayəsində onun emosional xəyalpərvərliyi dəf ediləcək. Qeyri-adi, hadisələrlə dolu əlaqə və yaxşı qarşılıqlı anlaşmada isə çox uğurlu nikah.
  12. Qoç-Balıqlar: Qoç Balıqların yataqdakı incə intuitiv davranışından həvəslənəcək. Qoçun fəallığı Balıqların utancaqlığıni dəf edəcək. Balıqların seksual fantaziyala-rının həyata keçməsi güclü vəcd yarada bilər. Bir yerdə onlar üçün şən və xoş olacaq. Əgər temperamentləri arasmdakı fərqləri aradan qaldıra bilsələr, əlaqə və nikah perspektivi yaxşı görünür.
 

0 şərh