Oxatan bürcü haqqında

Oxatan — ən xoşbəxt bürcdür. Bu mənada o, başqa bürclərdən çox üstündür. Oxatan bürcü altında doğulan insanlar narahatlıq keçirmir və həyəcanlanmırlar. Onlarda hər bir çətin vəziyyətdən çıxmaq üçün hissiyyat, istedad, təxəyyül var; bununla be!ə, öz təbəssümlərini də qoruyub saxlaya bilirlər.
Adətən Oxatanlara iri bədən, böyük ürək və geniş ideyalar xasdır; bəzən onlarda böyük təşəxxüs də olur, lakin bir o qədər də zərər gətirmir. Oxatanlar — Günəş sisteminin ən boyük planeti Yupiterin enerjisindən qidalandıqlarına görə, onlarda hər bir keyfiyyət böyük həcmdə olur.Oxatan öz himayədarı Yupiter kimi həddən artıq ürəyi yumşaqdır, hər şeylə maraqlanır, lakin yüngülcəsinə münasibət bəsləyir, bunlara əyləncə kimi baxır.
Oxatanın heç ağlına gəlmir ki, bəzi şeyləri bilmək, üzə çıxarmaq, başqalarına danışmaq təhlükəli ola bilər. Onun fikrincə, biliklər hamıya və hər bir kəsə məxsusdur; elə ona görə də hamıya nə oldu danışa bilir. Oxataniara yaxından, xüsusilə uzaqdan nə isə yeni olacaq bir şeyə bəslədiyi ümid rahatlıq vermir. Səyahətlərin romantikası, dünyanı görmək arzusu onlara xasdır; eyni bir yerdə qalıb yaşamaqdan bezirlər. Oxatanlar üçün yerində durmaq, xoşbəxt ailə həyatı qurmaq macəra və sərgüzəştlərə can atmağın müqabilində sarsaq bir işdir; onlar daima yeni-yeni insanlarla görüşə can atırlar.

Oxatan bürcü altında doğulanlar iki əsas kateqoriyaya bölünürlər: birinci, intellektuallar — onlar əllərinə düşən hər bir kitabı: məhəbbət romanlarını, səyyahların gündəliklərini, tarixi əsərləri oxuyurlar. Oxatan, kitab mağazasının yanından keçərkən mütləq ora baş çəkməli və o!a bilsin ki, bir neçə kitab almalıdır. İkinci, idmançı və fəal olan Oxatanlar kateqoriyası -onlar hərəkətiə bağlı olan hər şeyi sevirlər: atçapma, xizək, motorlu idman növləri və s.
Oxatanlar çox hövsələsiz olurlar; onlar hər xırda şeyə vaxt sərf edəndə əsəbiləşir, bir şeyi tez qurtarıb başqasına keçməyə tələsirlər. İşdə də belədir. Onlar işin prinsiplərini və son məqsədini dərhal görürlər, lakin işi layiqincə və qaydasında yerinə yetirmək üçün lazım olan detalları öyrənməyə can atmırlar.
Oxatanlara xas olan ən üstün keyfiyyət -optimizmdir (nikbinlikdir). Həqiqətən onların heç vaxt ağlına gəlmir ki, hər şey nəhayət çox pis də qurtara bilər, halbuki digər on bir Zodiak bürcləri bilirlər ki, xoşbəxt sonluq yalnız sehrli nağıllarda olur.
Rəmzləri: kentavr-atıcı, ulduzlar, əsalar, yuxarı qaldırılmış şəhadət barmağı.OXatan bürcü-Sagittarius
Rəngləri: göy, mavi, bənövşəyi, tünd qırmızı.
Rəngləri: topaz, ametist, xrizolit, firuzə, opal, karbunkul, göyyaqut, zümrüd, əqiq.
Metalları: sink, tənəkə.
Çiçəkləri: qərənfil, nərgiz, peyğəmbərçiçəyi, palma.
Anatomik emfazası: bud, oynaqlar, qaraciyər, 30 yaşına qədər baş və boğaz, 50 yaşdan sonra isə beyin ağrıları, venaların genişlənməsi, qalxanabənzər vəzi.
Tiisimləri: nai, səməndər (salamandr).
Xoşbəxt rəqəmləri: 3 (və 3-ə bölünən bütün rəqəmlər), 4, 9.
Uğurlu günləri: cümə axşamı.
Uğursuz günləri: çərşənbə.
Ölkələri: Portuqaliya, Macarıstan, Yuqoslaviya, İspaniya, Latın Amerikası ölkələri (Meksika və Braziliyadan başqa), Ərəb ölkələri.
22 noyabr — 2 dekabr arasında Merkurinin təsiri altında doğulanlar xaraktercə igid və müstəqil, mətin ruhlu, ov və idmanla maraqlanan olurlar. Mühüm illəri: 36, 40.
Ayın təsiri altında 3-12 dekabr arasında doğulanlar təxəyyülə və fantaziyaya malik, uzaq səyahətləri sevən, dəyişkən ovqatlı insanlar olurlar. Mühüm üləri: 1 5, 30, 40, 45, 60.
Saturnun təsiri altında 13-21 dekabr tarixdə doğulanlar inadkar, hissiyyatlı olurlar, təmtərağı və ləzzətli yeməkləri seviriər. Mühüm illəri: 1 9, 36, 38, 40, 45, 57, 75.

Oxatan bürcü və sevgi


Kişi
Onunla elə ilk görüşdə siz həyati gücünüzün artdığını hiss edəcəksiniz. O, şəndir, füsunkardır, hazırcavabdır. Və sizə elə gələcək ki, siz onun ömründə rast gəldiyi ən cazibədar qadınsınız.
Özünüzü aldatmayın. Diqqətlə fikir versəniz, görərsiniz ki, o otaqdakı hər bir qadını müşahidə edir və həqiqət budur ki, hamısını istəyir.
Gözəl bir qadın içəri girsə, ona yaxınlaşıb tanış olacaq. Sonra isə telefon zəngləri, güf-çiçək, konfet və digər hədiyyələr ilə onu üzəcək.
Romantik əlaqələrdə o, idealistdir və befə hesab edir ki, növbəti qadın onun yeganəsi olacaq. Nə qədər məyus olsa da, optimizm azalmır; hər gün özü ilə yeni imkanlar gətirə bilər.
Kişi-Oxatan sentimentaldır, çox həssas ürəyi İstəyir ki, dərin sevgiylə vurulsun, ancaq əlaqələrində ehtiyatlıdır. Heç bir əlaqəsi uzun müddət davam etmir çünki təbiətən boş yerdə özü üçün problem yaradır. Qısqanc qadınları sevmir. Sıx münasibətlərə hazır deyil, sevgiyə çox yüngüf yanaşır. Elə ona görə də təcrübəli qadınlarla əlaqəyə üstünlük verir, çünki onlar da sevgini Oxatan kimi yüngülcəsin ə qəbul edirlər. Sevgidə üzərinə heç bir öhdəlik götürmür. Heç vaxt nə istədiyini aydın şəkildə anlamır.
Oxatan kişilər açıqürəkli və söhbətcildirlər. Dostu və sevgilisini başa düşməyə çalışırlar. Hər şeyə qarşı həssasdır, kamilliyə can atır, sevdiyi şəxsdən tam mənəvi uyğunluq tələb edir.
Əhval-ruhiyyəsindəki dəyişikliklər sizi təəcübləndirə bilər. O, ürəyincə olan işi görür.Maliyyə işlərində praktikdir. Xırda işlərə bəzən çox vaxt sərf edir. Səxavətli adam təsiri bağışlayır.
Gözəl hekayəçi və arzuolunan qonaqdır. Kiçik kompaniyaları və açıq havadakı əyləncələri daha çox xoşlayır. Səyahəti sevir. Müxtəlif peyzajlar, yeni əlaqələr, təəssüratlar onun xarakterinə uyğun gəlir. Oxatana ərə gedən qadın yadda saxlamalıdır ki, o kişi daxilən, qəlbdən həmişə subaydır.
Qadın
Qadın — Oxatan sevgili seçməkdə bir o qədər də tələbkar deyil; kişi onu müəyyən bir cəhəti ilə cəlb edə bilər və mümkündür ki, Oxatan qadın arzuedilməz keyfiyyətlərə heç diqqət kəsilməsin. Lakin o, dərin emosional meylə qadir deyil və romantik əhval-ruhiyyənin şıltaqlarına uymağa hazırdır. Eyni zamanda əgər əlaqə puça çıxsa, buna fəlsəfi baxımdan yanaşacaq. Bir müddətdən sonra yeni sevgili peyda olacaq — elə isə ruhdan düşüb məyus olmağa dəyərmi? Sevgi oyunlarında qumarbazdır. O, şöhrətpərəst, açıq ürəkli və səxavətlidir. Xeyirxah və azadlıqsevərdir. Heç kim onun səyahətinə mane olmamalıdır. Oxatan qadınlara daimə rəngarənglik və ilham mənbəyi zəruridir. Təklikdə xoşbəxt ola biimirlər; gərək ətrafdakılar ilə öz səadətini bölüşsünlər. Oxatan bürcü altında doğulan qadın çox ümidləri verən tərəfdaş ilə seksə razılıq verər, lakin onu daha çox dostluq və romantik sərgüzəştlər maraqlandırır. O, kişini şirnikləndirir və kişi bəzən bilməz ki, Oxatan qadın seksual oyuna başlayıb, yoxsa ki hələ dost axtarır. «Nə üçün biz sadəcə dost ola bilməyək?» — ifadəsini yəgin ki, ilk dəfə qadın-Oxatan deyib. Belə sual bütün daxili hiss və həvəsi tez soyuda bilər. Bir yerdə otura bilmir. Mənzili elə bir vəziyyətdə olur ki, sanki sahibəsi lap indicə gəlib və yaxud çıxıb getməyə hazırlaşır. Bir çox qadın-Oxatanlar qarımış qız olaraq qalırlar. Onun səbirsiz, impulsiv xarakteri həmişə öz xarakterilə ziddiyyətə girir. Əvvəlcə bir işi görür, sonra fikirləşir; heç kimin məsləhət və xəbərdarlıqlarına qulaq asmır. Həssas və dəymədüşər olub yaltaqlığı sevir. Dilli-dilavər kişi onun qəlbini tez ələ alır. Nəticədə tez-tez pozğun kişilərin qurbanı olur. Uşaq xasiyyət, özünə vurğun, dəyişkən, yelbeyin olan Oxatan qadını başa düşmək çox çətindir və demək olar ki, tamam nəzarət olunmazdır.

Oxatan bürcünün uyğunluğu


  1. Oxatan — Qoç: Oxatanın həyata yüngül münasibəti Qoçu özündən çıxarır. Seksdə onların bəzən elə parlaq, alovlu anları olur ki! Lakin bir gecə — gündüz 24 saatdan ibarətdir. Sadə həyata və intellektual həvəslərə maraq göstərən pedant və sakit Qoçla düşüncəsiz, impulsiv, genişliyi sevən Oxatan arasında ümumi heç bir şey yoxdur. Öz növbəsində Oxatana Qoç usandırıcı görünür. Onların əlaqələri kəsiləcək. Heç bir şeyə ümid etmək olmaz.
  2. Oxatan — Buğa: Oxatan tabe olmaq istəməsə də Buğa hökmranlığa can atır. Buğanın seksdəki davamlı ehtirası Oxatan tərəfindən qəbul edilmir, çünki onun üçün ayrı-ayrı impulsiv alışmalar xarakterikdir. Praktik evcanlı Buğaya macəra axtaran hövsələsiz Oxatan uyğun gəlmir. Hətta qısamüddətli münasibətlər üçün şəxsi intizam tələb olunur. Daha uzun əlaqələr — möcüzənin nəticəsi kimi meydana çıxır.
  3. Oxatan — Əkizlər: Ciddi əlaqələr üçün onlar həddən artıq hövsələsiz və mütəhərrikdirlər. Onlarda kənar maraqlar tez yaranır; və bu maraqları ödəməyə can atırlar. Onlar şənliyi sevirlər və bir müddət üçün bir yerdə olmaqları xoşdur. Lakin sonra Əkizlər öz tərəfdaşını tənqid etməyə başlayacaq, Oxatan isə bundan xoşlanmayacaq. Əlaqə, demək olar ki, ümidsizdir, lakin nadir hallarda ləzzət verə bilər.
  4. Oxatan — Xərçəng: Onlar Zodiakın əks tərəflərindəki qurtaracaqlarda yerləşiblər. Xərçəngə təhlükəsizlik və sabitlik lazımdır, Oxatan isə azadlıq və macəra təşnəsidir. Xərçəng Oxatanın açıq ürəkliyi ilə barışmaqda çox həssasdır. Seksual harmoniya ehtimalı var, lakin Oxatan tezliklə qəfəsə düşüb yox olacağını hiss edəcək. Onlar sevgili olmaqdansa, yaxşı dostluq edə bilərlər. Uzun perspektivli görüntülər yox kimidir.
  5. Oxatan — Şir: Bu əlaqə böyük açıqlığı və azadlığı ilə seçilir. Şir Oxatanın hisslərinə düşən açara malikdir. Onlar yataqda yaxşı tərəfdaş olacaqlar. Eyni zamanda hər ikisi bir-bırinə hörmət hissini saxlayacaq. Hər birində macəralara ümumi bir məhəbbət var; çətinliklərin öhdəsindən asanlıqla gəlirlər. Əla əlaqədir. Ola bilsin ki, göylərdə kəsilən nadir nikahdır.
  6. Oxatan — Qız: Onlar yaxşı uyuşurlar, lakin onların alışqan xarakterləri atəşfəşanlıq vəd edir. Mübahisələri tez keçib gedəndir. Yataqda və yataqdan kənarda birlikdə olmağı xoşlayırlar. Çoxlu dostları var. Hər ikisinə fəal istirahət və idman xoş gəlir. Əgər seksual münasibətlər yaransa, onda digər işlər də əla olacaq. Bu həm əlaqəyə, həm də nikaha aiddir.
  7. Oxatan — Tərəzi: Tərəzinin səbirli olması məhz Oxatana çox lazımdır. Tərəzi Oxatanın ekstravaqant oyunbazlıqlarını təəccüblə izləyəcək Hər ikisi seksual cəhətdən coşqundur və düşüncəli Tərəzi öz tərəfdaşında onun ən yaxşı keyfiyyətlərini görə bilir. Bir-birilə xoş vaxt keçirirlər. Dava-dalaş üçün az bəhanə var. Evdənkənar çoxlu dostlar və ümumi maraqlar onları birləşdirir. Həmqısa, həm də uzunmüddətli əlaqələrə ümid çoxdur.
  8. Oxatan — Əqrəb: Oxatan Əqrəbin həssas xarakterinə etiraz edir. Oxatan özünün azadlıq və müstəqilliyə təbii meylini əldə rəhbər tutanda, problem yaranır, çünki Əqrəbə etibarlı tərəfdaş lazımdır. Oxatan tez əsəbiləşir və tez də soyuyur; Əqrəbin hiddəti isə vulkan kimi püskürənə qədər daimə tüstülənəcək. Fiziki baxımdan onlar bir müddət uyuşa bilərlər, lakin nikahları heç də cənnət olmayacaq.
  9. Oxatan-Oxatan: Gözəl, lakin əvvəlcədən bilinməyən birlik. Onların mətbəxində daimə nəsə hazırlanır, lakin kimin hesabına? Belə birlikdə hər ikisinə xas olan qəfil davranış onların ən pis keyfiyyətlərinin təzahürünə gətirib çıxarır. Onların yorulmaz, azadlıqsevər xarakterləri tez-gec ayrılmaqlanna səbəb olacaq. Bunlar eyni bir limanda uzun müddət lövbər salıb dura bilməyən iki sərgərdən gəmidirlər.
  10. Oxatan -Oğlaq: Ehtiyatlı və intriqaçı Oğlaq Oxatanın impulsiv ağılsızlığından ehtiyat edir. Oğlaq zəhlətökən tələblərilə ilişir və Oxatanın səmimiyyəti onu əsəbiləşdirir. Pul ilə əlaqədar da problem var. Oğlaq xəsisdir. Oxatan heç fikirləşmədən məsrəflər edir və pulla alına bitən hər bir şeyə malik oimaq istəyir. Qarşılıqlı narazılıq bu əlaqəni batıracaq.
  11. Oxatan — Dolça: Tarazlaşmaya meylli olan Dolça bu əlaqəni müvazinətdə saxlaya bilər. Onların hər ikisinə macəralar xoş gəlir. Seks rəngarəng olacaq: həm yataq otağında, həm də meşədəki iynəyarpağlı döşənəkdə. Hər ikis qısqanc deyil və hökmranlığa can atmırlar. Onlar şən, yaradıcı aşiq-məşuq olacaq, əlaqələri nikahda dərinləşəcək.
  12. Oxatan — Balıqlar: Onlardan heç biri öz tərəfdaşına etibarlılıq hissi aşılaya bilmir. Ehtiraslı anlar mümkündür, lakin bu cütün üzərində damokl qılıncı asılıb. Oxatana elə gəlir ki, Balıqların utancaqlığı onun əl-ayağını bağlayıb; enerjisi və optimizmi qəm-qüssə bataqlığında yavaş-yavaş batıb gedir. Olduqca mürəkkəb əlaqə və demək olar ki, mümkünsüz nikah.

Oxatanların Sağlamlığı


Əgər Oxatan həddən artıq yüngülağıllığı ilə öz sağlamlığını korlamasa yaddaşını yaxşı saxlamaqla lap qoca yaşına qədər yaşaya bilər.
Oxatanlarda əsasən çox vaxt budlar, ağ ciyər, qaraciyər, əllər, çiyinlər və bağırsaq xəstələnir. Əksər hallarda düşünüb baş sındırdıqlarına görə qəzalarla üzləşirlər; lakin onları xəstəlik çarpayısında çox yatızdırmaq olmur, sağalma da tez başa gəlir. Bu insanların əl və ayaqlarında altı barmaq ola bilir. Kökəlməyə meyllidirlər. Dəri xəstəliklərindən əziyyət çəkirlər.

Karyera və Oxatan bürcü


Gənclikdə Oxatanlar göylə gedirlər, bəzən öz imkanlannı çox şişirdirlər. Ətalət, adilik onlar üçün deyil. Oxatan mühüm rol oynamağı xoşlayır. Onun xarakteri daha çox rəhbər vəzifələrdə özünü göstərir. Oxatanlar çox ağır işi xoşlamırlar. Həvəs və ürək açıqlığı i!ə işləyirlər. Təklikdə yox, kollektivdə daha yaxşı işləyirlər. Müdiriyyətə ya dərin hörmətlə yanaşırlar, ya da açıq-açığına ona qarşı çıxırlar. Geniş fəaliyyət sahələri var: görkəmli idmançı, ovçu, dülgər, aşpaz, tərcüməçi, missioner, yurist, ruhani, tədqiqatçı, hakim, təbib, kimyaçı, botanik, mehmanxana və kazino sahibi… Oxatan həddən artıq təminatlı, varlı ola bilər, lakin çox vaxt pul qazanmaqda çətinlik çəkir. Oxatanlar arasında başqalarına nisbətən daha çox «himayədə olan tərəfdaş» və kənarda saxlanılan qadınlar olur. Qadınlar kişilərlə vəzifə yarışına girə bilərlər.

1 şərh

Huseyn02
Menim fikrimce bunlar bos seylerdi esas insan ozudu qalanina inanmayin, ola biler bezi seyler tesadufen uygun olub amma uygunsuz burcler var ha onlar keflerini pozmasinlar cunki ən xosbextleri ele onlar olur:) butun bunlar sizin elinizdedi